Arxiv
22 Sentyabr 2015, 11:49 | MƏDƏNİYYƏT
“Bir kəndin məşhurları” - Nardaran kəndinin tanınmışları - RUBRİKA


Modern.az
 saytı ““Bir kəndin məşhurları” rubrikasından növbəti yazını Bakı şəhəri Sabunçu rayonunun Nardaran kəndinə həsr edir.

Tarixi

Nardaran  Bakının ən qədim kəndlərindən biridir. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Nardaran – “Nar” və “daran” kələmələrindən ibarətdir. Fars dilində “narı olan” anlamındadır. Başqa mənası isə “nur olan yer” deməkdir. Nardaran kəndində bir çox tarixi memarlıq abidələri yerləşir. Kənddə II Şah Abbasın dövründə inşa edilən qədim Həci Bəxşi məscidi, onunla üzbəüz yerləşən Şah Abbas karvansarası, Qədim Qala, Məscid-mədrəsə kompleksi,  həmçinin Cümə məscidi, Hacı Qulaməli Məscidi, Dırbay məscidi, Ağa Məscidi, bir neçə su ovdanları, bundan əlavə qədim hamamlar və qədim qəbristanlıqlar, qədim qəbirüstü yazılı daşlar da mövcuddur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı yerləşir. Bu Xan sarayından dənizə, kənd qalasına, Ziyarətgaha və sonu bilinməyən istiqamətə gedən yeraltı yollar var. Bu kənddə Qalagah, qədəmgah, paçan, Küladüz, Əlməgə, Ümüd qayası və s adda qədim yer adlarına rast gəlinir.

7-ci İmam Museyi Kazimin (ə) qızı Rəhimə xanım (ə) və onun həyat yoldaşı Mir Əbdullah ağa Nardaranda dəfn olunub. Onların qəbirlərinin üzərində möhtəşəm ziyarətgah tikilib.

Nardaranın tanınmış şəxsləri - ruhani alimlər

Şеyx Rəsul Ağarəbi - 1881-ci ildə dünyaya göz açan Şеyx Rəsul Ağarəbi oğlu ilk təhsilini doğma kəndində aldıqdan sonra İranın Qum şəhərinə yollanıb. Bir müddət sonra Nəcəfə gеdib. Üst-üstə 25 il təhsil alandan sonra Şеyx Rəsul doğma kəndi Nardarana qayıdıb. O, çox hеybətli və qarayanız bir şəxs olduğuna görə еl arasında “Qara Axund” kimi tanınıb. Şеyx dini еlmlərlə yanaşı, dünyəvi еlmlərə də yiyələnib. 1937-1938-ci illərin rеprеsiyasına tuş gələnlərdən biri də o, olub.

Axund Cavad Talıbzadə 1846-cı ildə ruhani ailəsində dünyaya göz açıb. İlk təhsilini dоğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yоllanıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilib,17 ilə yaxın burada fəaliyyət göstərib. 

Şеyх Əhməd 1872-ci ildə dünyаyа gəlib. 1936 -1937-ci illərdə ruhаni аlimlərin kütləvi şəkildə həbsləri bаşlаyanda onu da tutublar. Həbs оlunаn Şеyх Əhmədin еvindəki bütün kitаblаrı, əlyаzmаlаrı yük mаşınınа dоldurulаrаq аpаrılıb. NKVD-nin zindаnınа sаlınаn Şеyх Əhməd аğа bir nеçə gündən sоnrа güllələnib.

Şeyx Muhəmməd Əmin təqribən XIX əsrin ortalarında Nardaranda anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 10-12 yaşlarında evdən xəbərsiz Məkkə şəhərinə gedən karvana qoşularaq İrana gedib. Şeyx Muhəmməd Əmin xalq arasında "Şeyx Ağa" kimi tanınib 1910-cu ildə Həcc ziyarətindən qayıdan Şeyx Ağa məscid tikdirmək qərarına gəlib. Nardaran kəndinin sakinlərinin köməyi ilə məscid tikdirib. Şeyx Muhəmməd Əmin ağa Nardaranda bir hamam, iki məscid və bir neçə su ovdanları tikdirib. Yaşadığı məhəllə ise  hal-hazırda onun adını daşıyır.

Nardaranın başqa ruhani alimlərinə misal olaraq Şeyx Həsənağa, Məşədi Məzahir, Axund Hacı və başqalarını misal göstərmək olar.  

Söz adamları

Nardaran ədəbi mühitinin xanım nümayəndələrindən birincisi Sürəyya Əbdülsəmədqızı Qasımovadır. Onun yaradıcılığı bütövlükdə ürək yandıran şeirlər toplusudur. Şeirlərində bəzi nöqsanlara rast gəlmək mümkündür, çünki bu şeirləri heç bir ədəbiyyat nəzəriyyəsindən , qafiyə və vəzn elmindən xəbəri olmayan xanım yazıb. Bu şairə xanım 1987-ci ildə 69 yaşında vəfat edib və  qəbri Nardaranda yerləşir.

Mirzə Abbas Şahin - Mirzə Abbas Şahin 1862-ci ildə Nardaran kəndində anadan olub. Bir neçə il Nardaran kənd mollaxanasında ibtidai təhsil alıb. Kənd ağsaqqallarının bəzilərinin dediyinə əsasən xırçıliqla, bəzilərinin dediyinə görə isə ticarətlə məşğul olub. Əlimizdə bu şair haqqında kifayət qədər geniş məlumat yoxdur. Təkcə onu deyə bilərik ki, həyatda hobbisi bülbül saxlamaq olub. Ancaq bizə gəlib çatan şeirlərindən onun incə qəlbli, tünük ürəkli, istedadlı bir şair olduğunu demək mümkündür. 

Hacı Molla Şeyx Tuti – XIX əsrdə yaşayan şair Nardaranda şüəra məclisinin müdürü olub. Bir çox qəzəllərlə yanaşı, mərsiyələr də qələmə alıb.

Hacı Ələmdar Mahir – füzulişünas, qəzəlxanı dövlət televiziyasındakı “Məclisi-üns” proqramından sonra daha yaxşı tanıdılar. Klassik ədəbiyyatən böyük bilicisi sayılan Hacı Ələmdar Mahir bir neçə il bundan öncə dünyasını dəyişib.

Hacı Mail Əliyev - Böyük Füzulişünas alim olan Hacı Mail Əlyazmalar İnstitutunda çalışmaqla yanaşı, həm də qəzəllər də yazıb. Qəzəlləri dövrünün bir çox məşhur xanəndələri tərəfindən ifa edilib. Füzuli divanı ilə bağlı mürəkkəb araşdırmaların müəllifidir.

Mədəniyyət xadimləri

Məşədi Səməd Nəbizadə - Bu şəxsi XX əsrin bəlkə də ilk musiqişünaslarından biri adlandırmaq olar. Daha çox klassik Şərq musiqisi, muğamı incəliyinə qədər bilib və el arasında rövzəxan kimi də tanınıb.

Kərbəlayi Nağdəli – Musiqişünas, muğam bilicisi.

Axudn Əbdüləli - Füzulişünas alim, muğam bilicisi.

Hacı Nurbala Rəhimov – Nardaranın axundu, muğam bilicisi

Həsən Seyidbəyli – rejissor, SSRİ xalq artisti, “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə”, “Nəsimi” kimi məşhur filmləri lentə alan şəxs. 

Məmmədbağır Bağırzadə - xalq artisti Məmmədbağır Bağırzadəni xüsusi təqdimata ehtiyac yoxdur. O qədər də uzun ömür yaşamayan müğənninin mahnıları bu gün də dillər əzbəridir.

Ağasəlim Abdullayev – Xalq artisti, tarzən.

Böyükağa Məmmədov – Xalq artisti, rəqs müəllimi, bir zamanların məşhur rəqqası.

Türkan BƏŞİR
Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32 “Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30