Arxiv
15 May 2015, 11:36 | ƏDƏBİYYAT
Tarixin dəhşətsaçan faciəsi - Çərkəz soyqırımı-sürgünü...

Yusif Alı Afşar
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
kafedra müdiri, fəlsəfə doktoru, dosent

Nədənsə bizlərə şüuraltı olaraq “Tarix unudulmur!” deyə cəfəng bir fikir də yerləşdirə biliblər. Gerçəkdə isə tarix unudulur və ya unutdurulur. Əzilmiş xalqları qəddarcasına idarəedən barbar dövlətlər həmin əsarətdəki xalqların tarixini də, mədəniyyətini də, adət-ənənələrini də məqsədli şəkildə, məcburən unutdurur. Bu zaman kəsiyində isə düşmən dost kimi, dost da düşmən kimi qələmə verilir. Necə ki, biz Azərbaycan türklərinin, çərkəzlərin, Krım tatarlarının, çeçenlərin, ahıskalıların başlarına gətirilmiş sürgün faciələri bir zaman az qala yaddaşlardan silinərək,  unutdurulmuşdu. Bunu yapan düşmən qüvvələr isə sanki heç nə olmamış kimi başımız üzərində var-gəl edərək, bizi “məzlum xalqlara” divan tutan millət kimi qiymət verirlər.

Rusiyanın 1721-ci ildə İsveç üzərində qələbəsindən sonra I Pyotrun ideyaları və rəhbərliyi altında imperiya formasında təşəkkül tapması Avropa və Asiyada təlatümlə qarşılanmışdı. Bu imperiyanın qüvvətlənməsi ilə paralel olaraq Türk dövlət və imperiyaları zəifləməyə başladı. Ruslar imperyanın sərhədlərini tarixi Türk torpaqlarının hesabına genişləndirərək, bu millətə qarşı bənzəri olmayan faciələr yaşatdılar. Rusların bu ilhaq və işğal siyasətinə erməni və gürcülər kimi xırda etnoslar yardımçı oldular.

Rusların 1828-ci il Türkmənçay müqaviləsindən sonra həyata keçirdiyi erməni siyasəti, ermənilərin milli komitələr yaradaraq müstəqillik mücadiləsinə başlamasına yol açmış oldu. Osmanlı İmperiyasında yüksək dövlət vəzifələri tutmuş, kifayət qədər zəngin olan ermənilər bu mücadiləyə gizlin və ya açıq formada yardım, dəstək göstərirdi. 29 mart 1863-cü il tarixində Osmanlı dövlətində yaşayan ermənilər etnik durumlarını daha da möhkəmləndirmək üçün Erməni Patrix məclisləri tərəfindən hazırlanmış “Erməni millətinin nizamnaməsi” adlı sənədlə “dövlət içində dövlət” müstəqilliyi kimi yüksək imtiyaz aldılar.

Ermənilərin rus himayədarları sayəsində tarixi Türk torpaqlarında “Dənizdən dənizə Böyük Eermənistan” yaratmaq xülyası ilə məşğul olduqları bir vaxtda, Qafqazda Türk-müsəlman xalqlarına faciələr və fəlakətlər yaşadılaraq, məhv edilirdilər.

Bu fəlakətlərdən ən dəhşətlisi isə bütöv bir xalqın – çərkəzlərin kütləvi qətlə yetirilməsi, yaşadığı ərazidən tamamilə sürgün edilməsi olmuşdu.


Qara dəniz sahil yolunun Rusiya üçün böyük önəmi olduğundan buranı yerli xalqlardan təmizləməyi məqsəd olaraq qarşıya qoydular və buna da çatdılar. Cənubi Qafqazda, yəni bugünkü Çeçenistan, İnquşetiya, Dağıstan və Osetiya ərazilərində misli görünməmiş sürgün planları hazırlandı. Belə ki, bu bölgələrdə yaşayan çərkəzlər, abxazlar doğma vətənlərindən sürgün edilməli idi. Çar hökuməti boyunduruq altına salmaqda çətinlik çəkdiyi çərkəzlərin strateji əhəmiyyəti önəmli olan bir bölgədə yaşamalarını istəmirdi. Coğrafi baxımdan dənizə bitişik olduğu üçün hər cür əməliyyata təhlükəli olan sahil yolu üzərində yaşayan bu xalqlar, gələcəkdə problem yaratmaması üçün bu ərazilərdən sürgün yoluyla təmizləndi.

Bu sürgünə mane ola biləcək qüvvə ancaq və ancaq Osmanlı dövləti ola bilərdi. O zaman zəif düşən və sərhəd problemləri yaşayan Osmanlı dövləti isə savaşa biləcək güc – əsgər axtarışındaydı. Belə bir mövcud hərbi güc vəziyyətinə uyğun olaraq Osmanlı sultanı və Rusiya çarı öz aralarında bu sorunda təbii ki, rusların xeyrinə anlaşdılar.

21 may 1864-cü il uzun sürən Qafqaz-rus savaşlarının sonucu, fədakər, əzabkeş çərkəzlərin müqavimətinin tükəndiyi gündür. Həmin gün dünya kültüründə savaşa, kinə, nifrətə qiymət verəcək bir xalqın – çərkəzlərin faciə günüdür. O gün çərkəzlər əzablı və məşəqqətli bir durumla Osmanlıya sürgünə yollandılar. Ruslar gələcəkdə burada yaşananların hesabını soracaq bir xalqın qalmasından ehtiyat edərək, ərazini  aborigen əhalidən tamamilə təmizlədilər.

Sürgünün acı nəticələrinə nəzər salaq: 1,5 milyon insan doğma vətənini tərk edərək çöllərə düşdü. 500 mindən çox insan uzun sürgün yolunda və ilk yerləşdikləri yurdlarda həyatını itirdi. Təkcə Trabzonda, əksəriyyəti uşaq və yaşlı olmaqla 7 gün içində 53 min insan öldü. Adıgey, abxaz və ubıhlara (bu xalqın dilində danışacaq bir kimsə qalmayıb) məkan açıqlamasından baxdıqda, Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq yaşayanların, Qafqazda, yəni tarixi ana vətənində yaşayanlardan çox olması, sürgün dəhşətlərindən xəbər verir. Bu xalqlar təbii və milli ortaqlıqlarından qoparıldı. Qafqazın yerli xalqlarından adıgeylərin bir qolu olan natuhayların adı, sadəcə, tarixin arxivində qaldı. Qafqazda gedən savaşlar bu yerli xalqı yox etdi.

Çərkəzlərin başlarına gətirilən faciəni həm sürgün, həm də tam mənada soyqırımı adlandırmaq olar. Bunun üçün bu iki məhfumun tam izahına diqqət yetirək.

Sürgün: İşğal edilən ölkədəki insanların bütövlüklə və zorla öz torpaqlarından çıxarılması və başqa yerlərə göndərilməsi və yurdlarına başqa xalqların yerləşdirilməsidir.

Soyqırımı: İşğal edilən torpaqlardakı xalqları planlı şəkildə və bir daha toparlana bilməyəcək formada kütləvi məhv etmək və yerlərinə işğalçıları və ya qonşu millətləri yerləşdirməkdir.

Çərkəzlərin soyqırımı və tarıxi vətənlərindən sürgün edilməsi faktlarına dünya və rus hərbi arxivlərində, məşhur insanların qələmə aldıqları xatirələrdə də rast gəlinir. 

Çar naibi olmuş Prens Baryatinski: “Qara dənizin bir rus dənizi, ətraf torpaqlarını bir rus torpağı halına gətirmək üçün dağlıları bu ərazilərdən təmizləmək məcburiyyətindəydik. Buna görə də bu xalqların bütünlüklə sürgün olunması qərarına gəldik”.

Məşhur rus ədəbiyyatçısı Lev Tolstoy: “Kəndlərə gecə vaxtı girmək adət halını almışdı. Gecənin qaranlığında rus əsgərlərinin ikibir, üçbir evlərə dolması səhnəsi o qədər qorxuncdur ki, heç bir rəhbər vəzifəli şəxs onları axtarmağa cəsarət etməzdi”.

Rus hərbi corafiyaçısı, general Mixail Venyukov: “…Savaş son dərəcə amansıcasına gedirdi. Biz, geri dönülməsi mümkün olmayacaq şəklildə, əsgərlərin ayaq basdığı hər yeri, son nəfərə qədər çərkəzlərdən təmizləyərək irəliləyirdik...”.

Polyak polkovnik Teophil Lapinsky: “Köçkünlərin sorunu fəlakətə dönürdü. Aclıq və xəstəlik tüğyan edir. Trabzona gələn 100 min insan 70 min nəfər oldu. Samsuna 70 min nəfər düşdü. Günlük ölü sayı 500-700 nəfərdir”.

İtalyan alim Barozzinin raportlarında daha ilginc olaylar diqqət çəkir: “İnsanlar uzün müddət bitkilər, bitki kökləri və çörək qırıntılarıyla “qidalanmağa” çalışırdılar. əgər buna qidalanma deyilərsə”.

Rus tarixçi Sulujiyen: “Dağlılar təslim olmurlar deyə, biz davamizdan vaz keçə bilməzdik. Silahlarını ala bilmək üçün yarısının qırılması gərək idi. Qanlı savaşda bir çox qəbilə tamamilə yox oldu. Bir çox analar uşaqlarını bizə verməmək üçün öz əlləri ilə balalarını öldürürdülər...”.

Vətənlərindən zorla çıxarılmış, soyqırımına məruz qalmış çərkəzlər daim öz torpaqlarına qayıtmaq ümidi ilə Osmanlıya güvənirdilər. Geri dönüş üçün fürsət axtarışında idilər. Nəhayət həmin an yetişmiş göründü çərkəzlərə. 1877-ci ildəki Osmanlı-rus savaşı önəmli bir imkan idi. 15 yaşından 80 yaşınadək olan bütün çərkəz kişiləri türk ordusunda, türklərlə birgə Balkan və Şərq cəbhələrində ruslara qarşı ölüm-dirim savaşına qalxdılar. Lakin bu dəfə də Tanrıdan qara gələn bəxt çərkəzlərin üzünə gülmədi. Osmanlı dövləti bu savaşdan böyük itkilərlə məğlub durumda çıxdı.

Tarix bir daha çərkəzlərə vətənə dönmək şansı bəxş etmədi. 150 il bundan əvvəl sürgün edilmiş 2 milyon çərkəzin bugünkü sayı 5 milyon nəfərə yaxın ola bilərdi. Məsələn, əhalisi 150 il bundan öncə 2 milyon nəfər olan slovak xalqı bu gün 5 milyon nəfərdən çoxdur. Görəsən dünya dövlətləri bu olaylardan doğrudanmı xəbərsizdir? Cavab isə birmənalı və konkretdir - xeyr yetərincə xəbərləri var, sadəcə, buna göz yumurlar.

1864-cü il çərkəz sürgünü ruslar üçün ilk və son olmadı. İkinci Dünya Müharibəsi illərində SSRİ höküməti 1,5 milyondan çox qaraçay-balkarı, çeçen-inquşu doğma yurdlarından zorla çıxararaq,  Orta Asiyanın qumsal çöllərinə və Sibirin ucsuz-bucaqsiz qarlı düzlərinə sürgün etdi. 15 noyabr 1944-cü ildə bir gecənin içində 200 min ahıska türkü yük və heyvan vaqonlarında Sibirə, Qazaxıstana, Qırğızıstana və Özbəkistana sürüldülər. 1948-1953-cü illərdə Azərbaycan türklərinin tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunması da rusların məkrli soyqırımı və sürgün planlarının davamı idi.

Belə faktları sakitcə oxuyub üzərindən keçməyin necə ağır olduğunu yəqin ki, hər birimiz anlayırıq. Sürgün və soyqırımı acısını yaşayan bir xalq kimi, bu hadisələrin necə dəhşətli və dözülməz olduğunun fərqindəyik. Bu gün dünyanın ən “zavallı xalqı”nı – erməniləri müdafiə edərək sanki Türklərin və müsəlmanların gözündə özlərinin törətdiklərini kölgələmək istəyən düşmənlərə artıq DAYAN deyilməlidir. Bu cür soyqırımı və sürgünləri bizlərə yaşadan dövlətlərin, xalqların ədalət mühakiməsi qarşısında cavab verməsini tələb etmək isə bizlərin haqq vəzifəsidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13