Arxiv
28 Yanvar 2015, 18:08 | ƏDƏBİYYAT
Rusiya ədəbiyyatını fəth edən azərbaycanlı qadın

Müasir azərbaycanlı müəlliflərin passivliyi barədə cəmiyytədə ara-sıra fikirlər səslənir. Amma məsələyə ətraflı yanaşıldığında ölkə xaricində belə, tanınan xeyli  yeni nəsil Azərbaycan yazıçılarının olduğunu görə bilərik. Belə simalardan biri, fantastika janrında roman və povestlər yazan Lalə Həsənovadır. Modern.az saytı Lalə Həsənova barədə informasiyanı təqdim edir.

Lala Həsənova 1978-cı il iyulun 26-da Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Lalə Həsənova 1994-cü ildən fantastika janrında əsərlər yazmağa üstünlük verib. Müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən Lalə Həsənova özünü bədii yaradıcılğa həsr edir. Qeyd etmək lazımdır ki, xanım yazıçı bütün əsərlərini rus dilində yazır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur.

Məhz bu imza ilə onun ilk kitabı – “Zamanların savaşı” 2001-ci ildə “Azərnəşr” də işıq üzü görüb. Fantasik janrda yazılan kitabın uğuru fonunda fantast-yazıçını 2002-cui ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul ediblər.

Elə həmin il Lalə Həsənovanın macəra və fantastika janrında yazdığı kiçik hekayələr toplusu olan “Qatil Çuopakabra” kitabı işıq üzü görüb. Ardınca gənc müəllif elmi-fantastika janrında yazılan “Səmaların seçilmişləri” romanını nəşr etdirir.

2003-cü ildə də məhsuldar yaradıcılığını davam etdirən Lalə Həsənova “Xəzərin sualtı sirləri” tarixi-fantastik romanını yazır. Demək olar ki, hər il Eliozabet Tüdor imzası ilə bir kitab nəşr etdirən Lalə Həsənova yalnız Azərbaycandakı deyil, bütövlükdə MDB məkanındakı rusdilli auditoriyanın marağını qazanıb.

2007-ci ildə yazdığı “Kolliziya” romanını isə o zamanalr Kaliforniyanın qubernatoru səlahiyyətlərini icra edən məşhur kinoakytor Arnold Şvartseneggerə həsr edib.

2008-ci ildən isə Lalə Həsənova 12 xilaskar qəhrəmandan bəhs edəcək 12 cildlik silsilə romanlar yazmağa başlayır. Onların arasında “Kevin Konnor”, “Aron Şmuel” kimi əcnəbi qəhrəmanlar olmaqla yanaşı, həm də azərbaycanlı “Abbas Ələkbərov” obrazı da var. Yeri gəlmişkən, Abbas Ələkbərovun macərlarından bəhs edən elmi-famntastik roman 2014-cü ildə işıq üzü görüb.

Lalə Həsənovanın gələcəklə bağlı planları zəngindir. Hazırda ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan Lalə Həsənova bununla belə, tarixi vətəni Azərbaycanla əlaqələrini itirmir. Əksinə Azərbaycanda ədəbi festivalların sıx-sıx keçirilməsini, rus dilinin populyarlaşmasını və istedadlı yazıçıların ölkə sərhədlərindən kənarda tanınmasını azru edir.

Qeyd etmək lazımdır ki, 37 yaşının olmasına baxmayaraq, artıq 20-dən artıq kitabrın müəllifi olan həmvətənimiz Beynəlxalq “Broad Universe” fantast-yazıçılar təşkilatının və “Beynəlxalq Rusdilli Yazıçılar Federasioyası”nın üzvüdür.       

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi 15 Sentyabr 2019, 20:01 Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30 Bi il 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib 15 Sentyabr 2019, 15:15 Hakimliyə namizədlərlə test imtahanı keçirilib 15 Sentyabr 2019, 14:58 Muqabe mavzoleydə dəfn ediləcək   15 Sentyabr 2019, 14:40 Hicab geyinən Xatirə tənqidə tuş gəldi - FOTO 15 Sentyabr 2019, 14:28 Doğulacaq körpənin cinsini qabaqcadan - Sifariş etmək olar?   15 Sentyabr 2019, 14:13 Gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO 15 Sentyabr 2019, 14:00 Süni mayalanma ilə doğulanlar: Qiyməti 15 Sentyabr 2019, 13:46 Tələbə adı qazanan Bakı məktəblərinin sayı AÇIQLANDI 15 Sentyabr 2019, 13:35 Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki evlənmək barədə düşünmürəm” 15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13