Arxiv
17 Noyabr 2014, 21:00 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm...

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Bir də sənin xətrinə dəymərəm...” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Я не буду тебя больше обижать...)

Vaxt görən hara uçdu...
Amma yaman tez uçdu.
Qar yağdı, boran gəldi –
qapıda yenə qışdı...
Ruhum sıxıldı yaman,    
qəlbimə çökdü duman.
Yaydan güc alan ruhum,
qışa düşdü... üşüdü...

Bağdakı qönçələr də,
büzüşdülər - açmırlar;
Xəzərin qumsalları,
bərq vurub sayrışmırlar.
O kəslər ki, tənhadır,
Elə tək də qalacaq -
Şaxta sinələrini,
Qəm-qüssəylə yaxacaq...

Qəlbim, niyə donmusan?..
axı ürəyi saran
buzu necə isidim? –
Söylə, necə əridim?
Deyəsən sən özün də
heç bunu istəmirsən.
Buza dönmüş ruhuna,
qışı doğma bilirsən...

Ax... Bu zaman, görəsən,
hara belə tez uçdu?
Haray çəkdim bir “Dayan!”..
Əqrəb altını vurdu...
Yol zülmətə büründü...
Günəşdən nur istədim,
                 batdı...
                 pərtliyim güldü...
Əlim çatsaydı Günə,
gizlədərdim ovcumda –
Heç vaxt şər qarışmazdı;
Həmişə gözlərimdə
göz yaşı, qüssə görən
Gecə qonaq gəlməzdi...

Gəl, sən məni bağışla,
Ürəyim, bircəciyim.
Bir də sənin xətrinə
dəymərəm, söz veririm..!
Lap dünya dağılsa da,
Səndən uzaq düşmərəm...
Fəqət, bilməm nə edim,
Nə qədər çalışsam da
Səni anlamıram mən...
Səni anlamıram mən...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 11-ə çatdı - VİDEO 25 Yanvar 2020, 01:00 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29 Məşhur Məmmədov seçicilərə müraciət etdi - VİDEO 24 Yanvar 2020, 21:13 Ərdoğan Merkeli belə sevindirdi - VİDEO 24 Yanvar 2020, 20:53 Türkiyədə yenidən zəlzələ oldu 24 Yanvar 2020, 20:36 Bakıda bank əməkdaşı iş yerində ölüb 24 Yanvar 2020, 20:21 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb 24 Yanvar 2020, 20:06 Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR 24 Yanvar 2020, 19:54 Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı 24 Yanvar 2020, 19:42 Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb 24 Yanvar 2020, 19:32 Ceyhun Məmmədov Yeni Suraxanıda Cəbrayıllı seçicilərlə - FOTOLAR 24 Yanvar 2020, 19:23 Metroda nasazlıq baş verib, sıxlıq yaranıb 24 Yanvar 2020, 19:15 Azərbaycanda qızıl və gümüş bahalaşıb 24 Yanvar 2020, 19:10 Aİ Britaniyadakı nümayəndəliyinə rəhbər təyin edib 24 Yanvar 2020, 19:04 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı MÜŞAVİRƏ 24 Yanvar 2020, 18:51 Xızıda qumbara və partladıcılar tapılıb - FOTO 24 Yanvar 2020, 18:43 Yeni İrəvan məhəlləsi Musa Urudu qarşıladı - FOTOLAR 24 Yanvar 2020, 18:37 Xırdalanda məktəbliləri vuran sürücü tutulub 24 Yanvar 2020, 18:31 Hadı Rəcəbli 8 kəndin seçicisini bir araya topladı 24 Yanvar 2020, 18:29 Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib 24 Yanvar 2020, 18:20 İqbal Məmmədovun Lerikdə seçicilərlə izdihamlı görüşü keçirilib - FOTO 24 Yanvar 2020, 18:10 İstirahət günlərində hava necə olacaq? 24 Yanvar 2020, 18:02 Mixail Qusman İlham Əliyevə təşəkkür etdi 24 Yanvar 2020, 17:56 Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44
SORĞU Yeni parlamentdə kimlər olsun?