Arxiv
1 İyun 2015, 11:22 | MÜSAHİBƏ
Deputat: “Bizim məmurlar qorxu hissini itiriblər” - MÜSAHİBƏ

Rasim Musabəyov: “Prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq”


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az saytına müsahibə verib.

- Siyasi fəaliyyətinizdə 90-cı illər mühüm rol oynayıb. SSRİ-nin dağılması ərəfəsində, daha doğrusu, 1990-1991-ci illərdə Bakı şəhər Partiya Komitəsində ideoloji şöbə müdiri olmusunuz. Siyasi baxışlarınızın müəyyənləşməsinə əhəmiyyətli bir hadisə olan o illər sizin yaddaşınızda hansı izlər qoyub?

- Bilmək istəyirsinizsə, o dövr əslində mənim üçün bağlanıb. Amma sualınızı da cavabsız qoymaq istəmirəm. O vaxt mən Moskvadan gəldim və Bakı şəhər Partiya Komitəsində şöbə müdiri oldum. O zaman düşünürdülər ki, Kommunist Partiyasını islah etmək mümkündür. Əslində mənə də Moskvanın ab-havası dəymişdi, müasir düşüncəli bir adam kimi o vəzifəyə qoymuşdular. Amma sonra məlum oldu ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi heç bir dəyişiklik istəmir.

“QKPÇ” hadisələrindən (1991-ci ilin avqust ayında -red.)  sonra və mənim də təsirimlə Bakı şəhər Partiya Komitəsində başa düşdülər ki, partiyanı saxlamağa ehtiyac yoxdur. Bununla da mənim Kommunist Partiyasındakı fəaliyyətim qurtardı. Açığı, o illəri heç yada da salmaq istəmirəm.

- 1991-ci ilin sentyabrında prezident seçilən Ayaz Mütəllibovla hansısa təmaslarınız olurdu?

- Onunla heç bir şəxsi əlaqəm olmayıb. Mən hələ  Moskvada çalışanda bir mütəxəssis kimi milli məsələlər üzrə elmi bölmənin rəhbəri idim. Qarabağ münaqişəsi ilə bağlı sözümə ehtiyac duyulurdu. Ayaz Mütəllibovun da ekspertlərə ehtiyacı var idi. Əlaqələrimiz işgüzar səviyyədə, rəhbər və məmur səviyyəsində idi.

- Ayaz Mütəllibovla şəxsi münasibətləriniz olmasa da, hər halda, işgüzar müstəvidə sizin rəylərinizə önəm verirdi...

- Təbii ki, Qarabağ probleminin həlli ilə bağlı fikirlərimi dinləməyə məcbur idi.

- Səhv etmirəmsə, sizin Tamerlan Qarayevlə şəxsi əlaqələriniz olub?..

- Onunla qohumluq əlaqələrim var. Vəssalam, başqa bir şey deməyə ehtiyac yoxdur.

- Rasim müəllim, görürəm ki,  o illərlə bağlı sualları, nədənsə ətraflı cavablandırmaq istəmirsiniz. Ona görə keçək müasir dövrün siyasi proseslərinə. Azərbaycan ictimai-siyasi həyatında baş verənlər artıq ənənəyə çevrilib. Hər yerindən duran QHT rəhbəri ABŞ və Qərb əleyhinə bəyanat verir. Politoloq kimi bu anti-Qərb əhval-ruhiyyəsinin mahiyyətini necə şərh edərdiniz?

- Hər yerindən duran adam Amerika əleyhinə danışırsa, çox səhv edir. Onlar, sadəcə olaraq Amerikanın dünyada rolunu, imkanlarını qavramırlar. Hətta o boş-boş danışan adamlar heç özlərinin kim olduğunu tam dərk etmirlər.

Azərbaycanın dövlət olaraq öz maraqları, baxışları var və biz ABŞ-ın hər dediyi ilə oturub-durmaq məcburiyyətində deyilik. Amma bu da o demək deyil ki, hər yerindən duran Amerikanı söyməli, təhqir etməlidir. Amerikaya sözlə müharibə elan etmək ən azından çox gülüncdür. İndi ağılsız adamlar çoxdur və onlar öz əhəmiyyətlərini, çəkilərini də anlamırlar. Kimisə ittiham edəndə düşünmürlər ki, onların açıqlamalarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan dövlət olaraq öz maraqlarını kifayət qədər müdafiə edir. Ancaq neçənci dərəcəli adamların mənasız bəyanatlarına ehtiyac yoxdur.

Amerikanın müsbət və mənfi tərəfləri var, amma dünya siyasətindəki çəkisi çox böyükdür. Bunu başa düşmək lazımdır.

- Azərbaycanın xarici siyasətində böyük bir dilemma qarşısında qaldığını iddia edənlər də az deyil. Sizin fikriniz nədir, Qərb, yoxsa Rusiya?

- Ölkənin xarici siyasəti onun coğrafiyasına bağlıdır. Bu siyasət coğrafiya ilə ziddiyyət təşkil etməməlidir. Bəli, Amerika supergücdür, amma o Azərbaycandan çox uzaqdadır. Ancaq Azərbaycanın qonşuluğunda Rusiya, İran, Türkiyə kimi dövlətlər var. Biz bunu yaddan çıxarmamalıyıq. Amerikanın Azərbaycanı Rusiya, İran, Türkiyəyə qarşı istifadə etməyə çalışması təbii ki, bizim maraqlarımıza ziddir. Lakin o da məlumdur ki, Amerika olmasaydı, Azərbaycan qısa müddətdə regional güclərin müharibə poliqonuna çevriləcəkdi. Azərbaycan çalışır ki, çoxşaxəli xarici siyasət aparsın. Bu həm də coğrafiyadan irəli gələn bir zərurətdir. Münasibətlərin balansı əbədi deyil.

- Azərbaycanda iqtidar-müxalifət görüşləri keçirilir və gözlənilən odur ki, bu, siyasi həyatda müsbət inkişaf dinamikası yaradacaq. Lakin bəzi müxalif dairələr bu görüşü formal hesab edir və həmin görüşdə iştirak edən müxalifət partiyalarının nümayəndələrini “hakimiyyətin adamı” adlandırır. Ümumiyyətlə, Azərbaycanda radikal müxalifət bəzən hansısa hakimiyyət nümayəndəsinin xeyir-şərində iştirak etməyi də düzgün hesab etmir. Bu sahədə etimad mühiti aşağı səviyyədədir.  Azərbaycan siyasi sistemində düşmənçilik nə zaman rəqabətlə əvəzlənəcək?

- Azərbaycanda siyasət düşmənçilikdən rəqabət müstəvisinə keçməlidir. Azərbaycanın bəlası həm də ondadır ki, ortalıqda güclü, əməlli-başlı müxalifət qalmayıb. İqtidarla müxalifətin dialoquna hər bir zaman ehtiyac var. Bu dialoq aparılmalıdır ki, ölkənin siyasi mühitində müsbət tendensiyalar yaransın.

- Siz nədənsə, parlamentdə nadir hallarda çıxış edirsiniz. Şəxsən mən sizin sonuncu dəfə nə zaman çıxış etdiyinizi xatırlamıram. Deyəsən, “susmaq qızıldır” prinsipinə üstünlük verirsiniz?

- Sualınıza elə atalar sözü ilə cavab verəcəyəm. Belə bir deyim var: “Danışmağı öyrəndin, adam oldun, susmağı öyrəndin ağıllı oldun”. İnsan danışanda gərək onun sözünün nəticəsi olub-olmayacağını düşünsün. Yox, əgər çıxışı söz demək naminə edirlərsə və  jurnalistlər də bunu işıqlandırırsa, bu onların öz işidir. Ona qalsa, mənim fikirlərim televiziya, saytlar və qəzetlərdə mütəmadi işıqlandırılır. Haradasa bir hadisə baş verirsə, mən hələ parlamentin iclasından qabaq açıqlamalarımı verirəm. Lazım olanda yazı da yazıram. İndi Milli Məclisin iclasında düymə mübarizəsi aparmağa və söz deməyə lüzum görmürəm. Mənim sahəm beynəlxalq münasibətlər və Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu məsələlərlə əlaqədar onsuz da fikirlərimi media vasitəsi ilə çatdırıram. Deputatlar, adətən qanun layihələri ilə bağlı çıxış etməlidir. Mən isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Biz orada qanun müzakirə etmirik. Əsasən müqavilələrə baxılır. Bu müqavilələr də dövlət başçıları tərəfindən imzalanandan sonra onu parlamentdə rədd edən tələblə çıxış etmək qeyri-mümkündür və heç düzgün də deyil. Mən həm də o yaşda deyiləm ki, boş-boş danışmağa vaxt sərf edim.

- Son zamanlar iş adamlarının kütləvi şəkildə saxlanılması hadisəsi baş verdi. Bununla paralel olaraq Binəqədidə bina yandı və heç şübhəsiz ki, bu faciəyə görə məsuliyyət daşıyan məmurlar az deyil. Ancaq məmurları tənqid edən deputatlar siyahısında Rasim Musabəyovun adına az rast gəlinir. Bu, nə ilə əlaqədardır?

- Sizinlə razı deyiləm. Yanğın hadisəsi olanda mən özümün Facebook səhifəmdə məmurları tənqid edən bir açıqlama ilə çıxış etdim. Qeyd etmişdim ki, bizim məmurlar qorxu hissini itiriblər. Düşünürəm ki, artıq məmurları möhkəm silkələmək vaxt çatıb. Bəzi adamların daxilində ədalət hissi var. Bu adama əslində qanun kifayətdir. Təəssüflər olsun ki, bəzi məmurlar işlədiyi sahə üzrə bacarıqlı olsa da, başının üzərində qorxu, məsuliyyət hiss etmir. Buna görə də onlar sərhədləri itirirlər. Sərhədləri keçən yaramaz məmurlara məsuliyyətlərini xatırlatmaq üçün onlar haqqında ciddi cəza tədbirləri görməyə ehtiyac var. Son hadisələr göstərdi ki, cənab prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq.

İş adamlarının həbsinə gəlincə, mətbuat onları oliqarx kimi təqdim edir. Bu, düzgün deyil. Oliqarx çox böyük maliyyə, media imkanları ilə yanaşı, hakimiyyətdə də mövqeləri güclü olmalıdır. Hər varlı adam oliqarx deyil.

Həbs olunanlar kreditlərdən ata malı kimi istifadə edirdilər, buna görə onları cəzalandırmaq lazım idi. Amma güc strukturlarının vasitəsi ilə maliyyə nizam-intizamı yaratmaq maliyyə, bank sisteminə çox böyük zərbədir. Sabah hansısa varlı kredit götürmək istəsə, düşünəcək ki, risklər olduğuna görə onu “Bandotdel”ə aparacaqlar. Nəticə isə belə olacaq ki, bankların pulu olduğu təqdirdə, onu kreditə verməyə adam tapmayacaq. Bununla da dövriyyə öləcək. Düşünürəm ki, maliyyə sistemini təbii şəkildə sağlamlaşdırmaq daha məqsədəuyğundur. Maliyyə sektorunda çox inzibatçılıq və zordan istifadə etməyin müəyyən təhlükələri var.

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13