Arxiv
31 İyul 2015, 22:36 | İQTİSADİYYAT
Deputat Cahangir Əsgərovun xalqı aldatmağına hiddətləndi: “Onda AZAL-ın adını ÇOXAL etsinlər!”

“Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir”. Modern.az saytının məlumatına görə, bunu millət vəkili Fazil Mustafa son günlər aviabiletlərlə bağlı “qiymət blefi” ilə məşğul olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) haqda deyib.

F.Mustafa daha sonra deyib: “Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb. 16 yaşdan aşağı sərnişinlər valideyinsiz gedərsə, bilet puluna 300 AZN də əlave ödəməlidir. Guya, onu müşayiət edən şəxsə verilmək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, aviaşirkəti buna problem yaratmamalıdır. Demek 520 manat üstəgəl 300 manat. Vətəndaş British Airline hava şirketinə müraciət edir və bildirirlər ki, onlar bu qaydanı yalnız 5-12 yaşarası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyinə baxmayaraq, xeyrini ingilis şirkətinə verməye məcbur qalır. Üzülürsən, ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar ise yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alarsaq, AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?”.



Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin iyulun 13-dəki iclasında AZAL-ın fəaliyyətini ciddi tənqid edib, aviabiletlərin baha olmağına etirazını bildirib.
“Biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.
İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

Bu tənqiddən sonra AZAL avqustun 1-dən aviabiletlərə endirimlər tətbiq olunacağını bəyan etdi. Bildirildi ki, bütün istiqamətlərə 20 faizlik endirim tətbiq ediləcək. Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı istiqamətləri üzrə aşağı büdcəli sərnişindaşıma xətti də açılacağı elan edildi.
Ancaq sonradan məlum oldu ki, AZAL-ın ucuz uçuşlar üçün qiymətləri avro ilə hesablanacaq. Sərnişinlərin əl yükü və baqajı üçün əlavə ödəniş tələb olunacaq. Bundan başqa, "ucuz reyslərdə" içki və yemək də ödənişli olacaq.
Nəticədə "qiymət endirimi" adı ilə "ucuz uçuşlar"ın həyata keçiriləcəyi barədə deyilənlərin bir oyun olduğu anlaşıldı.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04