Arxiv
7 Yanvar 2015, 21:04 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Üç qoca balıqçı və qızıl balıq

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Üç qoca balıqçı və qızıl balıq” adlı şeiri oxucuların ixtiyarına veririk.

Üç qoca – üç balıqçı
zamana dəyər verib
qızıl ləpədöyəndə
qızıl balıq ovuna
çıxmışdılar gün üzü –
qəribəydi o günü...

Birinci balıqçının
bəxti tez üzə güldü:
Qızıl balıq əvvəlcə
onun toruna düşdü.
Balıqçı həm çox kasıb,
həm də çox-çox qocaydı
Amma ki, maliyyədən,
başı yaxşı çıxırdı,
Pulun nə olduğunu,
çox gözəl anlayırdı.

Balıqsa dil açaraq,
Yalvardı bu qocaya:
“Qaytar məni həyata –
dəryaya... dalğalara...
Əvəzində inan ki,
borclu qalmaram sana!”
Qoca sevincək dedi:
“Səndən birdir istəyim –
Bu işdə karım olsun,
Çoxlu qızıl istərəm,
Mənim də cibim dolsun.”

Arzu yerinə yetdi,
qoca hamıdan varlı,
imkanlı oldu, getdi...
Amma qızıl balığın,
sevinci çox çəkmədi,
Suya atılan kimi
o biri balıqçının
tilovuna ilişdi...

Bu qoca da şikarı,
qamarlayaraq həmən
söylədi ki, “Hökmdar
olmaq istəyirəm mən”.
Balıq bu qocaya da,
söz verdi – yaman verdi –
Taxt-tac sahibliyini,
balıqçıya vəd etdi...
Di gəl, yenə sevinci
çox da uzun çəkmədi
Göz açınca özünü
üçüncü balıqçının
Ovuclarında gördü...

Dil açdı ki, “Ay qoca,
bilməm nədir diləyin.
Amma yerinə yetər
hər arzun, hər istəyin...
Əvəzindəsə sənə
yalvarıram, əfv elə,
yaşamaq hüququnu,
qaytar mənim özümə”...

Qoca qızıl balığı
dənizə tullayaraq:
“Atıl sən dalğalara,
Tələs, burdan get” – deyir.
Sən birinci deyilsən,
bu həyatda çoxuna,
beləcə, təmənnasız
kömək etdim”... söyləyir.

Qızıl balığı sular,
alır öz ağuşuna,
Dalğaların qoynunda
üzür, gözdən itərək. –
“Mən özüm bu həyatda
çox hədiyyə vermişəm.
Ancaq...
qocanın bəxş etdiyi
Azadlıqdan təsirli
hədiyyə görməmişəm”...

Nə vaxtsa Tanrı bizi
cənnətdən məhrum etdi...
Çox müdriklik eylədi...
əgər biz Yer üzünü
məhv ediriksə bu cür
Cənnəti dağıtmağa
tapardıq özümüzdə “güc”!

O vaxt ki, Tanrı bizi
cənnətdən məhrum etdi,
fərq etmədik,
                 yerinə
böyük bir sandıq verdi...
Dedi ki, insanlara –
“köməklik etməklə 
                         sən
sandığı yaxşılıqla
doldur, ey bəni-adəm”..!

Qoca da evə gəldi,
qazandığı 
            YAXŞILIQ
qismətini çıxarıb
sandığa yerləşdirdi.
Düz etdi ya etmədi
onu bir Tanrı bilər.
Qoca nə qəsr tikdi,
nə də dövlət topladı.
Etdiyi yaxşılıqlar
onu bu kainatın
ən varlı, ən dövlətli
adamına çevirdi...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə taksi sürücüsünə16 bıçaq zərbəsi vurub quldurluq edənlər saxlanıldılar 20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25