Arxiv
18 Oktyabr 2015, 17:16 | PARLAMENT
Deputatdan MTN barədə sərt AÇIQLAMA

Onun sözlərinə görə, bir çoxları üçün gözlənilməz olan bu addımın əsl səbəbləri yalnız ölkə rəhbərinə bəllidir.  

“Bununla bərabər, ötən dövr ərzində milli təhlükəsizlik sferasında görülmüş işlərin müsbət qiymətləndirilməsini hamımız təqdir edirik. Lakin onun paralelində “dövlət başçısını nələr qane etməyib” sualına cənab İlham Əliyevin idarəetmə stilinin və yüksək tələblərlə yanaşdığı komandasına son mesajlarının kontekstində aydınlıq gətirə bilərik.

Öncə dövlət sistemində stuktur islahatlarının davam etdiriləcəyini, komandada yeniliklərin olacağını, idarəetmənin yeni mərhələsinə keçidin baş verəcəyini vurğulamaq istəyirəm.

Unutmamısızsa, bir müddət öncə Milli Təhülkəsizlik Nazirliyinin də mühüm səlahiyyətlərindən biri başqa quruma tapşırılmışdı. Bunun niyə edildiyini başa düşmək çətin deyildi. Siyasi elitamızın kürəyini söykəməli olduğu orqan özü tam təhlükəsilik qarantiyasını ortaya qoya bilmir, əksinə bəzən ciddi hakimiyyət spamları yaradırdı”.

Deputat həmçinin bu müddət ərzində MTN orqanlarının daha çox nələri etməli olduğunu barədə də danışıb.

“Nəzərə almalıyıq ki, bu struktur xəfiyyə orqanıdır. Kəşfiyyat sistemi isə peşəkarları tələb edir. Bu o deməkdir ki, regional miqyasda milli mənafeyimiz əleyhinə istənilən riskləri - terror planlarını, mütəşəkkil iqtisadi cinayətkarlıq cəhdlərini, hətta hərbi xarakterli məsələləri də fəaliyyətinin başlıca hədəfində saxlamalı olan orqan sanki narkotiklərə qarşı mübarizə strukturu səviyyəsinə enmişdi.

Daha geniş miqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsilik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə demək olar ki, əsaslı yardım edə bilmirdi.

Gözəgörünməz cəbhədə ölkəmiz əleyhinə planları, təhdidləri aradan qaldırmalı olan orqan kəşfiyyat işində də böyük uğurlara imza ata bilmirdi.
Çünki qlobal miqyasda düşüməyi bacarmaq, konseptual layihələrlə işləyənlərə istinad etmək, beyin mərkəzi rolunu oynamaq əvəzinə, daha dar çərçivədə mövqe savaşı aparmaq, yaxud qanunsuz dinləmlər həyata keçirmək milli təhlükəsilik siyasəti sayıla bilməzdi”,-deyə Zahid Oruc Eldar Mahmudovun rəhbərliyini tənqid edib.  



Parlament üzvü deyib ki, dövlətin bu günə qədərki sabitliyini qürur mənbəyi kimi vurğulayırıq, amma, bunun yalnız MTN tərəfindən təmin olunduğunu söyləmək çətindir.  

"Burada prezident yanında mühafizə xidməti və digər strukturların rolu misilsiz olub. Məhz ona görə regional miqyasda ölkəmizin maraqları üçün atılan addımların miqyası məxfi xidmətin işinin təşkilinə görə siyasi elitamızı qətiyyən qane etmirdi. Görünən bu idi ki, biz mühüm hədəflərdən qalmışıq. Təbii ,biz qlobal miqyaslı vəzifələri qarşımıza qoymamışıq. Çünki beynəlxalq siyasi düzəni müyyənləşdirən dövlət deyilik, lakin bölgədə mənafe savaşında hansı kontur planlarımız var... 

“Xəfiyyə orqanları burada hansı rol oynayır?” məsələsi heç vaxt qanedici cavabını tapmayıb. Ona görə bizim məkanda xarici xidmət orqanları da xeyli kök salmışdı”.  

Kadr məsələsinə toxunan deputat bu məsələdə də çatışmazlıqların olduğunu istisna etməyib, həmçinin, peşəkar kadrların sıradan çıxdığını da deyib.  

Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyində Beynəlxalq Bankla bağlı məsələnin həll edilməməsi və sahibkarların incidilməsi məsələsinə də aydınlıq gətirib.

“Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.

Bu işin araşdırılmasının Daxili İşlər Nazirliyinə tapşırılması təsadüfi deyil. Çünki dövlətin həmin struktura zamanın sınağından çıxmış əsaslı etimadı var. Beynəlxalq Bankla bağlı işin ölkənin maliyyə-bank sferasına və iqtisadi sabitliyə vurdğu ziyanı artıq hamı etiraf edir.

Qeyri-rəsmi məlumata görə manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib.

Bu isə dövləti həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhülkədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu.  Adətən belə məsələrlə xarici xidmət orqanları və diversiya qrupları məşğul olur. Bir məqamı da xüsusi qeyd etməliyik.

Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısının sahibkarlığın boğulması istiqamətindəki mesajlarının ünvanı ətrafında ictimaiyyətdə böyük diskussiyalar və canlı axtarışlar gedirdi.

S ahibkarın soyulması ilə yeni iş yerlərinin açılmasına vurulan zərbə və büdcəyə ödəmələrin əngəllənməsi haqlı olaraq dövlətin birinci şəxsində qəzəb doğurmuşdu.  

Namidə Bingöl

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:59 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34