Arxiv
12 Dekabr 2014, 20:08 | ƏDƏBİYYAT
Leyla Əliyeva - “Hardasan, dünyanın yaxşı adamı?”

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Hardasan, dünyanın yaxşı adamı?” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Где ты, лучший в мире человек)

Söylə görüm, haradasan?
Dünyanın ən yaxşısı –
təmizqəlbli insanı..?
Hansı uzaq qitədə,
hansı məmləkətdəsən?
Bir görüşün xətrinə
dənizlər, çaylar keçim,
təki sənə rast gəlim...
Zirvələri fəth edim,
yerlərə göydən baxım;
Hissimi, duyğuları,
zamana qurban verim.
Qəlbimdəki közləri,
lap gur alovlandırım.
Təki sənin kölgəni,
gözümdə canlandırım.

Ormanları adlaram,
ətrafın gülüşünü,
harayını, küyünü
duymamaqçun...
yalandan
özümə “kar” deyərəm.
Tək səsini duymaqçun
mane olan hər şeyə,
hər şeyə “yox” deyərəm.

Məni heç nə hürkütməz –
nə fırtına, nə tufan,
Nə də göz yaşı töküb,
acıqlı yağan leysan.
Göy üzünü bağlayıb
sənin baxışlarını
gizlətməyə çalışan
gözümə həsrət qoyan
buludları qovaram.

Qanadlı quş olsaydım,
uçaraq səmlarda,
Səni arardım orda!
bərk-bərk qucaqlayaraq,
gözümdən bir anlığa
buraxmazdım uzağa.
Balıqlarla dost olub
Üzərdim yanlarıyca,
ya da ki, baş vurardım,
Hamının unutduğu,
okean dibindəki,
mərcanlar oylağına...
Birdən rast gəlləm deyə –
axtardığım insana...

Ay bərq vuran gecədə
yatmam... həsrətindəyəm,
Harayasa tələsən
insanların selində
dördgözlə arayıram,
Bəlkə kölgəni tapdım,
bəlkə səni tanıdım...

Səhərlər mürgüdəykən
dan yerini hayladım:
“Sualıma cavab ver,
xahiş edirəm səndən” –
Axı dünyanı gəzdim,
bütün Yer kürəsini
ələk-fələk eylədim.
Axı haradadır o?!. –
dünyanın ən yaxşısı,
qəlbitəmiz adamı?
Qızmar şüalarınla
bu sirrinə işıq sal,
hicranı ərit, qurtar...

Gündüz bunu eşitcək,
gülümsədi astaca:
“Sən ən yaxşı insanı,
axtarma uzaqlarda,
uzaqlarda deyil o,
o hər kəsin qəlbində,
ürəyinin başında”..!

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59