Arxiv
13 Fervral 2015, 15:33 | MƏDƏNİYYƏT
“XXI əsrin adamı” - Rafiq Həşimov: “Mənim azadlığım bilirsiz hara qədərdir?..” - MÜSAHİBƏ


Modern.az
 saytı “XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki qonağımız tanınmış diktor, telejurnalist, rejissor Rafiq Həşimovdur. O, əvvəlcə indiki fəaliyyətindən danışır:

- Hazırda Azərbaycan televiziyasında (Az.TV-də)  diktor kimi fəaliyyətimi davam etdirirəm. Uzun müddətdir insanlar məni diktor kimi tanısalar da, həyat elə gətirib ki, bu illər ərzində yazı-pozu ilə də məşğul olmuşam. Ssenarilərim əsasında bədii-sənədli filmlər çəkilib. Ölkəmizin tarixi üçün əhəmiyyətli olan hadisələri lentə almışıq. Son illər özüm də rejissor kimi çalışdım. Hərdən hekayələr və esselər yazıram. Bir sözlə, yaşamağa davam edirəm.

- Fikrinizcə, şeytan deyilən məxluq haradadır – Allahı unutduğumuz yerdə, yoxsa, Allaha gedilən yolun üzərində?

- Birdən-birə belə qəliz mövzudan başladıq... Bəzi teoloji məntlərdə adını çəkdiyiniz iblis haqqında məlumatlar çoxdur. Dini kitablara, teoloji mətnlətə əsaslansaq, qiyamət gününə qədər də o öz işi ilə məşğul olacaq.

- XXI əsrdə Azərbaycan cəmiyyəti daha çox şeytanla yoxsa, Allahla dostluq edir?

- Yenə də teoloji mətnlərə istinad etsək, görərik ki, orada Allahın dost deyə müraciət etdiyi yeganə insan İbrahim Xəlilullahdır. İbrahim peyğəmbərə dost deyə müraciət edilir. Ancaq bu o demək deyil ki, bütün insanlar buna baxıb Allahı özünə dost adlandırsınlar.

- Fikrinizcə, nə səbəbə görə XXI əsrin insanları həqiqətə yox, madiyyata daha yaxındır?

- Mən də bu mövzu haqda düşünmüşəm. Ümumiyyətlə, maddiyyatla mənəviyyat hamımızı düşündürən məsələdir. İnsanlar ömrü boyu bu anlayışlardan doğan situasiyalara düşür və öz münasibətlərini onlara uyğun formalaşdırırlar. Bu qədər yaşadıqdan sonra belə bir qənaətə gəlmişəm ki, bunların ikisi bir yerdə yüz faizdir. Məsələn, əgər  mənəviyyat altmışdırsa, yerdə qalan qırx da maaddiyyatdır və s. İki tərəfdən hansısa birinin 100 faiz olması mümkün deyil. “Quran”da  belə bir ayə var: “Qəlbinizdə Allah qorxusunu və qüsurunuzu da yerləşdirmişik. İnsanın içində bu proses, yəni, nəfslə mübarizə fasiləsiz davam edir. Sonda hansının qalib gəlməsi sırf fərdi hadisədir.

- Nə üçün bu günün, 2015-ci ilin Azərbaycan cəmiyyəti hələ də 1906-cı ildə işıq üzü görən “Molla Nəsrəddin” jurnalının səhifələri arasında yaşayır?

- Elə bədii nümunələr var ki, oradakı personajlar əbədidir. Yaradıcı insanın, şairin, yazıçının ruhi çəkisi nə qədər böyükdürsə, həmin personajların yaşam müddəti də o qədər uzanır. Hesab edirəm ki, bu dünyanın axırına qədər belə olacaq. Çünki hər zaman kimlərsə xeyir daşıyıb, kimlərsə şər. Bu, hər zaman belə olub, bu cür də davam edəcək.. Burada təəccüblü bir şey yoxdur...

- Razıyam, təəccüblü bir şey yoxdur, amma bir jurnalın az qala 95 faiz bu günlə uzlaşması da elə-belə fakt deyil...

- Oxucular müxtəlifdir. Elə gözəllik də bundadır ki, müxtəlif oxucular müxtəlif qənaətə gəlirlər. Əgər siz belə düşünürsünüzsə, fikrinizə ancaq hörmət edə bilərəm. Mən də düşünürəm ki, o jurnalda olan personajlar bu gün də var. Amma aralarında yaşayan müsbət personajlar da var. Bu cəmiyyətin strukturudur, qurulmuş formasıdır. Başqa cür olmur. Faiz məsələsinə gəldikdə, hansısa faiz az, yaxud çox ola bilər.

- Siz həm də Azad Mirzəcanzadə məktəbinin uğurlu yetirmələrindənsiniz. Necə oldu ki, böyük filosof-alimlə tanış oldunuz?

- Onun birbaşa tələbəsi olmasam da, televiziyada işlədiyim müddətdə çox şey əxz etdiyim şəxsiyyətlərdən biri, bəlkə də birincisi Azad müəllim olub. “XX əsr” müəllif proqramım var idi. 1995-ci ildən 1999-cu ilə qədər davam etdi. Proqram görkəmli elm, sənət və ədəbiyyat adamları ilə söhbətlər üzərində qurulurdu. Növbəti proqramlarımdan birini də Azad müəllimə həsr etməyi düşünürdüm. Proqramın araya-ərsəyə gəlməsi 9 ay çəkdi. Çünki o qədər çoxqatlı, çoxlaylı bir bilik mənbəyi ilə üzləşdim ki, o proqramın hazırlanması az vaxt çəkə bilməzdi. Öyrəndikcə daha çox qatlara baş vurmaq ehtiyacı hiss edirdim. Addım-addım hara gedirdisə - mühazirələrə, səfərlərə, yaratdığı məktəbə, Neft daşlarına - biz də onun ardınca gedirdik. Proqram bu cür ərsəyə gəldi və o, 9 ay mənim üçün böyük universitet oldu. Həftədə bir-iki dəfə görüşürdük. Elə vaxt olurdu ki, özünün masa məclislərinə də bizi dəvət edirdi. O məclislərdə də müxtəlif ziyalılar, akademiklər, alimlər olurdu. 

- Azad müəllim ən böyük azərbaycanlı kimi Üzeyir bəy Hacıbəylini görürdü. Maraqlıdır, neft sahəsinin mütəxəssisi üçün nəyə görə məhz Üzeyir bəy daha böyük insan idi?

- O, adını çəkdiyim proqramımda bu suala müəyyən mənada cavab verib. Deyirdi ki, “mən uşaq idim, Üzeyir bəy həmişə bizim yaşadığımız Zərgərpalan küçəsindən keçirdi. Biz də həyətdə oynayardıq. Mənə elə gəlirdi ki, o çox nəhəng insan olub. Amma böyüdükcə anladıq ki, ortaboylu adi bir insandır”. Amma ona dahi insan kimi qiymət verirdi. Niyə neftlə məşğul olan bir alim Üzeyir bəyi sevirdi?

Azad müəllimdən əvvəlki alimlər də, lap elə Eynşteynin özü də elm və incəsənət bir-birini tamamlayanda daha kamil bir məzmun alındığını düşünüblər. Mənə elə gəlir ki, Azad müəllimin  böyüklüyü həm də elm və incəsənəti uzlaşdıra bilməsində idi.

- Azad müəllimin bir başqa tələbəsi Baxşeyiş müəllimlə müsahibədə hiss etdim ki, o, Üzeyir bəyin daha çox musiqiçi deyil, publisist tərəfinə vurğun idi...

- Bilirik ki, Üzeyir bəy təkcə musiqi ilə kifayətlənməyib. O, həm də  publisist və ictimai xadim idi. Amma mənə elə gəlir ki, Azad müəllim onu daha çox musiqi dühası kimi qiymətləndirirdi.

- Azad müəllimin Üzeyir bəydə dəyərləndiriyi ən yaxşı xüsusiyyət “O olmasın, bu olsun” filmində Məşədi İbadın güzgü qarşısında papağını dəyişmə səhnəsidir. Çünki orada bir papağı dəyişdirməklə hansısa bir regionun psixologiyasını, o yerin insanının genetik kodunu çatdıra bilib...

- Əgər o filmdən danışsaq, qonaqlıq səhnəsini də göstərə bilərik. Orada bütün palitra, bütün təbəqələrin nümayəndələri var. Sizin bayaqkı sualınızın da cavablarından biri budur. Biz hadisələrə yanaşanda çox kəskin oluruq. Azad müəllim mənim proqramımda da deyirdi: “Baxıram  adama, görürəm ki, burnu var və o dəqiqə hökm verirəm ki, onun gözü, qulağı yoxdur. Çünki dar dairədən onun ancaq burnunu görmüşəm”. Problem odur ki, biz insanlara, cəmiyyətə çox dar müstəvidən baxırıq. Üzeyir bəy isə məsələlərə geniş müstəvidən baxıb və ona görə  bu gün də yaşayır. Həmişə də o filmə baxılır. Özünəməxsusluq ondadır ki, həmin personajlar özləri özlərinə gülməyi bacarırlar. Əsas səbəb budur ki, Üzeyir bəy onu sevgi ilə yazmışdı. O personajları da sevgi ilə yaratmışdı.

- Sabirin dövründə əsr insanları dindirə bilmirdi. Bəs, bu gün necə XXI əsr heç olmasa pıçıltı ilə də olsa, Azərbaycan cəmiyyəti ilə dialoqa girə bilirmi?

- 20 ildən bir az artıqdır ki, Azərbaycan müstəqil olub. Bu müddətdə hesab edirəm ki, ölkəmiz çox şey qazanıb və daha da inkişaf edəcək. Yenə Azad müəllimə qayıdaq, o deyirdi: “Mən istəyirəm ki, Azərbaycanı intellektual səviyyəsi ilə dünyaya tanıdaq”. Bu proses artıq başlayıb. Dünyada elə bir cəmiyyət yoxdur ki, onun hamısı siz dediyiniz  səviyyədə olsun. Burada fərqli-fərqli təbəqələr olmalıdır, cəmiyyət məhz bu təbəqələrdən ibarətdir. Amma bu proses gedir, onun çalarları bir çox sahələrdə artıq görünür.

- Şəxsən sizin üçün özgürlük nədir? 

- 1996-cı ildə hazırladığım müəllif proqramımda “Azadlıq” essesində bu haqda  yazmışdım. İbtidai siniflərdə oxuyanda hiss edirdim ki, direktor sinif otağına daxil olanda müəllimə ondan çəkinir. Ayağa durmağından, narahatlığından bunu hiss etmək olardı. Hörmət təbii ki, olmalıdır. Amma mən hörmətdən başqa çəkingənliyi də hiss edirdim. Uşaq vaxtından düşünürdüm elə peşə seçim ki, müdirim, rəisim olmasın və ondan qorxmayım. Məndə elə təəssürat yaranmışdı ki, müdirdən qorxmaq lazımdı. Sonra musiqi ilə məşğul oldum, onu da deyim ki, pis musiqiçi olmamışam. Musiqi ilə məşğul olanda düşünürdüm ki, qarmonu bir küncdə sakitcə ifa edəcəyəm, kimsədən sifariş qəbul etməyəcəyəm. Amma sonra böyüdüm və başa düşdüm ki, musiqini bəzən sifariş də edirlər və s. Daha sonra diktorluq, jurnalistika və bir müddətdən sonra başa düşdüm ki, azad olan yalnız ağ kağızdır. Yazılan kimi o da azadlığını itirir. Məşhur öncəgörən Vanqa deyirdi ki, bizlərdən heç kim azad deyil, sadəcə, siz bunu bilmirsiniz. Başqa bir söz də var. Söhbət fərdin azadlığından gedirsə, mənim azadlığım bilirsiz hara qədərdir? Sizin azadlığınızın başlandığı yerə qədər. Mən bu cür yanaşıram. Ən çox sevdiyim məfhumlardan biri azadlıqdır. Belə bir fikir var: “Yalnız ölülər və dəlilər tam azaddırlar”.

- Məncə, heç onlar da azad deyillər...

- Hə, o dünyada da sorğu-sual, azadlığının əlindən alınması... (gülür)

Onu da deyim ki, 2011-ci ildə şəhid haqqında film çəkdim. Film “Yarımçıq gündəlik” adlanır. Şəhid Fuad Əsədov haqqındadır. 19 il yarım yaşayasan və bu qədər böyük işlər görəsən?! Yaxşı şeirləri, rəsm əsərləri olub. Mən böyük sözünü məsuliyyətlə deyirəm. Filmi çəkəndə maraqlı bir mətləbi anladım. Anladım ki, əsil yaradıcılıqla məşğul olmaq üçün daxilən tam azad olmaq lazımdır.

- Siz azadlığı sevə-sevə böyüyüb indiki Rafiq Həşimov oldunuz. Bunun üçün kimə borclusunuz ?

- İlk növbədə Allaha borcluyam ki, bizi yaradıb. Valideyinlərimə borcluyam. Allah cansağlığı versin. Mən bu gün də onlarla bərabər yaşayıram. Dostlarıma borcluyam, sağ olsunlar ki, onlar var.  Daha sonra mənə uşaqlıqdan dərs deyən bütün müəllimlərimə borcluyam. Tamaşaçılara borcluyam. Məndən əvvəl diktor  işləyən bütün adamlara, ilk növbədə Rafiq Hüseynova borcluyam. Dostoyevskinin belə bir sözü var: “Hər kəs hamının qarşısında hər şeyə görə günahkardır”. Adamlar bunu anlamırlar. Anlasaydılar, həmin  dəqiqə cənnət olardı.

- Sonda peşəkar diktor kimi sizə bir sual vermək istərdim. Ünsiyyət zamanı biz niyə özümüzü düzgün, səlis ifadə etməyi bacarmırıq?

- Maraqlı sualdır. Uzun müddət nitq mədəniyyətindən dərs demişəm. Universitetlərdə, radiolarda, televiziyalarda treninqlər keçmişəm. Müstəqillikdən sonra evdə dil açan uşaq artıq “ata”, “ana” deyir, “mama”, “papa” deyənlər azalıb. Yəni nitqin formalaşmasında cəmiyyətin, ətrafın da böyük rolu var. Ondan sonra, davamlı kitab oxumaq, mütaliə etmək nitqi formalşdırır. Mən kitabları bilirsiz nəyə bənzədirəm? Biz dərmanı içirik, amma  damarımızda molekullar, atomlar necə hərəkət edir, onu görmürük,  nəticədə sağalırıq. Kitab da elədir. Biz onu oxuyuruq. Amma özümüzün də xəbərimiz olmur ki, nə baş verir. Bizim ruhumuza, mənəviyyatımıza necə təsir edir, onu görmürük, amma bu proses baş verir.  Nəticədə həm düşüncəmiz, həm də nitqimiz formalaşır.



Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49