Arxiv
6 Noyabr 2014, 16:56 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Yenə də tək-tənhayam

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Yenə də tək-tənhayam” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Опять одна)

Yenə də tək-tənhayam,
Ey mənim fani dostum...
Bir Aydır, bir də rüzgar,
təkliyimə havadar...
Beynim də bu həyatdan,
Olubdur məsti-xumar...
Günəş də gedib yatıb,
dərin yuxuya çatıb...
Mənimsə yuxum gəlmir –
hardasa itib-batıb.

Zaman yaman tez uçdu...
Gündüz çox bəxtəvərdim
fani dostumla birgə...
Bəs indi tək nə edim?
sevgi qibləgahım yox... –
kimə dualar edim?

Bax, yenə də tənhayam...
Eh... belə olmağını
arzu etmirdimmi mən?
Gün batdı, məni atdı,
qövsi-qüzeh bərq vuran
ruhum zülmətə batdı.
Yata bilmirəm nədən?
Yuxu məndən gen qaçır.
Bu insafsız yuxu da
bəlkə, mənə naz satır?
Gündüzün işığında,
kətanın üzərində
yaratdığım o rənglər
yoxsa... yoxsa... hədərmiş,
Deyim bu da qədərmiş?
ya buraya qədərmiş?!.

Bax, yenə də tənhayam...
Hünərim, qətiyyətim,
bəs hara yoxa çıxıb?
Axı insanlar sevmir
gözüqıpıq olanı,
“Silahsızam” deyərək,
daldada qalanları.
Elin xoşu gəlməyir
Sızlayıb ağlayandan,
qəm-qüssəyə batandan,
Ümidsizəm, gücsüzəm,
deyib zarıyanlardan.
Özünə və üzünə,
yazıq görkəm verənə
mələklər də rəhm etmir,
Bir cəllada çevrilir..!

Bəlkə, mən yaratdığım
“Həyatım” əsərində
Uydurub çox rəngləri,
İfrata nahaqq vardım.
Hissimlə, taleyimlə
məzələndim, oynadım.
Bəlkə də, çox nahaqdan,
öz əksimi, kölgəmi,
dünyadan ayrı tutdum...
doğrudanmı, dünyada
dünyadan çox sevdiyim
adamlar ürəksizmiş?!.

Bax, yenə tək-tənhayam...
Birdən yalqızlıq mənim
ruhuma doğma gəlsə?..
Əsla..!
        Onda...
Ona görə söyərəm,
qınayaram özümü...
Lap yalan sifət alıb
riyakarlıq edərəm –
sanki heç eşitmirəm,
qəlbimin ağısını,
qəlbimin acısını...

 Bax, yenə tək-tənhayam...
Axı niyə həsrətə
ürəyimi açaraq –
sirrimi deməliyəm?..
Boş kətan çərçivəni,
qoyuram göz önündə – 
pəncərənin yanına,
Səhər naxış, bər-bəzək,
Çəkəcəm varağına...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59