Arxiv
2 mart 2015, 11:05 | TƏHSİL
Ədliyyə generalı Binəqədi Ağsaqqallar Şurasının sədri seçildi - FOTO


Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Modern.az saytının məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Yaqub Mehdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun bir qrup ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər..
Konfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyəti barədə danışıb, rayon Ağsaqqallar Şurasının Şura üzvlüyünə olan namizədləri elan edib, təklif səsə qoyularaq qəbul edilib. Şura üzvlərindən İdarə Heyəti üçün namizədlər irəli sürülüb və səsvermə nəticəsində 11 nəfərdən ibarət İdarə Heyəti müəyyən edilib.
Seçki Konfransının gedişində İdarə Heyətinə üzv seçilən, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun nüfuzlu ziyalılarından olan Aslan Mehdiyev Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyevin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib, təklif səsə qoyularaq yekdilliklə qəbul olunub.

A.Rəfiyev çıxışında ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edib, öz bilik və bacarığı, eləcə də qazandığı həyat təcrübəsindən istifadə edərək bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirib. Akif Rəfiyevin təklifi ilə Rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsinə rayon ziyalısı, uzun illər məsul vəzifələrdə çalışan Cahangir Qocayev seçilib.

Seçki konfransında həmçinin, Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyası üzvlüyünə namizədlər irəli sürülüb, təklif səsə qoyularaq qəbul edilib. Daha sonra Rayon Ağsaqqallar Şurası 9 ərazi təşkilatı üçün üzvlər və təşkilat sədrləri üçün namizədlər irəli sürülüb, səsvermə nəticəsində 4 mikrorayon və beş qəsəbə üzrə təşkilatlar və sədrlər müəyyənləşdirilib.
Səsvermə prosesindən sonra konfrans Şuranın üzvləri Hikmət Butayev, Həmid Mehdiyev və İlham Rəhimlinin çıxışları ilə davam edib, natiqlər ağsaqqallara dövlət səviyyəsində göstərilən ehtiramdan danışıblar.

Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib, ağsaqqala olan hörmət-ehtiramı Azərbaycan cəmiyyətinin xarakterik cəhəti olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Özbəkistan prezidentləri görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 15:15 “Azəriqaz” sayğacları yeniləyir 14 Oktyabr 2019, 15:14 Daha 10 rayonda güzəştli gübrə satılacaq 14 Oktyabr 2019, 15:09 “Saxta yollarla yardım alanları aşkarlayıb tapırıq” - Nazir 14 Oktyabr 2019, 15:08 Əməliyyat olunan Koçaryanın səhəti barədə xəbər var 14 Oktyabr 2019, 15:06 “Pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır” - Nazir 14 Oktyabr 2019, 15:04 Prezident və birinci xanım Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar 14 Oktyabr 2019, 15:02 Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər” 14 Oktyabr 2019, 14:54 Türkiyə Suriyadakı əməliyyata görə təklənə bilər? – Politoloq ŞƏRHİ 14 Oktyabr 2019, 14:50 Qlobal yoxsulluqla mübarizə apranlar Nobel Mükafatı qazandı 14 Oktyabr 2019, 14:43 “Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun” - Rüstəm Xəlilov 14 Oktyabr 2019, 14:41 İnsan alveri qurbanına çevrilməmək üçün: Öz çətirinizi yaradın 14 Oktyabr 2019, 14:36 Jurnalist Mülatif Adurov xəstəxanadan evə buraxıldı 14 Oktyabr 2019, 14:31 “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?” - Ərdoğan 14 Oktyabr 2019, 14:21 Özbəkistan prezidenti Bakıya gəldi 14 Oktyabr 2019, 14:19 Türk qırıcıları terrorçuları havaya uçurdu - anbaan VİDEO 14 Oktyabr 2019, 14:12 Arif Hacılı: “Müsavatın rəhbərliyində yeni simalar olacaq” 14 Oktyabr 2019, 14:09 Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir” 14 Oktyabr 2019, 14:08 Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir 14 Oktyabr 2019, 13:52 “Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi” 14 Oktyabr 2019, 13:41 Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur” 14 Oktyabr 2019, 13:32 Çempionlar Liqasının finalına ev sahibliyi İstanbuldan geri alınır? 14 Oktyabr 2019, 13:28 Polşadakı Azərbaycan icması ilə görüşə Cəlil Məmmədquluzadənin nəticəsi də gəldi - FOTOLAR 14 Oktyabr 2019, 13:17 İlham Əliyev Ərdoğanla “Barış pınarı”nı müzakirə edəcək 14 Oktyabr 2019, 13:14 “İlham Əliyev Aşqabadda çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi” 14 Oktyabr 2019, 13:10 Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə müzakirə apardı 14 Oktyabr 2019, 13:07 Tural Gəncəliyev: “Bu,Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yoludur” 14 Oktyabr 2019, 13:05 Bakı məktəblisi şahmat üzrə dünya çempionu oldu 14 Oktyabr 2019, 12:55 Uşaqların övladlığa verilməsində YENİLİK - Nazir AYDINLIQ GƏTİRDİ 14 Oktyabr 2019, 12:51 Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb 14 Oktyabr 2019, 12:47 Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ 14 Oktyabr 2019, 12:47 Ərdoğandan Azərbaycana səfəröncəsi açıqlama: "Bakıya çatan kimi..." 14 Oktyabr 2019, 12:45 Almaniyanın Azərbaycandakı səfiri ilə Ekologiya Nazirliyində olub 14 Oktyabr 2019, 12:41 Nazirdən müavinətlərlə bağlı yeni XƏBƏR: “Müraciətlərə ehtiyac olmayacaq” 14 Oktyabr 2019, 12:32 Kataloniya separatçılarına hökm oxundu   14 Oktyabr 2019, 12:32