Arxiv
2 Fervral 2015, 21:58 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Çərçivəyə sığmaram...

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Çərçivəyə sığmaram...” adlı şeiri oxucuların ixtiyarına veririk.

Mən
çərçivəyə sığmaram,
çalışmayın boş yerə.
Ruhumu yaxın, doğma,
sanırsızsa bu qədər –
İnsanlar, siz azadlıq,
Azadlıq verin ona..!

Bəlkə can atmayasız
hisslərimi duymağa..?
Beynimdə, şüurumda
bambaşqa bir dünya var...
Siz mənə inanın ki,
qəm-qüssədən bir zərrə
əlamət yoxdur orda.
Öz ruhuma rahatlıq
gətirən mənəm orda.

Sən də ağlama, ey dost,
Dəyişmərəm mən səni,
ruhu, özü yadlara...
Qorxma alovlarından
odundan cəhənnəmin;
Axı, odun su adlı
əlacı var dünyada...

Ağlama, sızıldama
məhəbbətin xətrinə..! –
Ürəyinə hökm etmə!
Mən uçuram göylərdə,
möhkəmdir qanadlarım..!
Onları sındırmağa
söylə bir güc varmıdır?..

Meydan oxuma mənə,
“Divan tutacam!” deyə.
Məni sevib-sevməmək
deyil sənin gücündə...
Gözünə pis görünsəm
gözünü qurdalama...
Özüm belə istərəm!..
Sən də bacarmalısan
bunu bağışlamağı...
mənə belə baxmağı...

Mənə yazığın gəlib,
hönkür-hönkür ağlama!
Mən taleyi, qisməti,
gözündən oxuyanam.
Bəli, mən gedirəm,
                            lap
         əriyirəm vaxt kimi...
Mən yalnız özümküyəm,
özümə... mən hakiməm!

Mən indi tam başqayam
Anla və inan mənə..!
Hədsiz arzu
                  tamah tək
rahatlıq vermir mənə...
Sənsə nəyi daha çox,
arzulayıb, sevirsən..?
Arzunun səmasında
qoy parlasın ulduz tək...

Mən çərçivəyə sığmam!
mən bambaşqa adamam.
Sanki qəfəsdə quşam...
Mənə azadlıq lazım,
lazımdır... – nəfəs alım..!
Aç, burax, məni Göyə,
Tanrıya dua edim..!
Yuxularda yanına
uçub gəlləm, sevgilim...

Ruscadan çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 717 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16