Arxiv
6 Aprel 2015, 22:10 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Dostum, yaxşı ki, varsan...

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Dostum, yaxşı ki, varsan...” adlı şeiri oxucuların ixtiyarına veririk.

Dostum, sən bir atəşsən
sanki heç dayanmadan
yanaraq od saçırsan.
Bir iti baxışınla
yandırırsan, yaxırsan...
Girirsən qəlbimizə
hökmünə ram edirsən.

Gücünü, qüdrətini,
qadir olduqlarını
yaxşı bilirsən, dostum;
Həyat oyunlarında
Həmişə qazanmağın
ən mahir ustasısan...
Naxşı gətirən dostum...

Hərçənd ki, hər ürəyə,
ruha da acıyırsan;
Gecəni qaranlıqdan
hifz edib, qoruyursan...
Bizim kimi yaşamaq
sənə uzaqdır, əlbət;
Bizsə sənin tək, dostum,
ola bilmərik, fəqət...

Bəzən elə bilirəm,
cadügərsən, falçısan.
Qəlbdəki diləkləri
əzbərdən deyən falçı...
Zalımlığı, pisliyi
rüzgarlarla sovuran
Ürəyini saflığa,
xeyirxahlığa açan...

Hamını pisliklərdən,
zülmlərdən qorumaq... –
Görəsən sənin buna
ixtiyarın çatırmı?
Xeyirxahlıqdan qılınc
düzəltməyin nahaqdır...
Qılınclasa asandır:
Sadəcə boyun vurmaq..!

Hərdən düşünürəm ki,
sən cadügər qadınsan.
Səni qınamağasa
ixtiyarım çatmayır.
Çünki zalımlığını
öz içindən qovmusan
xeyirxah mələklərlə
dostluq qurmağın üçün...

Bax, sərgərdan olmusan –
nə yerdə, nə göydəsən...
Buna görə qəmlisən?
buna görə gözlərin
işıq saçır, nikbinsən.!?

Ey dost, səni həyatda
anlayıb, duymasam da,
Səninlə həyatıma
davama “yox!” desəm də...
Hər gün, hər axşam çağı,
adın gəlir dilimə.
Göylərə üz tutaraq,
sənə dua edirəm –
“Dostum, yaxşı ki, varsan!” –
Tanrımıza şükürlər..!

Ruscadan çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12 TAP-ın 88,5%-i tamamlanıb 20 İyul 2019, 12:00 AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59