Arxiv
10 Aprel 2015, 11:24 | ÖLKƏ
Abbas Abbasov DANIŞDI: "Axı, məndən nə istəyirsiz? Heç vaxt İlham Əliyevə xəyanət etmərəm"


Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin ("AzerRos") Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ANSpress-ə eksklüziv müsahibə verib. Modern.az saytının mlumatına görə, o, son vaxtlar təşkilat daxilində yaranmış vəziyyət və digər məsələlərə aydınlıq gətirib:

"Bilirsiniz, cərəyan edən bütün bu məsələlər mənim üçün əcaib gəlir. Həm gülməlidir, həm də bir az acınacaqlıdır. Gülməlidir ona görə ki, bir qrup insan Federal Mədəni Muxtariyyəti ələ keçirmək istədi, ancaq bu, baş tutmadı. Çünki onların bu planları qeyri-qanuni idi. Yalandan qurultay keçirmək, ictimaiyyətə yalan məlumatlar verib onları aldatmaq və.s. göstərdi ki, bu adamlar nə qədər saxtakardırlar.

Son zamanlar mətbuata sızan bəzi məlumatlar, siyahılar və sairəni gözdən keçirdik, oradakı adamların çoxusu ilə danışdıq. Bu siyahıda adı olanların 90 faizi dedi ki, bütün bunların hamısı böhtandır, yalandır. Bizim burada nə imzamız, nə də bunlardan xəbərimiz var. Bunlar nə qədər saxtakardırlar. Elə dünən mətbuatda bəzi məlumatlar yayıldı. Bunlar hamısı cəmiyyət içində gərginliyi artırmağa xidmət edir.

Mən yenə deyirəm ki, Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır. Bunların bir hissəsi burada daimi yaşayanlardır, bir hissəsi miqrantlardır. Mənim bu təşkilata rəhbərlik etmək niyyətim olmayıb".

A.Abbasov sözlərisndə görə, "AzerRos"da dəyişikliklərə ehtiyac duyulurdu. Ona görə, Moskvaya qayıdan kimi qurultay keçirilib.

"Mən Azərbaycan vətəndaşı olduğum üçün "AzerRos"a prezident yox, Ağsaqqallar Şurasının sədri seçildim. Həmişə arzum olub ki, Azərbaycandan olan soydaşlarımız, qardaşlarımız bir yerdə yaşasın, bir yerdə hərəkət etsinlər, güclənsinlər, can deyib, can eşitsinlər, artıq hərəkətlər eləməsinlər. Mənim indi 66 yaşım var. Mənə nə vəzifə lazımdır, nə karyera, nə də irəliləyiş. Mən təqaüddə olan, 15 il Azərbaycan hökumətinə xidmət edən insanlardan biriyəm. İndi bütün bu kampaniyanı təşkil edən insanlar var. Ad çəkmək istəmirəm. Çünki onlar o qədər səviyyəsiz insanlardırlar ki, onların adını çəkməyə dəyməz. Onlar o qədər çirkin işlərlə məşğuldurlar ki, mən başqa millətlərin qarşısında utanıram.

Azərbaycan xalqına xidmət edən, uzun illər ulu öndər Heydər Əliyevlə, möhtərəm Prezident İlham Əliyevlə çalışan insan kimi, mən xəyalıma necə gətirə bilərəm ki, Heydər Əliyevə, İlham Əliyevə xəyanət edim. Bu, absurddur. Kim ağlına gətirə bilər ki, mən Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə qarşı çıxış edim. Mənim elə bir səlahiyyətim və gücüm yoxdur. Bunlar məndən monstr yaratmaq istəyirlər".

A.Abbasov bildirib ki, o sadə bir insan, ağsaqqal, ziyalıdır və ona qarşı cəbhə açıblar. "Axı, məndən nə istəyirsiz? Mənim övladlarım var, ailəm var, səkkiz nəvəm var. Niyə məni belə təqib edirsiniz və mənə təcavüz etmək niyyətindəsiniz? Mən heç kimə pislik etməmişəm, inanın, həyatımda bir qarışqanı tapdalamamışam. Bunlar məni bezdirmək istəyirlər. Ancaq mən bezən adam deyiləm, öz mövqeyimdə qalmışam və qalacam. Həmişə öz vətənimə və xalqıma xidmət etmişəm və buna davam edəcəm. Hesab edirəm ki, başqa millətlərin qarşısında millətimizi biabır etmək, insanları hədələmək, onlara qorxu gəlmək düzgün deyil.

Mən heç kimin adına qara yaxmaram. Xahiş edirəm, işiniz olmasın. Mənim Azərbaycanda yaxınlarım yaşayır. Millətimi sevirəm və ölənə kimi sevəcəm də. Mən yolumdan dönən deyiləm. Əgər mənim öz millətimi, vətənimi və prezidentimi sevməyim kiminsə xoşuna gəlmirsə, özləri bilərlər. Mən heç kimin sözü ilə oturub-duran adam deyiləm.

Mən qurultay zamanı istefa etdim, ancaq bunu qəbul etmədilər. Dedilər ki, "səni Ağsaqqalar Şurasından qoymarıq gedəsən". Mən nə edə bilərəm. Onların iradəsinə hörmətsizlik edə bilməzdim. Yenə deyirəm, Milli Mədəni Muxtariyyətə rəhbərlik etmək hüququm yoxdur. Çünki Azərbaycan vətəndaşıyam. Mən onlara məsləhət verə bilərəm. Ağsaqqal kimi onlara tövsiyə verə bilərəm. Onlar mənə diktator deyirlər. Mənim elə bir səlahiyyətim yoxdur ki, diktator olum. Mən dövlət başçısı deyiləm, ordum yox, polisim yox, kəşfiyyatım yox. Mən necə diktator ola bilərəm!? Mənə nə vermisiz ki, ala bilmirsiz!?

Deyirlər ki, gedin qurultayda Abbası döyün, söyün. Belə işmi olar? Mən azərbaycanlıyam. Heç bir şeydə gözüm yoxdur, heç kimə pisliyim olmayıb. Gecə-gündüz "Azərbaycan" deyə-deyə yaşayıram. Bir daha deyirəm, heç vaxt Heydər Əliyevə və onun varisi İlham Əliyevə xəyanət etmərəm".

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Startap sahəsinin inkişafı ilə bağlı Türkiyə təcrübəsi öyrəniləcək 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52