Arxiv
8 İyun 2015, 10:49 | TƏHSİL
“Ərdoğan müdaxilə etməsə, koalisiya hökuməti qurulacaq” - Politoloqla MÜSAHİBƏ

Qabil Hüseynli: “Xalq Türkiyəni avtoritarizmə sürüklənməkdən xilas etdi”


İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası qələbə qazansa da, təkbaşına iqtidar formalaşdırmaq üçün tələb olunan səsi toplaya bilməyib.

Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) isə seçkilərdə ikinci yerdə qərarlaşıb. Amma 2011-ci il seçkilərinə nisbətdə CHP-nin deputat yerləri azalıb.

Milliyyətçi Hərəkat Partiyası (MHP) isə səslərini 3 faiz artırıb.

Ən çox müzakirə mövzusu olan isə PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) 10 faizlik baryeri aşaraq? parlamentə düşməsidir. Əslində bu, HDP üçün çox böyük qələbədir.

AKP yetərli səs yığa bilmədiyinə görə, Türkiyədə koalisiya hökumətinin qurulması gündəmə gəlib.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədəki parlament seçkiləri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb:


- Sizcə, bu seçkinin nəticələri Türkiyə siyasi arenasında hansı dəyişikliklərə səbəb olacaq? Növbədənkənar seçkiyə gediləcək, yoxsa koalisiya hökuməti qurulacaq?

- Prezident Rəcəb Tayyib Ərdoğan siyasi proseslərə müdaxilə etməsə və baş nazir Əhməd Davudoğluna təsir göstərməsə, koalisiya hökuməti yaranacaq. AKP-nin səsləri itirməsi, Türkiyədə hələ də demokratiyanın qorunub saxlanmasının göstəricisidir. Bunu yalnız alqışlamaq lazımdır, çünki xalq həm də ölkəni avtoritarizmə sürüklənməkdən xilas etdi.

- CHP-MHP-HDP üçlüyü fonunda hansı perspektivlər gözləmək olar?

- HDP parlamentdə kürd millətçiliyini, separatçılığı, PKK-nın ideyalarını təbliğ edəcək. Kürdlərin parlamentə düşməsi Türkiyə demokratiyasına heç nə verməyəcək. Əksinə, parlamentdə qarşıdurmaların artması qaçılmaz olacaq. HDP kürd intibahı, milli dirçəlişi adı altında parlamentdə kampaniya aparacaq. Bununla da kürdlərə ərazi muxtariyyəti tələb olunması gözləniləndir.

CHP ilə MHP isə ağıllı hərəkət edərək, prezidentin istefasını gündəmə gətirməlidirlər. Çünki Ərdoğan prezidentlik səlahiyyətlərindən kənara çıxaraq seçkiqabağı AKP-nin təbliğatını apardı. Bu, çox ciddi pozuntudur. Buna görə də Türkiyə parlamentində Ərdoğanın istefası gündəmə gətirilməlidir. Belə olmasa, Ərdoğan istədiyi zaman Davudoğlunu çıxarıb,  arzuladığı adamı AKP sədri qoya bilər. Davudoğlunu Ərdoğandan uzaqlaşdırmaq mümkün olsa, çox böyük irəliləyiş əldə edilər. Ərdoğanın təsiri olmasa, Əhməd Davudoğlu CHP və MHP ilə koalisiya hökuməti qurub ölkəni idarə edər.

- Düşünmək olarmı ki, CHP və MHP Davudoğlunu Ərdoğanın təsirindən uzaqlaşdırmaq istəyir?

- Bəli. Yalnız bu zaman koalision iqtidar ideyasını reallaşdırmaq mümkündür.

- Bu seçkidə iştirak edən əsas partiyalar arasında ciddi ideoloji fərqlər mövcuddur. Buna görə də sual olunur: “Koalisiyaya gedilərsə, bu ölkənin xarici siyasətinə təsir edəcəkmi?”

- Əslində yox. Çünki xarici siyasətin koordinatları prezidentin əlindədir. Prezident ənənəvi xarici siyasət yürüdəcək.

Aqşin Kərimov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil kreditləri bu şəxslərə veriləcək - QAYDALAR 28 İyul 2021, 15:37 Ermənistan Putinin hərbi blokundan yardım istəyə bilər? 28 İyul 2021, 15:35 Yeni səfir təyinatlarını labüd edən səbəblər nədir? 28 İyul 2021, 15:31 "Məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov 28 İyul 2021, 15:27 Prezidentdən Kəlbəcər və Laçınla bağlı sərəncam - 10 milyon ayrıldı 28 İyul 2021, 15:22 Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi davam edir 28 İyul 2021, 15:16 Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:10 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Gəncə Dövlət Universitetin məzunu MİQ imtahanında 1-ci oldu   28 İyul 2021, 14:54 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43