Arxiv
10 mart 2015, 16:32 | REPORTAJ
Azərbaycan müxalifətinin liderləri hansı maşınlarda gəzirlər? - SİYAHI

Azərbaycan siyasi səhnəsində olan fiqurlar hərəsi öz iddiası, platforması ilə seçilməyə çalışır. Düzdür, elə də cəlbedici ideyalar yoxdur, amma hər halda hamısını yaxşı ya da pis tərəfdən dəyərləndirmək olar. Siyasi səhnədəki fəaliyyətini koordinasiya etmək üçün müasir dövrün ən çox tələb olunan minik vasitəsi - avtomobildən istifadə də partiya liderləri üçün əhəmiyyətli sayıla bilər. Çünki tədbirlərə mənzil başına yetişmək işində də siyasətçi dəqiqliyi önəmlidir. Buna görə isə siyasətçilər ya şəxsi avtomobillərindən yararlanır, ya da ki maddi vəziyyətlərinin yaxşı olmamasına görə ictimai nəqliyyatdan istifadə edirlər.

Modern.az saytının əməkdaşı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni tez-tez Bakı metrosundan istifadə edən görüb və bunun səbəbiylə maraqlanıb. Doğrudanmı ictimai nəqliyyata üstünlük verən Pənah bəyin şəxsi avtomobili yoxdur?
Pənah Hüseyn bildirib ki, bəli, şəxsi avtomobili yoxdur.
Pənah Hüseynlə başladığımız bu mövzu bizi müxalifət cəbhəsindəki digər liderlərin hansı marka avtomobilə malik olduğunu dəqiqləşdirməyə məcbur etdi...

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə altı ildir “Nissan X-Trail” markalı avtomobil idarə etdiyini deyib.
“Avtomobilin kreditini hələ də ödəyirəm. Partiya sədrliyinə şərik olmaq istəyən buyursun gəlsin” deyə A.Əlizadə zarafatından da qalmayıb.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “Mercedes-Benz-Ponaroma” avtomobilinə malikdir.

Müsavat Partiyasının yeni başqanı Arif Hacılı “Mercedes-Benz E-klass” avtomobilindən istifadə edir.

Milli Şuranın sədri  Cəmil Həsənli “Kia Sportage” maşını idarə edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin xidməti maşını “Mazda CX-9” avtomobilidir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Toyota Land Cruiser Prado” avtomobili idarə edir.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin “Mercedes” markasından olan avtomobil sürdüyü deyilir.

Azadlıq Partiyasının sədri Əhməd Oruc beş ildən çoxdur ki, “Mecedes C Klass” avtomobildən istifadə etdiyini deyib. Qiyməti maksimum 10 min manat civarındadır. Çox vaxt rayonda olduğunu deyən partiya sədri avtomobilin hələ ki, onu qane etdiyini və dəyişmək fikirinin olmadığını söyləyib. 

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayıl bildirib ki, avtomobili özü idarə etmir. Partiyanın maşını var “Mercedes” markalı. Avtomobili sürücüsü idarə edir. 

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan istifadə etdiyi bir neçə avtomobil markasının adını çəkib: “Mercedes”, “Daewoo”, “Shizutetsu”. Amma hamısı da avtobusdu. “Niyə avtomobil almırsınız” sualına Əvəz Temirxanlı belə cavab verib: “Mən müxalifətdəyəm”.

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət “Nissan Teana” avtomobilində gəzir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 15 ildir “Uaz” markalı avtomobil idarə etdiyini deyib. Nə zaman dəyişəcəyinə gəlincə isə, buna maddi imkanı olmadığını deyib. Dəyişərsə, hansı avtomobil markası seçəcəyinə gəlincə, “zaman göstərər” deyə o, bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin yaxşı idarəçilik bacarığı olsa da, “Mercedes” markalı avtomobilini sürücüsü idarə edir.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa “Hunday Santa Fe” markalı avtomobilini özü idarə edir. Fazil Mustafa beş ildir ki, həmin maşını istifadə edir.

AMİP sədri Yusif Bağırzadə “Toyota” markalı avtomobilini özü idarə edir.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının “Leksus 470” markalı avtomobili var və maşını onun şəxsi sürücüsü idarə edir. Bəzən maşını Sabir bəyin özünün də idarə etdiyi vaxtlar olur.

Yeganə OQTAYQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04