Arxiv
20 Yanvar 2016, 14:12 | TƏHSİL
Mixail Qorbaçovun 20 yanvar qırğını haqda ETİRAFI: “Bu mənə dərs oldu”

“Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır”


“1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır”. Modern.az saytının məlumatına görə, bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı  “Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.

“Əsas günah Qarabağdadı”

Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olub. 

“90-cı ilin yanvarından dərs götürülbmü? Şübhə edirəm: bunun subutu erməni-azərbacanlı müharibəsidir”.

Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə şəraitin” məcbur etdiyini yazıb.
“1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının qarşısını almaq üçün atıldı”-deyə eks-prezident vicdanı ağrımadan yazıb.

“Azərbaycan hakimiyyəti parçalanmışdı”

Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov qeyd edib ki, “13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi ilə müşayiət olunan kütləvi iğtişaş tördəiblər”.  
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan verməyib.

“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km sərhəd sökülüb”.

M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan edilib.

“20 yanvar mənə dərs oldu”

Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib.

“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”-deyə Mixail Qorbaçov vurğulayıb.

Xaqani SƏFƏROĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51 Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA 6 Aprel 2020, 11:40 Azərbaycanda metil spirtindən 8 nəfər öldü 6 Aprel 2020, 11:38 Koronavirusun yox edəcəyi ixtisaslar – SİYAHI 6 Aprel 2020, 11:38 Bütün dünyanın səbirsizliklə gözlədiyi döyüş baş tutmayacaq 6 Aprel 2020, 11:34 Binəqədidə tənhalara yardım edilir - FOTO 6 Aprel 2020, 11:30 Karantin rejimini pozan daha 6 nəfər HƏBS OLUNDU 6 Aprel 2020, 11:27 Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU 6 Aprel 2020, 11:17 Qırğızıstan televızıyasında Mehriban Əliyevanın milli mədəniyyətə verdiyi töhfələrdən danışıldı 6 Aprel 2020, 11:14 Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib - FOTO 6 Aprel 2020, 11:07 “Apple” qoruyucu maskalar istehsal edəcək 6 Aprel 2020, 11:00 “ASAN xidmət”: “SMS-lə verilən icazə təxirə salına bilməz!” 6 Aprel 2020, 10:53 Hökumətin hesabatı 2 gün çəkə bilər 6 Aprel 2020, 10:53 Polisin KİTABI 6 Aprel 2020, 10:40 "Azəriqaz" müştəri xidmətlərinin iş rejimini açıqladı 6 Aprel 2020, 10:20 Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılar 6 Aprel 2020, 10:18 Nazirlik bu şəhər və rayonlarda yoxlamalar apardı - inzibati tənbeh qərarı verildi 6 Aprel 2020, 10:06 Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR 6 Aprel 2020, 10:00 Karantin rejimini pozan 5 446 nəfər məsuliyyətə cəlb edildi 6 Aprel 2020, 09:54 Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib - FOTO 6 Aprel 2020, 09:48 Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib 6 Aprel 2020, 09:40 Koronavirus Sumqayıt küçələrini sükuta qərq edib - FOTO 6 Aprel 2020, 09:38 Həftənin ilk iş günü üçün dolların MƏZƏNNƏSİ   6 Aprel 2020, 09:32