Arxiv
24 Yanvar 2015, 13:41 | İQTİSADİYYAT
Təmizlik və abadlığın uğurlu layihəsi

“İctimai təşəbbüs və ictimai düşüncə: real iş, perspektivlər”


Binəqədi rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla həyata keçirilməkdədir. Rayonda bu yöndə həyata keçirilən layihələr əhalinin uzun illərdən bəri yığılıb qalmış problemlərin həllinə, sosial infrastrukturun müasirləşdirilməsinə imkan yaradıb. Xatırladaq ki, rayonda həyata keçirilən abadlıq-quruculuq layihələrindən biri də «Abad məhəllə”  layihəsi olub. Layihə çərçivəsində həyata keçirilən tədbirlər, yenidənqurma və tikinti-quruculuq işləri rayonun  ümumi görkəmini son dərəcə dəyişib. Layihəyə uyğun olaraq mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları istifadəyə verilib, həmçinin bu parklarda səliqə-səhman yaradılıb. Binaların qarşısında sakinlərin istrahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib. Müasir küçə fənərləri vasitəsilə yolların işıqlandırılması vətəndaşların ürəyincədir. Qısa müddət ərzində rayon ərazisində xeyli sayda müasir və abad məhəllə yaradılıb. Həmin məhəllələrdəki yaşayış binalarının fasadları yenilənib, pilləkən qəfəsləri müasir daş üzlükləri ilə üzlənilib, giriş qapıları kodlaşdırılıb. Həyətlərdə istirahət köşkləri, oturacaqlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Bu cür məhəllələrdə lazımi avadanlıqla təchiz edilmiş müasir xeyir-şər evləri sakinlərin istifadəsinə verilib. Ötən müddətdə təkcə rayon mərkəzi küçə və prospektlərdə deyil, digər yerlərdə Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 may qəsəbələrində də genişmiqyaslı abadlıq işləri görülüb, xeyli sayda park və xiyabanlar salınıb. Qəsəbə və məhəllə daxili yollar asfaltlanıb, əhalinin qaz, su, işıq problemləri aradan qaldırılıb. Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında salınmış yaşıllıqlar şəhərin şimal hissəsinə xüsusi gözəllik verir. Magistral yolun kənarı abadlaşdırılıb, yola yaxın evlərin fasadları və dam örtükləri yenilənib. Ümumilikdə, “Abad məhəllə” layihəsi Binəqədi sakinlərinin asudə vaxtlarınını səmərəli keçirilməsinə şərait yaradıb.

Bildiyimiz kimi, gələn il paytaxtımzda Avropa Oyunları keçiriləcək. Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının ev sahibliyinin Bakıya həvalə edilməsi ölkəmizin təkcə Avropada deyil, həmçinin dünyada nüfuza malik olmasının göstəricisidir. Artıq möhtəşəm oyunlarla bağlı hazırlıq işləri ardıcıl surətdə həyata keçirilir. Oyunların təşkil olunacağı idman qurğularının bir neçəsi istifadəyə verilib. Digərlərində isə son tamamlama işləri aparılır. Onu da deyək ki, bu qurğular ən müsar tələblərə cavab verir. Gələn il respublikamıza gələcək idmançıların, nümayəndə heyətlərinin, həmçinin turistlərib rahatlığı üçün hər cür şərait yardılmaqdadır. Təbii ki, Bakının Avropa Oyunları kimi möhtəşəm bir idman tədbirinə ev sahibliyi etməsi mütərəqqi bir hadisədir. Qeyd etdiyimiz kimi, bununla bağlı hazırlıq işlərin yüksək səviyyədə həyata keçirilir. Şübhəsiz ki, Bakıya gələn idmançılar, turistlər paytaxtımızın gözəlliyindən zövq alacaqlar. Bu məqsədlə Bakıda təmizlik-abadlıq işləri də xüsusi diqqət mərkəzindədir. Paytaxtın ən böyük rayonlarından olan Binəqədi də Avropa Oyunlarına ciddi hazırlaşır. Rayonda abadlıq və təmizlik işləri geniş vüsət alıb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonda təmizlik işləri ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Rayonda bu yöndə aparılan işlər tədbirlər planına uyğun şəkildə həyata keçirilir. Təmizlik işlərinə kifayət qədər işçi qüvvəsi cəlb olunub.



Binəqədi rayonu indi təmizlik işlərinin aparıldığı geniş bir meydanı xatırladır. Rayonun hər tərəfində və hər gün təmizlik, abadlıq işləri həyata keçirilir. Bu işlər rayonun ekoloji təmizliyinə çox böyük fayda verir. Təmizlik işləri, qeyd etdiyimiz kimi, kütləvi xarakter alıb. Yüzlərlə insanın təmizliklıə məşğul olduğunu desək yanılmarıq. Müxtəlif ərazilərdə hər gün təkrar-təkrar süpürülür, yerə atılan tullantılar yığışırılır, rayonda yaşıllığın qorunmsı üçün ağaclara aqronomik qulluq göstərilir. Ayrı-ayrı yerlərdə qoyulan zibil qutularının üzərində yazılan “Təmiz Binəqədi” sözləri rayonda aparılan abadlıq işlərindən xəbər verir. Ən yaxşı hal isə odur ki, küçələri, parkları, səkiləri təmiz görən sakinlər bu yerləri bir daha zibilləmirlər. Sakinlərin əksəriyyəti tullantıları  zibil qutularına atırlar.

Rayonda hər həftənin şənbə və bazar günləri iməcliklər təşkil olunur. Bu iməcliklərdə rayonun müxtəlif müssisə və təşkilatları iştirak edir. İməcliklərin keçirilməsində məqsəd rayonun təmizliyinə yardımçı olmaqdır.İməcliklər Binəqədinin bütün ərazilərində aparılır.

Rayonda kütləvi hal alan təmizlik işləri Binəqədini nümunəvi rayonlardan birinə çevrilib. Ümumiyyətlə isə bu rayon bir sıra məsələlərdə ilklərə imza atmaası ilə fərqlənir. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin həyata keçridiyi “Elektron hökumət” layihəsinin tətbiqinə başlayan rayonlar arasında Binəqədi ön sıradadır. Sakinlərin müraciətlərinə münasibət bildirilməsi, sakinlərlə görüşlərin mütəmadi təşkil edilməsi məsələsi də Binəqədidə bir sıra rayonlardan əvvəl həyata keçirilib. Bütün bunlar Binəqədi raonunun nümunəvu yaşaayış məskənlərindən biri olduğunu göstərir.

Həyata keçirilən tədbirlərin bəzi aspektləri haqda düşüncələr...

Cəmiyyətin inkişaflnda ictimai təşəbbüslərin dəstəklənməsi həyatın hərtərəfli yüksəlişinə nail olmağın fundamental və fərdi istiqamətlərindən biridir. Bu yolda o zaman uğurlu nəticə alınır ki, təşəbbüs irəli sürüləndən sonra onun dolğun tətbiq proqramı işlənib hazırlanır. Bu mənada Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti təqdirəlayiqdir, çünki görülən real iş sivil ölkələrin inkişaf səviyyəsinə yüksəlməklə yanaşı sosial həyatda mühüm nəticələrə gətirib çıxarmışdır.



İcra hakimiyyəti, yəni bilavasitə dövlət orqanı tərəfindən irəli sürülən təşəbbüslərin palitrası aydın və nəzərəçarpan dərəcədə zəngindir. Bu yazımızda biz hazırda iki aydır həyata keçirilən və geniş təbliğ və təşviq nəticəsində əməli nəticələr verən “Təmiz Binəqədi” layihəsi barədə mülahizələrimizi bildirəcəyik.

Bəri başdan deməliyik ki, layihə vaxtında işlənib hazırlanmış və sosial tələbatdan irəli gələn addım kimi dəyərləndirilməlidir. Çünki, rayonda iqtisadi, sosial və mənəvi sahələrdə aparılan geniş abadlıq və quruculuq işlərinin məntiqi nəticəsi “Təmiz Binəqədi” layihəsinin labüdlüyünü meydana çıxarırdı. Prosesdə diqqəti cəlb edən ən mühüm məsələlərdən biri odur ki, rayon rəhbərliyi layihənin aktuallığını vaxtında görmüş və əsaslı şəkildə onun reallaşdırılmasına başlamışdır. Binəqədidə hazırda salınan parklar indiyədək adət etdiyimiz məhəllə və həyətlər üçün analoqu olmayan dərəcədə gözəl, yaraşıqlı və çoxprofillidir. Yəni, bu parklar, birincisi, öz gözəlliyi ilə sakinlərə zövq verir, başqa sözlə, insanda zərif duyğular oyatmaqla onda həyata yeni, daha yüksək baxışlar formalaşdırır. İkincisi, binalarla təbiət arasında yaranan həmahənglik insanları yaşıllıqla ünsiyyətə sövq edir və xüsusən uşaqların təbiətə olan maraq və məhəbbətini artırır. Üçüncüsü, insanların həyat tərzini müsbətə doğru dəyişir. Burada quraşdırılmış idman avadanlığında cavanlı-qocalı hamı pulsuz məşğul ola bilir. Nəticədə əhali sağlamlıq və gümrahlıq qazanır, asudə vaxtını səmərəli keçirir və ən başlıcası ruhən sağlamlaşır.

“Təmiz Binəqədi”nin başlıca leytmotivi İNSAN-nın ictimai fəallığı və sosial baxışlarının inkişafına bağlıdır. Bu tipli sosial təşəbbüslərin mərkəzində “ölkənin sürətli tərəqqisi ilə əhalinin ayaqlaşmağı” faktoru durur. Əks təqdirdə, quruculuq ab-havası nə qədər parlaq olsa da mahiyyət etibarilə yerində saymağa bərabər olardı. Bu baxımdan ictimai şüurun yüksəldilməsi, fərdi mənafe ilə ictimai mənafenin yaxınlaşaraq eyniləşməsi layihənin böyük nailiyyəti olacaqdır, desək, yanılmarıq.

“Təmiz Binəqədi” layihəsi paytaxt Bakı üzrə həyata keçirilən “Təmiz şəhər” layihəsinin davamı sayıla bilər. Amma hər bir halda “Təmiz Binəqədi”nin özünəməxsus çalarları ona novator layihə kimi baxmağa imkan verir və mahiyyəti üzrə dünyanın inkişaf etmiş ölkələrində həyata keçirilən layihələrlə bərabər səviyyəyə qaldırır. Bəzi praktiki amilləri nəzərdən keçirsək, dediklərimizi sübut etmiş olarıq.

Hazırda inkişaf etmiş ölkələrdə məişət tullantılarının atılması üçün yalnız plastik konteynerlərdən istifadə olunur. Məlumdur ki, dəmir plastikdən daha bahadır və ondan tullantıların daşınmasında istifadə etmək heç də məqsədəuyğun deyil, çünki məişət tullantılarında mayelilik əmsalının yüksək olması dəmir məmulatının korroziyaya uğrayaraq tez sıradan çıxmasına səbəb olur. Dəmir və plastik məmulatın çəkisindəki nisbət də nəzərə alınmalıdır. Bu səbəbdən layihə çərçivəsində tullantılar üçün tədricən plastik konteynerlərdən istifadəyə keçilməsi iqtisadi cəhətdən sərfəli və dünya standartları səviyyəsindədir. İkinci daha bir mühüm cəhət tullantıların bəri başdan çeşidlənməsidir. Yəni, bəzi spesifik tullantıların ümumi konteynerdən ayrılaraq xüsusi plastik qablara yığılması bu sahədə mütərəqqi yenilikdir. Bunun üçün hazırlanmış yeşiklər artıq ərazilərdə quraşdırılıb və təyinatı üzrə istifadə edilir. Qeyd etmək yerinə düşərdi ki, çeşidlənmə məsələsində azərbaycanlı ailənin məişəti nəzərə alınıb və 4 məmulat üzrə qutular ayrılıb. Hər bir qutunun üzərində məmulatın adı qeyd olunub.

1.Polietilen.
2.Qarışıq
3.Çörək.
4.Şüşə.

Diqqət edin, quru çörək üçün ayrıca qutu ayrılıb. Bu, xalqımızın  çörəyə bəslədiyi hörmətin qorunub saxlanmasına nümunədir. Təsadüfi deyil ki, bizlərdə yerə düşmüş çörəyi götürüb təmizləyəndən sonra öpüb gözün üstünə qoymaq və ayaqaltı olmayan yerdə yığmaq qədimlərdən qalan adətdir. Qeyd edim ki, inkişaf etmiş bir sıra ölkələrdə, məsələn, Fransada tullantıların atılması və ya çeşidlənməsi sahəsində zəngin təcrübə olsa da çeşidlənmə zamanı çörək üçün ayrıca yer nəzərdə tutulmayıb. Halbuki, bu ölkədə fərdi qaydada at saxlamaq bir növ dəbdir və istehlak edilməmiş quru çörəklərin atlara verilməsi proseduru mövcuddur. Lakin bu prosedur tanışlıq əlaqələri zəminində fərdi qaydada həyata keçirilir.

İşin belə bir formada təşkili iqtisadi səmərəliliyin artımına xidmət edir. Məlumdur ki, Bakıda “Təmiz şəhər” layihəsi çərçivəsində Balaxanı qəsəbəsində tullantıların təkrar emalı üzrə müəssisə inşa edilib. Müəssisəyə gətirilən məişət tullantıları əvvəl çeşidlənir, daha sonra isə emal və ya yandırılma üçün ayrılır. Nəzərə alsaq ki, Bakı kimi böyük meqapolisə malik şəhərdə hər gün min tonlarla tullantı toplanır, onda bu işin mürəkkəbliyi barədə müəyyən təsəvvür yaranar. Bu mənada bəri başdan tullantıların xeyli hissəsinin qablaşdırılaraq zavoda çatdırılması istehsalın sürətinin artacağına birbaşa təminatdır. Bunları nəzərə almaqla deyə bilərik ki, “Təmiz Binəqədi” layihəsi sosial xarakterə malik olmaqla yanaşı həm də innovativ layihədir. Yəni, layihənin iqtisadi və mənəvi səmərəsi əvvəlcədən yüz faiz təmin olunmuşdur.

“Təmiz Binəqədi” layihəsini həyata keçirən komissiyanın konkret iş planı və görülən tədbirlərin dəqiq qrafiki var. Başlanılmış iş plan üzrə ahəngdar gedir. Amma nüanslar da mövcuddur. Bu, əsasən sakinlərin yeniliklərə alışmağı ilə bağlıdır. Düzdür, kifayət qədər maarifləndirici tədbirlər həyata keçirilir, ədəbiyyat, loqolar, etiketlər yayılır. Lakin insanda təsəvvürlərin dəyişməsi, yeni məişət vərdişlərinin aşılanması prosesi hər bir dövrdə və hər bir cəmiyyətdə çətin gedən prosesdir. Müəyyən vaxt lazımdır və sözsüz ki, faydalı layihənin nə dərəcədə əhəmiyyətli olduğunu hər bir binəqədili anlayacaq, ümumi işə öz töhfəsini verəcəkdir. Bunun üçün isə qeyri-adi nəsə etməyə ehtiyac yoxdur, sadəcə, tələb olunan qaydalara əməl etmək lazımdır.

P.S Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir.

Elmin Nuri 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24