Arxiv
10 May 2015, 10:46 | ƏDƏBİYYAT
Leyla Əliyeva - Qaçırıq, uçuruq, tərk edirik

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Qaçırrq, uçuruq, tərk edirik” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Мы бежим, мы летим, мы уходим)

Ömür boyu, gün boyu
harasa tələsirik.
Qaçırıq, lap uçuruq,
sondasa... ən sondasa
torpaqları qucuruq...
Bu dünyada necə də
zəifik, əlacsızıq...
Həm də sevgi acıyıq –
sevgidən heç doymuruq.
Can atırıq sulara,
ən əngin ümmanlara...
İri gəmilər bizi
alıb aparır ora...

Biz qaçırıq... uçuruq... –
Səs salır mühərriklər,
nalə çəkir maşınlar... –
Çox çətin olsa belə
bu səs-küyün içində
qəlbimizə tuşlanan,
qəlbimizi ağrıdan
hər cürə baxışları
ürəkdən yan edirik –
Qıymayırıq ürəyə...
Hansı daha asandır? –
Ürəyi boş saxlamaq,
Yoxsa, omrün sonuna
dolu ürəklə varmaq?..

Uçaqlar havalanır,
bizsə onun içində...
Uçuruq – tez çatmaqçun,
tələsirik harasa...
Amma inanmaram ki,
uçmaqçun yarananlar
tələsələr bizimtək...
Bu cür qovhaqovlarda,
yuxu da bizdən bezar...
Bəsirət gözümüzün
işığı avazıyar... –

Bu yüyrək sətirləri
tez-tələsik yazıram;
Çünki mənə deyiblər
“beşcə dəqiqən qalıb!”
Yazaram, yaddan çıxar,
nöqtələr qoymaq, hətta...
Neynək, kimə lazımsa
nöqtəsiz də anlayar...

Bu şeir parçasını,
ayaqüstü yazsam da,
Qələm yağ kimi gedir...
Çünki şeir ruhumun
zirvəsindən süzülür.
Bəzənsə təntiyirəm,
ruhun burulğanında...
Amma ki, şeirlərim
nə olsa da, qarışmaz
taleyin gur selində...

Ey dostum, mən gedirəm,
di sağ ol, salamat qal..!
And olsun ki, sevmirəm
“Əlvida” söyləməyi.
Amma hey mənimlədir
sənli xatirələrim,
Yəqin varaqlayacam,
vaxt-vədəsi çatanda...

İllər uçub gedəcək,
yel kimi, rüzgar kimi...
Lap çoxdan unutduğum,
günlər yada düşəcək.
Başa düşəcəyəm ki,
çox nahaq tələsmişəm.
Soruşacam özümdən:
“Axı niyə? Haraya?”

Amma bu günə qədər
bu saysız suallara
cavab tapmamışam mən.
Həyat tapmacasını
tapmağa, axtarmağa
bir an belə vaxtım yox...
İndisə göz yumuram
bu həyata əbədi..!
Siz Allah bağışlayın,
əcəl durub qapıda...
Tələsirəm... – vaxt qısa...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Övladlığa verilən 414 uşağın vəziyyəti yoxlanılıb 26 May 2020, 13:22 Sumqayıtda qəzada ölənlərin adları AÇIQLANDI 26 May 2020, 13:16 Sabahın HAVA PROQNOZU 26 May 2020, 13:13 Ermənilər Ramil Səfərovdan əl çəkmirlər - Avropa Məhkəməsi zabitimiz barədə QƏRAR ÇIXARDI 26 May 2020, 13:08 Qənirə Paşayeva aztəminatlı ailələrə yardım etdi 26 May 2020, 12:58 Polis Bərdədə mənşəyi bilinməyən ət aşkarladı 26 May 2020, 12:42 ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına MÜNASİBƏT 26 May 2020, 12:30 Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb 26 May 2020, 12:19 Gizli yas mərasimində 163 nəfər koronavirusa yoluxdu 26 May 2020, 12:07 Sumqayıtda dəhşətli qəza - 5 ölü, 2 yaralı - YENİLƏNİB 26 May 2020, 12:00 Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı 26 May 2020, 11:58 Rusiyada virusdan ölənlərin sayı kəskin artır 26 May 2020, 11:47 Bakıda xanım jurnalistin maşını belə soyuldu - VİDEO 26 May 2020, 11:36 Vikipediyada özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə yaradıldı 26 May 2020, 11:23 Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə yaxınlaşdı 26 May 2020, 11:14 Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat 26 May 2020, 11:07 Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28