Arxiv
26 Yanvar 2015, 12:55 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Mən sənə ilk baxışdan aşiq oldum...

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Mən sənə ilk baxışdan aşiq oldum...adlı şeiri oxucuların ixtiyarına veririk.

Mən sənə ilk baxışdan
aşiq oldum, ay sənəm.
Saçların, dodaqların,
baxışların bir aləm.
Mən sənə ilk baxışdan
Vuruldum...
                 İnan ki, sən,
Başqa cürə vurulmaq
Mümkün deyil, biləsən.

Mən sənə bərk vuruldum!
“Nə üçün, nəyə görə?” –
bu cür yersiz suallar
qoy gəlməsin dilinə...
Mən sənə aşiq oldum
ilk baxış, ilk görüşdən.
Bəlkə ilk baxışlardır,
Məhəbbətə güc verən?!

İstəyirsən, sus, dayan
ya da bağır –
                  duymaram.
Bircə, dodaqlarının
tərpənişi görünər...
Mən özümü heç sənsiz
təsəvvür eləmərəm...
Tanrıya və sevgiyə
Təkinanclı bəndəyəm...

Olsun ki, öncələr də
vurulmuşam. – Nə olsun?
İndi aşiq olmuşam,
dərd-qəmi unutmuşam,
Günün günorta çağı
Ayın əsarətindən
qurtulan Gün olmuşam...

İstərsən ağla-sızla,
mən də sənlə ağlaram.
Gülmək istəsən əgər
Yalnız və yalnız mənlə
şənlənib, gülməlisən..!
Mən sevgi şərabını
içib xumar olmuşam.
Qaranlıqdan həzz alan
Ay təki parlayıram.

Sənin incə əllərin... –
bütün bu Yer üzünün
ən gözəl əlləridir...
O əllər bir əlacdır
darıxanda, qəlbimə.
Divara çökən kölgən,
sanki bir ikonadır –
Baxıram, hey baxıram,
doymuram itaətdən...

Tanrıdan tək istəyim
Bircə bilsəydin nədir? –
Deyirəm, qüvvət versin,
səni heç itirməyim!
Ruhum sevgi doludur –
nəfəs alır, yaşayır...
Ürək təlaşa gəlir, –
Yenə, yenə də sevda
qəza tək başa gəlir...

Mən sənə vurulmuşam
sən ki, bunu bilirsən...
amma sən bilməyirsən
gücünü bu sevginin...
Məni gündə yüz kərə
öldürüb, dirildirsən.
Yalnız  sənin yanında
Acizləşir ölüm də...

Ölərəmsə, qoy ölüm -
dizlərinin üstündə..!
Yalnız bu cürə ölüm –
diləyirəm özümə!..
Qanımla yazacağam
bunları divarlara,
Yanında olmayanda,
Oxuyasan tək-tənha...

Mən sənə ilk baxışdan
vuruldum, aşiq oldum..!
Elə o an kor oldum,
həmişəlik – ömürlük..!
Əgər istəyirsənsə
Yaşa mənsiz, nə deyim?..
Amma ki, o dünyada,
qayıt yanıma, gülüm.
Təkcə budur istəyim,
yalnız budur ümidim...

Tərcümə edəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25