Arxiv
26 Sentyabr 2015, 12:19 |
“91-lər”in üzvü YAP-ın siyahısından DANIŞDI: “15 ildir deputatdır, 15 seçicinin şikayətini həll eləməyib”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucuları olmuş məşhur “91-lər” hərəkatının üzvü, Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyev YAP-ın qarşıdan gələn seçkilərdə iştirak üçün müəyyənləşdirdiyi vahid namizədlər siyahısına münasibət bildirib.

”Hər bir partiya seçkilərdən seçkilərə yaxşı mənada yeniləşməli, daha fəal olmalı, cəmiyyətin siyasi fəallığına öz təsir imkanlarını daha çox artırmalı, rəqabətə yeni siyasi qüvvələrlə qatılmalıdır. Çünki cəmiyyətin siyasi qüvvələrə mesajları və tələbləri həmişə dinamikdir, yüksələn xətlə artandır. Partiya siyasi mübarizə meydanında bu amillə hesablaşmalı və ayaqlaşa bilməlidir, əks halda mövqeləri və etimadı itirəcək. Necə ki, müxalifət düşərgəsinin partiya və qurumları seçkidən seçkiyə ictimai dəstəyini və onsuz da az olan üzvlərini itirdilər. Bu baxımdan, YAP-ın öz siyahısını yeniləşdirməsi tam məntiqlidir, partiyanın məqsədlərinə uyğun bir mövqedir. Əgər yaxşı mənada bu yenişləməyə partiyanın zəngin təcrübəsi, böyük siyasi potensialı, üzvlərinin böyük kəmiyyət və keyfiyyət göstəriciləri, daim artan dəstəyi tam imkan verirsə, deməli siyahıda hər dəfə yeni üzvlərə də yer verməlidir”-deyə Ariz Abduləliyev Modern.az saytına açıqlamasında bildirib.         

A.Abduləliyev seçkiləri boykot məsələsinə də münasibət bildirib:

“Düşünürəm, özünü aktiv siyasətdə zənn edən bəzi müxalifət mənsublarının seçkiyə qatılmamaları, yaxud boykot mövqeyi tutmaları onların məğlubiyyət və gücsüzlüyünün birbaşa etirafıdır. Bu məsələdə başqa səbəb axtarmaq sadəlövhlükdür. Sadəcə, ictimai rəydəki aşağı reytinqləri və real imkanları ilə yüksək iddiaları arasında fərqin seçkilərarası dövrlərdə daha da dərinləşməsi onların seçki marafonunda məğlubiyyətini bu dəfə də qaçılmaz edir. Amma elələri var ki, məğlubiyyətin özünü də bir siyasi təcrübə sayır və seçkiyə qatılır. Müxalifət cəbhəsində seçkiyə belə yanaşanlar, təəssüf ki, azdır. Ötən illərdə olduğu kimi, bu dəfə də seçkiyə kapital əldə etmək məqamı, qara piarla “yaşıl paralar” qazanmaq girəvəsi kimi baxanlar, “demokratiya alverinə” girişənlər özünü “radikal müxalifət” adlandıran kəslərdir”.

“91-lər” hərəkatı üzvünün fikrincə, seçkiyə qatılan hər bir partiyanın namizəd siyahısı, seçki strategiyası və platforması onun nizamnaməsinə və proqram məqsədlərinə əsaslanır.  

”Bu baxımdan, ölkədə ən güclü və aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə yeni namizədlərlə qatılması, seçki siyahısına yeni namizədlərini daxil etməsi tamamilə normal haldır. Hər dəfə parlament seçkisində yeni namizədlər irəli sürürsə, bu, partiyanın siyasi gücü deməkdir. Mümkündür ki, gələn seçkidə partiya yeni namizədlərinin sayını daha da artırsın. Belə də olmalıdır. YAP-ın seçki siyasəti, qarşıdakı illərə hesabladığı məqsədi onun yüksək dəstəyinə və gücünə tam uyğundur.  Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərinə özünün yeni, perspektivli, daha fəal və çevik qüvvələrinin gəlməsində maraqlıdırsa buna hər bir üzvün ciddi və məsuliyyətli yanaşması gərəkdir, çünki partiya bir nəfərin, bir qrupun istəklərinə deyil, bütün üzvlərin vahid siyasi mövqeyinə dayaqlanır.  Bilmək lazımdır ki, ölkənin ictimai-siyasi həyatına və parlamentinə yeni simaların daxil olması demokratiyanın, sağlam rəqabət mühitinin inkişafına təkan verir.

Doğrudur, hakimiyyətdən pay ummaq da, pay almaq da özlüyündə çox normal iddiadır, sağlam yanaşmadır. Kimin xidmətləri olubsa, sağ olsun. Öz aramızdır, xidmətin müqabilində diqqət də görüb. O başqa məsələdir ki, regionçuluğa görə bəzilərinə bu diqqətdən daha çox pay, bəzilərinə nisbətən az, o birilərinə daha az pay düşüb, bəzilərinə isə bəlli regionlara məxsus olmadığından ümumiyyətlə heç nə düşməyib... Amma bu kimi iddiaların deputat seçkisinə nə dəxli? Ölkənin parlamenti kiminsə şəxsi biznes obyekti deyil ki, deputat yerlərini istədiyinə pulla satsın, istədiyinə bəxşiş eləsin, istədiyinə peşkəş. Yaxud parlament hər hansı icra strukturu deyil ki, incikliyini haqlı sayıb vəzifəyə təyin eləsinlər. Bu seçkili orqandır, seçki vətəndaşların konstitusiya ilə, qanunvericiliklə təsbit olunan hüququdur. Vətəndaş kimə səs verirsə, o da seçilir. Bunun əksinə, Azərbaycanda seçkilərə, onun nəticələrinə qarşı ölkədə, beynəlxalq aləmdə yanlış təsəvvür formalaşdırmaq istəyənlərin, pullu anti-Azərbaycan sifarişlərini yerinə yetirənlərin, “girəvə” gözləyənlərin zərrə qədər demokratik düşüncəsi, demokratik inkişafa marağı, cəmiyyətin xeyrinə mövqeyi yoxdur. Yeni Azərbaycan Partiyasının yarım milyonluq ordusu, xüsusilə gənclər belə qərəzli mövqelərin, dövlətçiliyə zidd düşüncələrin ifşasına çalışmalıdırlar. Bu məsələdə ideoloji işi, hüquqi maarifləndirmə imkanlarını mütləq artırmaq lazımdır.         

Düşünürəm, kimsə öz adını partiyanın yeni siyahısında görmürsə, bundan əndişələnməyə, romantikaya qapılmağa, inciməyə dəyməz. Yeni Azərbaycan Partiyası xeyriyyə cəmiyyəti deyil ki. Bu siyasətdir. Partiya üzvü onun əsas strateji xəttinə, proqram məqsədlərinə açıq, çevik təfəkkürlə, demokratikcəsinə yanaşmalıdır,  siyasi həmrəylik göstərməlidir. Sağlam, açıq, şəffaf siyasətdə ərköyünlüyə, romantik gileylərə,  “demokratiya şouları”na, “bir aktyorun teatrına” yer yoxdur. Sən yaxşı alim, yaxşı həkim, yaxşı rektor, yaxşı jurnalist, yaxşı artist, yaxşı məmur, yaxşı müəllim, yaxşı biznesmen ola bilərsən. Amma bu həmişə o anlama gəlmir ki, sən  həm də yaxşı ictimaiyyətçisən, deputatsan, yaxşı idarə edənsən və s.”.  

A.Abduləliyev deyir ki, 2005, 2010-cu illərdə seçilənlərin heç də hamısı deputat vəzifəsinin öhdəsindən gələ bilməyib.

”Belələri var, amma bir nəfər də olmamalıdır. Millət hər şeyi görür. Deputat mandatı ilə ancaq öz şəxsi ambisiyalarına, qohum-əqrabalarına, şəxsi biznesinə xidmət edənləri cəmiyyətimiz bir nəfərinə kimi tanıyır. Baxırsan ki, birisi 5 ildir, birisi 10 ildir, o biri 15 ildir deputatdır, amma 15 seçicinin şikayətini həll eləməyib, əvəzində icra başçıları, nazirliklər, iş adamları ilə şəxsi məsələlərini yoluna qoyub və s.  Hətta şəxs adlarını və soyadları dəyişdirmək, sosial durum, qəbiristanlırq, mərasim, yer adları kimi məsələlərə uğursuz “əncam çəkilməsi” də bu dövrdə əhali arasında birmənalı qarşılanmadı. Belə deputatlar yəqin ki, az səs qazanacaqlar.      

İnanıram ki, seçilənlər YAP-ın ictimai-siyasi həyatdakı fəal mövqeyinə, siyasi nüfuzuna layiq olan şəkildə işləyəcək, daha fəal olacaq, öz səlahiyyətlərinə tam məsuliyyətlə yanaşacaqlar. Partiyalar namizəd səhvlərini tam aradan qaldırmalıdırlar. Deputat Milli Məclisin iclaslarına kefi istəyəndə gəlirsə, gələndə də gecə yapdığı kefindən dolayı yuxulayırsa, ondan millətin vəkili olmaz. Bura ölkənin parlamentidir, dövlətimizin və cəmiyyətimizin demokratik və sivil simasıdır, daha kabab-pivə, konyak-viski, aşk-gözəl, cib-qarın, rüşvət xiridarlarının toxunulmazlıq, tost, özünüreklam məclisi deyil. Unutmasınlar ki, deputatın fəallığı, seçicilərin ərizə və şikayətlərinə, problemlərinə yaxşı baxması, əhali arasında müsbət rəy, dəstək qazana bilməsi son nəticədə partiyanın imici, ictimai nüfuzu üçün işləyir. Ölkədə millət vəkili statusunun ictimai-siyasi nüfuzunu artırmaq, seçici etimadını daha da möhkəmləndirmək deputatların vicdanla işləməsindən asılı olan məsələdir. Seçkilərdə YAP-ın hər bir namizədinə qələbə arzulayıram.   

Beynəlxalq təşkilatların Azərbaycandakı parlament seçkilərini boykot edəcəkləri, nəticəni tanımayacaqları barədə irəlicədən apardıqları müzakirə və bəyanatlar, əslində, Azərbaycan vətəndaşlarının azad seçim hüququna, ölkəmizdəki ictimai-siyasi sabitliyə qarşı yönələn müdaxilədən başqa bir şey deyil. Buyur gəl, hər  dairədə və hər məntəqədə müşahidələrini apar, prosesi və faktları sərbəst bir şəkildə öyrən, sonra  nəticələrdən danış. Bu olar demokratiyaya adekvat bir  davranış”.

Modern.az      

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?