Arxiv
6 Avqust 2015, 12:27 | MƏDƏNİYYƏT
“Məşhur filmlərdən məşhur sitatlar” - “Əhməd haradadır”dan məsəllər: “Zülümov dedi, qurtardı”


Modern.az 
saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. 

Azərbaycanda çəkilən elə filmlər var ki, onlar lentə alınandan 50 sonra da sevilir. 52 il bundan əvvəl çəkilən “Əhməd haradadır” filmi o qədər də dərin süjet xəttinə malik olmasa da, sırf məişət mövzusu üzərində qurulsa da, rejissor Adil İsgəndərov və filmdə çəkilən usta aktyorların Nəcibə Məlikova (Nərgiz xala), Məmmədrza Şeyxzamanov (Şirin kişi), Lütvəli Abdullayev (Zülümov), Ağahüseyn Cavadov (usta Əhməd), Mustafa Mərdanov (Məmməd), eləcə də başqalarının mükəmməl ifası səbəbindən vaxtilə mərkəzin primitiv, zəif, “burjua-meşşanlığı təmsil edən” film adlandırdığı ekran əsəri sonradan publikanın sevimlisinə çevrildi.

Amma o vaxtın kino başbiləni olan Adil İsgəndərov ekranlaşdırdığı yeganə film üçün çox əziyyət çəkdi. Məsələn,  kiçik bir epizod – Əhmədin evlənmək istəməyib evdən qaçdığı epizod üç ayrı-ayrı yerdə çəkilib. Otağın içi kinostudiyanın pavilyonu, pəncərədən atlanaraq düşdüyü yer Hacıkənd, itdən qaçaraq ağaca çıxdığı yer isə başqa bir ərazidir. Aktyor seçimlərində də rejissor çox böyük problemlər yaşayıb. Qadın rollarının ifaçılarını tapmaq mümkün deyilmiş. Məcbur qalıb Ceyranı canlandıran aktrisa Nonna Paçuaşvilini Gürcüstandan gətirirlər. Onun da nazir oğlu olan həyat yoldaşını “İnturist”də tok vurduğundan və aktrisa ana olmağa hazırlaşdığından çox böyük problemlər yaşanır. Bütün bunlara baxmayaraq, film iki il müddətində çəkilir.

Maraqlı məqamlardan biri də baş qəhrəmanlar - Leyla (Töhfə Əzimova) və Əhmədin (Səyavuş Şəfiyev) peşəkar aktyorlar olmaması idi. Töhfə Əzimova fortopiaino müəlliməsi, Səyavuş Şəfiyev isə peşəkar idmançı olmaqla yanaşı, Moskva sirkinin əsas rejissorlarından idi. Biz onu “Uşaqlığın son gecəsi” filmində də baş rolda (prorab Rüstəm) görmüşük.

Nərgiz xala, Şirin kişi, Zülümov və başqa qəhrəmanlar tərəfindən deyilən və hazırda zərbi-məsələ çevrilən sitatları təqdim edirik:

Əvvəlcə Şirin kişidən başlayaq. Məmmədrza Şeyxzamanov özü kimi mülayim bir obrazı bu filmdə çox rahat oynayır. Şirin obrazı həlimlik və adət-ənənəyə bağlılıq baxımından onunla yanaşı, Adil İsgəndərova da çox yaxındır. Odur ki, Şirin kişinin dilindən  arvadı Nərgiz xalanın şəninə deyilən təkcə “qəməndir çağırır” ifadəsi bu gün az qala əksər evlərdə yarızarafat, yarıgerçək işlədilir.

“Onun ayağını kəndirləmək lazımdı” fikrini də ancaq Şirin kişi kimi el ağsaqqalı deyə bilərdi. Bu gün də kimisə evləndirmək istəsələr, o saat həmin “kəndir”i yada salırlar. 

Bu təklifi inkar edənə yenə Şirin kişinin işlətdiyi “evlənmək də plannandı?” cavabı kömək edə bilər.

Mən sizi bu Əhmədin dalıyca göndərmişdim?”, “Bura bax, sən mənim qızımı hansı yola çəkirsən” kimi Şirin kişinin dilindən səslənən eyhamlar bu gün də məşhurdur.

“Oğlumu axtarırdım, dostumu tapdım”
sitatının məşhurluğundan isə danışmaq artıqdır. Təsadüfən köhnə bir yoldaşla görüşəndə mütləq bu cümləni də işlətməliyik.

Keçək Nərgiz xalaya. Möhkəm iradəli qadın olan Nəcibə Məlikova çəkildiyi bütün filmlərdə ancaq özünü oynayıb, öz xarakterini canlandırıb. Kinoda son işlərindən olan Nərgiz xala obrazında da bunu əyani görmək olar.

“Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”, “Mən adımı Nərgiz qoymaram, onu tapıb geri gətirməsəm” kimi zərbi məsələ çevrilən sitatlar həyat yoldaşı Şirin kişiyə deyilir. Bunların cərgəsinə “Vaxtilə mane olmasa idin, indi mən xalq artisti idim” ifadəsini də əlavə etmək olar. Şübhəsiz ki, bu gün həyat yoldaşlarının qadağaları ilə üzləşən xanımlar mütləq bu ifadəni onlara kinayə ilə bildirirlər.  

Onda Nərgiz xaladan incimə, özündən küs”, “Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan” kimi sitatlar da bu gün dillər əzbəridir. Nə qədər ki, Nərgiz xala kimi özündən deyən, mərd qadınlar var, bu fikirlər də yaşayacaq. Qeyd edək ki, o ifadələrin biri maşını sürmək istəməyən sürücü Əhmədə (Elxan Qasımov), o biri isə yoldaş Zülümova deyilir.



Elə Zülümov demişkən, keçək filmin bəlkə də ən maraqlı personajına. Adil İsgəndərovun Zülümovu həvalə etdiyi Lütfəli Abdullayevdən gözləntiləri çox idi. Odur ki, film ərzində onun üzərində daha ciddi dayanır. Bu səbəbdən də usta aktyor hər bir kiçik epizodda belə, mükəmməl çıxış edir. Belini əyərək, müdir otağına içəri girməkdən, əlini havada vuraraq, telefon dəstəyini maraqlı şəkildə yerə qoymaqdan tutmuş, 70 yaşlı ustaya “Aton-anon gəlib səni axtarır” deyərək məzəli gülüşünə qədər hamısında yeniliyə can atıb. Onun elə iki ifadəsi “Zülümov dedi, qurtardı”, “Sizin Əlibaba adında ərivüz olub?!” sitatları filmin pasportudur.

Yəqin ki, Zülümovun “Pay atonnan, kolxozçu da deputat kimi danışır” ifadəsini göylə gedən adam görəndə işlətdiyimiz vaxtlar olub.

Tikinti rəisi Mərdanzadənin “bıy, oğul atadan qocadır ki”,  Uzundraz Oqtayın (Novruz Axundov)Mən bilirəm axı, qadın böyük qüvvədir, komendantın “Sükanı belə saxla” ifadələri də çox məşhurdur.  

“Əhməd haradadır” üçüncü kateqoriya filmlərə daxil edilib. Kinoşünaslar sonradan onun dramatikliyini öldürərək, kino-konsertə çevrilən bir film adlandırıblar. Amma Adil İsgəndərov kimi peşəkar şəxsin az qala səkkiz bölgədə (Ağsu, Gəncə, Sumqayıt, Şəmkir, Ağdaş, Göyçay, Bakının müxtəlif əraziləri) çəkdiyi film sonradan çox sevildi və bir çox aktyorlara ixtisas pasportunu verdi.

P.S. Film əslində sırf sovet düşüncə tərzinin ifadəçisi idi. Burada hamı Əhmədi axtarır. Hamı “Əhməd haradadır” deyir. Kimdir Əhməd? - O, Leylaya “iş də ki, hər yerdə tapılar” deyən, yataqxana növbəsini başqasına verən, tikməyə-qurmağa səy göstərən əsl sovet adamıdır. Adil İsgəndərov da əslində obrazların köməyi ilə tipik sovet insanını “Əhməd haradadır” deyərək axtarırdı.

Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnika və silah-sursatın görüntüləri yayıldı 28 Oktyabr 2020, 10:25 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10