Arxiv
3 May 2015, 21:22 |
Vəfa Quluzadənin son oğulluq borcu

2001-ci ilin iyul ayı idi. Az.TV-nin “Xəbərlər” proqramında işləyirdim. Tapşırıq aldım ki, bəs xalq şairi Mirvarid Dilbaziylə vida mərasimi başa çatıb, karvan qəbiristanlığa yola düşür, tez kamera götür özünü çatdır ora. O saat ağlıma o gəldi ki, yəqin dəfn 1-ci Fəxri Xiyabandadır. Amma baş redaktor Allahverdi Məmmədov deyəndə ki, adi şəhər qəbiristanlığındadır, çaşıb qaldım.

Tez atama zəng elədim. Dedi ki, bəs Mirvarid xanım vəsiyyət edib ki, onu bacısının yanında, Yasamal qəbiristanlığında dəfn eləsinlər. Uzun sözün qısası, çətinliklə də olsa dəfn olunacaq yeri tapdım. Yaxınlaşanda gördüm ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Vəfa Quluzadə qazılmış qəbrin yanında dayanıb söhbət edirlər. Yaxınlaşıb salam verdim. Sonra da çəkilib dayandım qıraqda. Başladım gözləməyə. Hacıbala Abutalıbov bir mer kimi prezidentin imzaladığı nekroloqun tələblərini yerinə yetirirdi. Yəni ki, dəfn mərasiminə başçılıq edirdi. Vəfa Quluzadə də ziyalı insan idi. Onun bir xalq şairinin dəfnində iştirakını təbii saydım. O cümlədən orda olan digər ziyalıların da. Nəhayət dəfn başa çatdı. Atam da ordaydı. Qayıtdım işə materialı efirə verdim.

Bir də gördüm ki, atam zəng edir:

- Dur gəl evə. Sözüm var vacib.

Getdim. Süfrə açıb məni gözləyirdi. Çox həyəcanlı idi. Ümumiyyətlə hər dəfn mərasimindən sonra çox pis olurdu. İllah ki, fəxri qaroulda dayananda. Çünki qələm yoldaşlarından kimisə itirmək onun üçün çox çətin idi. Bir şeirində belə bir misrası da var: “Çatıb növbətin, çatır növbətim”.
Soruşdum ki, nə olub? Dedi ki, “sən belə elə. Mən öləndə qəbri eninə iki adamlıq qazdır. Gen-bol. Uzunluğunu da artıq elə”.
Məəttəl qaldım ki, bu niyə belə deyir. Sonra əlavə elədi ki, “Gen-bol elə ki, rahat o üz-bu üzə çevrilə bilim. Bir tərəfi üstündə çox yatmaq mümkün deyil. Fəhlələrin üstündə dayanarsan. Yoxsa qəbirqazanlara qalsa, çox dar götürürlər enini-uzununu. Adam tərpənə də bilməz”.
Dinmədim. Yüz-yüz vurduq.


Sonradan məlum oldu ki, Vəfa Quluzadəylə dəfn mərasimindəymiş. Vəfa müəllim də Mirvarid Dilbazinin bacısı oğluymuş. Orda atama deyib ki, “bəs, Qabil müəllim, anam ölməmişdən qabaq vəsiyyət elədi ki, qəbri enli qazdırarsan. O üz-bu üzə rahat çevrilə bilim. Mən də elə elədim. Molla-zad əleyhimə dursalar da, anamın son vəsiyyətini yerinə yetirdim”.

Dünən Vəfa Quluzadənin vəfat etmə xəbərini eşidəndə bu xatirə yadıma düşdü. O, son oğulluq borcunu yerinə yetirdi. Mən isə...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24