Arxiv
24 Noyabr 2014, 18:42 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Məsum qızcığaz

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Məsum qızcığaz” adlı şeiri oxucuların ixtiyarına veririk.

Heç cür fikrimdən çıxmır
Dərya dərinliyində
Qəm-qüssəyə qərq olan
Sənin ala gözlərin...
Təkcə sən  şənlənmirdin -
Göz qoyurdum uzaqdan.
Balaca qızcığazım,
İnan ki, sənin üçün
Darıxıram o vaxtdan....

De, bu səkkiz yaşına,
Nələr görüb gəlmisən?
Zülm, qəzəb, tənələr?!
Söylə, ürəyindəki
İşığı kim söndürüb?
Ruhundakı rəngləri,
Naxışları pozmağa,
De, kim qıyıb, axı kim?..

Yəqin hər axşamüstü
Qəm-qüssəyə batırsan.
Görən, kimi anırsan?..
Bilirsənmi nələr var,
Sığındığın bu qalın
divarın o tayında?..
Böyük, əngin bir dünya...
Hər şey gözəldir orda...
Deyəsən inanmırsan?!
Möcüzəyə inamın
Silinib yaddaşından.

Əyninə keçirdiyin
Donu sevinc bilirsən.
Bu sevincdən doğulan
Ümid cücərtisini
İtirməyəsən deyə
Yanağına həkk olan
Şəffaf göz yaşlarıyla
Hamıdan gizlin-gizlin
Ovcunda gizlədirsən.

Yumanda gözlərini
İsti ocaq görürsən...
Musiqi eşidirsən,
Bir də... gülüş səsləri.
Diksinirsən...
Qapqara, buz gecəylə
Tez üstünü örtərək
Nəfəsini dondurub
Gecənin qorxusunda
Bax beləcə yatırsan,
Röyalara batırsan.

Yəqin ki, bayramlarda
Hədiyyə gözləmirsən...
Axı “ACI YALAN”dır
Həyatda ilk hədiyyən.
Amma gecə yarısı,
Ölü sükut çökəndə,
Ömründə duymadığın
Ananın lal səsini
Çağırırsan köməyə...

Fəqət, yaxşı bilirsən,
Onun səsi lal-dinməz.
O səs sənin səsinə,
Cavab verməyib! Verməz!..
Sən dünyaya gəlmisən
Tək-tənha qalmaq üçün.
Qəlbində buz qəlpəsi –
Əriməyi çox çətin.

Məsum uşaq baxışlı
Tənhalıq taleyindir!
Sən belə doğulmusan,
Dünyada tək olmaqçun...
Ey məsum qızcığazım,
O titrək əllərinlə
Elə hey oxşayırsan
O gözə görünməyən,
Səni daim hifz edən,
Ümid mələklərini.
Sığallayırsan zərif,
İpək lələklərini.

Rus dilindən çevirəni: Mahir Qabiloğlu



 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 717 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16