Arxiv
7 Sentyabr 2010, 13:58 | MÜSAHİBƏ
"Sədrlikdən gedə bilərəm..."

Akif Nağı: “Ermənilər Qarabağ Azadlıq Təşkilatına əməkdaşlıq təklif edirlər” Qarabağ Azadlıq Təşkilatı (QAT) 10 ildən artıqdır fəaliyyət göstərir. Bu illər ərzində təşkilat çox hadisələrlə üz-üzə qalıb. QAT-a bu 10 ildə rəhbərlik edən Akif Nağı ilə müsahibədə qurumun fəaliyyəti və işləri ilə bağlı suallar ünvanladıq. İlk olaraq soruşduq ki, QAT-ın idarə heyətinin yenidən formalaşması barədə deyilənlər həqiqətdirmi? Akif Nağı bunu təkzib etdi. Amma strukturlarda çoxlu yeniliklərin olduğunu dedi.

 

-  QAT 10 ildir fəaliyyət göstərir. Qurumun hazırkı strukturu necə formalaşıb? Bu illər ərzində strukturlarda hası dəyişikliklər olub?

 

- QAT-ın strukturlarına İdarə Heyəti, Ali Məclis və Ağsaqqalar Şurası daxildir. QAT yarananda bizim daha iki strukturumuz –Hərbi Şura və Dini Şura olub. Hərbi Şurada Azərbaycanın tanınmış hərbiçiləri –istefada olan generalları Dadaş Rzayev, Tacəddin Mehdiyev, Zaur Rzayev təmsil olunublar. Həmçinin polkovnik İsa Sadıqov, “qara polkovnik” Fətulla Hüseynov quruma üzv idi. Şura yaranan kimi ona iqtidar tərəfindən ciddi təzyiqlər oldu. Hakimiyyət bu qədər tanınmış hərbiçilərin bir yerə toplanmasını istəmirdi. Təzyiq nəticəsində onların bir hissəsi QAT-dan uzaqlaşdı.  Daha sonra Hərbi Şuranın işini aparmaq obyektiv səbəblərdən çətinləşdi. Dini Şuraya təzyiqlər isə daha çox müxalifət partiyalarından oldu. Qərbyönlü partiyalar başladılar ki, biz guya iIslam fundamentalizminə yuvarlanırıq.  Belə təzyiqlər nəticəsində Dini Şura fəaliyyətinə ara verməli oldu. Ağsaqqalar Şurasının tərkibi də xeyli dəyişib. Şura yarananda bir sara tanınmış ziyalılar- mərhum Bəxtiyar Cavadov, Famil Mehdi, Yelmar Qarayev və digərləri onun üzvləri idi.

 

- Tanınmış siyasilərdən  necə, QAT-da təmsil olunan varmı?

 

-  Tamerlan Qarayev Ağsaqallar Şurasının üzvüdür. Hindistana səfir gedənə qədər üzvümüz olub. Onun QAT-dan çıxması barədə müraciəti olmayıb. Tacəddin Mehdiyev də QAT-ın üzvüdür. Düzdür, səhhəti ilə bağlı bir qədər arxa plana keçib. Siyasi pariya rəhbərlərindən isə QAT-ın üzvü olan yoxdur. Düzü biz özümüz də maraq göstərmirik.  Siyasi partiya rəhbərləri quruma üzv olduqda istər –istəməz bir meyllilik yaranır, siyasiləşmə gedir. Odur ki, siyasi liderlərin QAT-a üzv olmasında maraqlı deyilik. Amma QAT-da bütün partiyalardan olan üzvlər var.

 

- Yeni Azərbaycan Partiyasından olanlar var?

 

- Bəli.  YAP-ın rayon şöbələrindən üzvlərimiz var. Məsələn, YAP-ın Xaçmaz,

 İmişli, Cəlilabad  rayon təşkilatından üzvlər var.

- Hazırda QAT-in missiyası nədən ibarətdir?

 

- QAT-ın konkret hədəfi Qarabağın azadlığı uğrunda ictimai hərəkatın təşkilidir. Biz hesab edirik ki, dövlət xətti ilə torpaqlarımızın işğaldan azad olunması üçün rəsmi fəaliyyət göstərilməlidir. Hesab edirik ki, bu fəaliyyət göstərilir.

 

- Bəs ictimai rəyi Qarabağla bağlı təşkil edə bilirsinizmi?

 

- Çalığırıq. Çox çətinliklər var. İctimai-siyasi fəallıq cəmiyyətdə çox aşağıdır.

 

-Keçirdiyiniz  etiraz aksiyalarında məhdud kontingent müşahidə edirik. Fikrinzcə, ictimai rəyin QAT-ın çağırışlarına passiv reaksiyasının səbəbi nədir? QAT-a etibar etmirlər? Yoxsa başqa səbəb var....

 

- Bu suala cavab vermək mənim üçün çətindir. Bu suala cəmiyyət cavab verməlidi. Amma QAT-a rəğbət var və heç də az deyil. Biz bunu hər yerdə hiss edirik. Amma bu rəğbət və dəstək passivdir. Son dövrlər 4-5 iri siyasi partiya mitinqlərə cəmi 40-50 nəfər çıxara bildi. Amma QAT-ın piketlərinə 50-60 adam gəlir. Ona görə passiv dönəmdə belə piketlər keçirilməsi bir nəticədir.

 

- Erməni və rus KİV-lərində, internet resurslarında  nədənsə QAT-ı yarımhərbi qurum,  sizi isə onun rəhbəri kimi qələmə verirlər. Hətta siz bu yarıgizli birləşmənin rəhbəri kimi hakimiyyətin sülh təşəbbüslərinə qarşı aqressiv münasibət göstərən bir rəhbər kimi təsvir edilirsiniz.... Bu sizi narahat etmir?

 

- Düşmənlər QAT-a daha düzgün qiymət verirlər. Biz özümüz də elə hesab edirik ki, QAT yarımhərbi qurumdur. Çünki təşkilatın üzvlərinin böyük əksəriyyəti Qarabağ döyüşçüləridir.

Eyni zamanda bizim mövqeyimiz Qarabağ probleminin hərbi yolla həllinə yönəlib. Bizim missiyamız hakimiyyəti müharibəyə bağlamağa vadar etməkdir. İndi müharibənin qaçılmaz olduğunu hamı qəbul edir.

 

- QAT neçənci ildə yaradılıb? 

-  Biz 1993-cü il avqust ayının 27-də  Qarabağ Azadlıq Hərəkatını yaratmışıq. Sonra 1995-96-cı illərdə QAH-a qarşı ciddi təzyiqlər oldu.  Xüsusilə Rövşən Cavadovun 1995-ci il mart hadisələrində qətlə yetirilməsi bu təzyiqlərin başlanmasına səbəb oldu. Çünki Rövşən Cavadov QAH-ın təsisçilərindən və fəallarından biri idi. 1996-cı ildə təşkilat bağlandı.  Sonra biz bir neçə dəfə QAH-ı bərpa etməyə cəhd etdik. Bu cəhdlər 1998-ci ildə Qarabağ üzrə Koordinasiya Şurasınan yaranmasına gətirib çıxardı. 1999-cı ilin sonunda qərara aldıq ki, birbaşa QAH-ı bərpa edək. 2000-ci ilin yanvar ayının 28-də Qarabağ qurultayı keçirildi. Orada təklif etdilər ki, ad bir qədər dəyişsin və o zamandan Qarabağ Azadlıq Təşkilatı elan edildi.

 

- Siz demək QAH-ın varisisiniz?

 

- Bəli varisiyik. 

- Qurultayda sədrliyə namizədliyinizi kim irəli sürüb? 

- O zaman yaradılmış Təkilat Komitəsi. Qurultaya hazırlıqla bağlı Təşkilat Komitəsində mənim namizədliyim üzərində dayandılar və bu təklifi verdilər. Qurultayda indi adını xatırlamadığım ağsaqqalardan biri namizədliyimi irəli sürdü.

 

- Siz 10 ildir QAT-in sədrisiniz. QAT-da sədrin səlahiyyət müddəti barədə hansı məhdudiyyətlər var? 

- Bizdə sədr postu ilə bağlı hansısa məhdudiyyətlər yoxdur. QAT siyasi partiya deyil. Bizdə roitasiya sisetmi yoxdur. Amma heç bir problem də yoxdur. Mən istənilən vaxt QAT-ın sədrliyindən gedə bilərəm. Sadəcə hələ enerjimiz var. Nə vaxtsa ciddi ehtiyac yarananda, mən kənara çəkilməyə hazır olacağam. Öz yerimi gənclərə verməyə hazıram. 

- Sədrlik edə biləcək alternativləriniz var?

 

-  Mən işi elə qurmuşam ki, QAT-da əvəzedilməz adam olmasın. Bu gün siyasi partiyaların ən böyük bədbəxtçiliyi odur ki, liderə bağlıdırlar. Lider gedən kimi partiya iflic olur. AMİP Etibar Məmmədovdan sonra nə qədər çalışsa da, özünə gələ bilmir. Ona görə QAT fors-majora həmişə hazır olur. Akif Nağı getsə, onu əvəz etməyə bir neçə adam olmalıdır.

 

-Belə adamlar var?

 

- Bəli QAT-da belə şəxslər var. 2004-cü ildə bizi həbs edəndə gördük ki, QAT Akif Nağı olmasa da işləyir. Biz həbsdən çıxanda QAT bir az da güclənmişdi. 

- QAT-ın mürəkkəb siyasi gedişlərin olduğu bir şəraitdə dəstəyi necədir? Siz həm müharibə tərəfdarısınız, eyni zamanda Minsk Qrupunun sülh təkliflərini qəbul edən iqtitarla, siyasi qüvvələrlə mövqe sərgiləyirsiniz. .. 

- Cəmiyyət başa düşür ki, müharibə çıxış yoludur. Dünənə qədər elə hərbi ekspertlər var idi ki, deyirdilər bu ordu və iqtidarla müharibəyə getmək olmaz. Bu gün həmin ekspertlər deyirlər ki, ordunun səviyyəsi müharibəyə başlamağa imkan verir. QAT doğurdan da mürəkkəb vəziyyətdədir. Təşkilat həm neytrallığını qoruyub saxlamalı, həm də xəttinin cəmiyyətdə qəbul edilməsinə nail olmalıdır. Hər tərəfdən bizi öz tərəflərinə çəkmək meylləri var. Həm iqtidar, həm də müxalifət tərəfindən. Belə situasiyada QAT-ın hərəkat etməsi, fəaliyyəti çətindir. 

- Ermənistan QHT-lərinin QAT-la əməkdaşlıq cəhdləri olubmu?

 

- Bizim QHT  rəhbərləri mənə deyiblər ki, erməni QHT-ləri içində QAT-la əlaqə saxlamağa,  əməkdaşlıq etməyə böyük həvəs var. Hətta bizim QHT rəhbərlərindən bu məsələdə vasitəçi olmağı xahiş ediblər.  Mən indi Azərbaycan QHT-lərinin adını çəkmək istəmirəm.  

- Bu həvəs nədən qaynaqlanır?

 

-  Bir dəfə Ermənistanda tanınmış QHT-lərindən biri birbaşa mənə müraciət etdi. İrəvanda fəaliyyət göstərən “Qafqazda sülh Təşəbbüsləri” Mərkəznin rəhbəri Georgi Vanoyan mənə telefon açdı və təklif etdi ki, sizinlə əməkdaşlıq etmək istəyirik. Mənim “niyə QAT-la əməkdaşlıq etmək istəyirsiniz” sualıma Vanoyan maraqlı cavab verdi. Erməni QHT-çisi dedi ki, Azərbaycandakı layihə partnyorları olan digər QHT-lərlə əməkdaşlığı, gördükləri iş effekt vermir. Ona görə ki, Bakıdakı QHT-lər Yerevanda ayrı mövqe nümayiş etdirir, Bakıya qayıdandan sonra ayrı mövqe ortaya qoyurlar. Vanoyanın maraqlı bir etirafı da oldu. Dedi ki, “biz əziyyətlə çalışıb bir iş barədə müsbət fikir formalaşdırmağa çalışırıq, QAT aksiya keçirir və bütün iş alt-üst olur”. Erməni QHT rəhbəri ona görə QAT-la əməkdaşlıq etmək istədiyini açıqladı. Vanoyan vəd etdi ki, beynəlxalq təşkilatlar bunun üçün külli miqdarda pul da verəcəklər. Mən ona dedim ki, təklifinizi rəsmi məktubla göndərin. Onlar göndərdilər. Məktub indiyə qədər məndədir. Vanoyan məni Yerevana dəvət edirdi. Ya da Bakıya gəlmək, Tiflisdə görüşmək, teledebata çıxmağı təklif edirdi. Görürdüm ki, imkanları çox böyükdür. Biz Vanoyana təklif etdik ki, bir şərtlə əməkdaşlıq edə bilərik. Ona təklif etdim ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq hərəkətlərini pisləyən rəsmi bəyənatla çıxış etsin.. Bu şərti Vanoyan qəbul etmədi.. 

- Parlament seçkilərinə qatılacaqsınız?

 

- Bəli. Namizədliyimi QAT-ın qərargahının yerləşdiyi yerdən - 8 saylı Binəqədi seçki dairəsindən verəcəyəm. Seçkilərə müstəqli namizəd kimi qatılacağam. 

- Yeni yaradılmış seçki bloklarından təklif almısınız?  

 

- Heş bir təklif yoxdur. Çox sevinirəm ki, müxalifətin seçki bloklarından təklif almamışam. 

Xaqani SƏFƏROĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev BMT-nin sessiyasında çıxış etdi - Tam mətn 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24
SORĞU Hansı vaksinə etibar edirsiniz?