Arxiv
31 mart 2015, 18:59 | TƏHSİL
Qorxusu olanlar üçün “Qorxular” kitabı - FOTO


Yazıçı Rövşən Abdullaoğlunun “Emosiyalar psixologiyası silsiləsindən” “Qorxular” adlı yeni kitabı çapdan çıxıb.

Trend xəbər verir ki, bu kitab qorxularla yaşamağa adət etmiş, qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlar üçün nəzərdə tutulub. Müəllif bildirir ki, bu kitabı oxuyan insan yaşadığı qorxularından xilas olur: “Əsəri oxuduqdan sonra görəcəksiniz ki, bu, boş bir iddia deyildir. Bu kitabı oxuyan zaman əlinizə kağız və qələm alın. Belə ki, kitab sizi aşkar etməkdən çəkindiyiniz qorxularınızla tanış edəcək, sizə özünüzü tanıdacaqdır”.

Kitabı paytaxtın kitab mağazalarından, eyni zamanda www.qedimqala.az veb səhifəsindən online qaydada sifariş etməklə və ya +994 55 404 31 32 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Qeyd edək ki, yazıçı R.Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur. O, 1978-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Ali təhsilini və hərbi xidmətini bitirdikdən sonra şərqşünaslıq, teologiya və fəlsəfə sahələrində müxtəlif təhsil ocaqlarında ali təhsil alıb. O, bu sahədəki təhsilinə ömrünün 8 ildən çoxunu həsr edib.

Bundan başqa yazıçı psixologiya sahəsində də ali təhsil alıb. O, Moskvadakı Pozitiv Texnologiya və Konsaltinq İnstitutunda “Psixoloji konsultasiya” fakultəsinin “Geştalt-terapiya metodu üzrə psixoloji müşavir” ixtisasına yiyələnib.

Azərbaycan dilindən başqa ərəb, fars, və rus dillərini mükəmməl bilən R.Abdullaoğlunun bu günə qədər ölkəmizdə 9 müstəqil, 9 tərcümə və şərh, 2 tərcümə olmaqla 20 kitabı yayımlanıb. Yazıçının motivasiya psixologiyası silsiləsindən olan “Arxadakı körpüləri yandırın” adlı kitabı 2014-cü ildə Türkiyədə də nəşr olunub.

Yazı janrı nəsr, esse, motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiyadır. Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirir. 

Modern.az

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11