Arxiv
17 Fervral 2015, 20:52 | ƏDƏBİYYAT
Leyla Əliyeva - SƏN ELƏ GÖZƏLSƏN Kİ...

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Sən elə gözəlsən ki…adlı şeiri oxucuların ixtiyarına veririk.

Sən elə gözəlsən ki...
Almaz qaşlı üzük tək
İşıq saçır gözlərin...
Sən elə gözəlsən ki...
Can alır gözəlliyin...
De, insan da bu qədər,
Gözəl olar, ay mələk?!.

Ağlı başdan çıxarır,
Ruhu yandırıb yaxır
Alovlu baxışların...
Bir az insafın olsun,
Lap itirdim özümü... -
Sən olmasan, neynirəm? –
Fərqi yoxdur mənimçün
dan ağarsın, şər düşsün...

Qış kəsdirib qapını,
görən yoxsa ki, payız?
Vallah, heç fərqi yoxdur –
Hamısı mənə əziz...
Taleyimsə əl çəkmir:
Axı, nə istəyirsən?
Cavab verirəm: - Heç nə.
Bircə zəng etsin mənə.

İnan, səsin gələndə
Ürəyim də döyünmür.
Sən güləndə elə bil
zaman susquya dalır...
Telefonsa zəng çalmır...
Susur, elə hey susur...
İntizardan nəfəsim
Kəsilir, buza dönür...

Sən elə gözəlsən ki...
Gözəlsən deməyimə
bəlkə milyon səbəb var;
Bunu sən də bilirsən.
Sən hər şeydə gözəllik
Arayırsan, görürsən...
Sənçün ölümə məhkum
ən qəddar insan belə
Sevimlidir sevimli...

Yaxşı anlayıram mən...
Sən heç vaxt, heç bir zaman
Mənim olmayacaqsan...
Kimlərinsə üzünə,
Səndən əl çəkirəm mən!..
Amma bir xahişim var:
Yazığın gəlsin mənə -
Təkcə xəyallarından,
Arzu-diləklərindən
Silmə məni, əzizim...
SƏN ELƏ GÖZƏLSƏN Kİ...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 717 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 20 İyul 2019, 13:15 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47