Arxiv
29 Oktyabr 2015, 15:53 | QARABAĞ
Azərbaycanda ən qısa və ən uzun coğrafi ADLAR


Dünya xəritəsindəki saysız-hesabsız toponimlər (coğrafi adlar) arasında 3-5 hərfli sadələri ilə yanaşı, 10-15, bəzən daha çox hərfdən ibarət mürəkkəbləri də mövcuddur. Yer kürəsinin ən hündür zirvəsi - Comolunqma, Hondurasın paytaxtı - Tequsiqalpa şəhəri, İslandiyanın ən yüksək dağı-  Hvannadalshnukur və  həmin adada yerləşən – Eyyafyadlayokyudl vulkanı,  Hindistanın Keral ştatının mərkəzi - Tiruvanantapuram şəhəri və s. bu cür toponimlərdəndir. Lakin dünyada bunlardan daha heyrətli, məsələn, - İrlandiyada - 22, Hollandiyada - 25, Hindistanda - 28, Kanadada - 31,  Finlandiyada isə - 35 hərfli coğrafi adlar qeydə alınıb. Şimali Amerikada Çaubunaaqunqamauq gölünün adı əslində 45 hərfdən ibarətdir. Gölün adı ABŞ-da ən uzun toponim sayılır.  Bu isə onun sadələşdirilmiş adıdır. 45 hərfdən 15-i “q”, 9-u “a” hərfidir. Nimpuk adlı hindu tayfasının dilində gülməli mənası var: “Sən öz tərəfində balıq tutursan, mən öz tərəfimdə balıq tuturam və ortada heç kim balıq tutmur”.

Hələ bu harasıdır, Uelsdə bir balaca kənd var, əsl adı 58 hərfdən ibarətdir, onu 20 hərfə qədər qısaldaraq  LLanvayrpullqvinqill adlandırırlar. Yazıq dil, qırılmasın neyləsin! Bu da son deyil. Sən demə, əsl həngamə qabaqdaymış. Ginnesin rekordlar kitabında ən uzun toponim  Yeni Zelandiya adasında 305 metrlik hündürlüyə malik bir təpəyə məxsusdur. Onun adı 85 hərfdən ibarətdir və aborigen moari qəbiləsinin dilində təxmini mənası belə səslənir. “Yüksək təpə, harada ki, Tamatea, iri dizləri olan o kişi, dağa çıxdı, torpağı uddu, torpaq yeyən kimi tanındı, öz burun fleytasında öz sevgilisi üçün mahnı çaldı”. Allah səbir versin bu adı axıracan oxumaq istəyənlərə!

Maraqlıdır ki, bu uzun-uzadı, sicilləmə adlarla bərabər, dünyada  tək bircə hərfdən ibarət ən qısa toponimlər də mövcuddur. Məsələn, Şimali Fransada “Y” adlı yaşayış məntəqəsi, İsveçdə “A” adlı qəsəbə  və Norveçdə “A” adlı balıqçı kəndi, ABŞ-da “D”, Şotlandiyada “E” adlı çaylar və Danimarkada “O” adlı təpə dünyada ən qısa coğrafi adlar hesab edilir. Amma burada bir incə məqam var: bu hərflərin fransız, isveç və norveç dillərində səslənməsi ( “Y”- “Ya”, “A” - “Ay”)  başqa dillərdə, məsələn  türk və ya Azərbaycan dilində iki hərflə yazılır. Bu da təbiidir, çünki hər dilin özünə məxsus fonetikası və dil qanunları var. Eyni səsin müxtəlif dillərdə fərqli yazılışı qəbul ediləndir, yəni bir səs, yerli dil qanunlarına görə bir, iki, hətta üç hərflə yazıla bilər. Əsas meyar o dildə həmin səsin və ya sözün necə yazılışıdır.

Nə isə, keçək əsas mətləbə. Başlıqda  qoyulan sualı araşdıraq. İlkin olaraq, Azərbaycanın 70 iri yaşayış məntəqəsinin – şəhər və rayon mərkəzlərinin adlarını (oykonimləri) araşdırdım, maraqlı nəticələr alındı: məlum oldu ki, ölkəmizdə şəhərlər arasında ən qısa ad üç hərfdən ibarət Qax, ən uzun ad isə 10 hərfdən ibarət Mingəçevirdir; cəmi 8 şəhərin adı – 4 (Bakı, Quba, Oğuz və s.); 12 şəhərin adı – 5 (Gəncə, Qazax,  Ağdam və s.); 18 şəhərin adı – 6 (Şamaxı, Göyçay, Şəmkir və s.); 8 şəhərin adı – 7 (Masallı, Ağstafa, Ordubad və s.); 18 şəhərin adı – 8 (Sumqayıt, Lənkəran, Zaqatala və s.) və nəhayət, cəmi 4 şəhərin adı – 9 hərflidir (İsmayıllı, Sabirabad, Biləsuvar və Hacıqabul). Alınmış nəticələri bir az ümumiləşdirsək, görərik ki, araşdırılan oykonimlər arasında 6-8 hərfli olanlar daha çox (44 şəhər) olub, ümumi sayın 63 faizini təşkil edir; 30 faizi 3-5, cəmi 7 faizi isə 9-10 hərfdən ibarət oykonimlərdir.  Adi arifmetik hesablama ümumilikdə bütün şəhər adlarımızın ortalama 6.4 hərfdən ibarət olduğunu göstərir. Digər toponimlərimizin, xüsusilə kənd adlarımızın  bir qədər də uzun olmasını nəzərə alsaq, Azərbaycan toponimləri üçün orta göstərici kimi  7 hərfli toponimi şərti bir norma kimi qəbul edə bilərik və bundan az hərfli toponimlər “qısa”, çox olanlar isə “uzun” toponimlər adlandırıla bilər.

Maraq məni alıb apardı. Azərbaycanın ən qısa və ən uzun toponimini tapmaq marağı ilə 2000-ə yaxın coğrafi adı araşdırdım. Yəqin ki, respublikamızda bir hərfdən ibarət coğrafi ad yoxdur, çünki Azərbaycan dilində tək hərfli cəmi bir sözün - “o”- üçüncü şəxs əvəzliyinin olduğu məlumdur. İki hərfli tək bir toponim, deyəsən,  Xəzər dənizindəki Qu adasıdır.  Üç hərfli toponimlər də çox deyil, 40-50 ədəd, bəlkə daha çox saymaq olar: Kür (çay), Gil (ada), Yel (dağ), Qum(Qax), Aza(Naxçıvan), Hil(Qusar), Nic(Qəbələ), Zar (Kəlbəcər), Kiş(Şəki) kəndi və s.   

Bəs, ən uzun ad? Araşdırmanı  davam etdirdim, bölgələrimizdə  çoxlu sayda 13,14, hətta  bir neçə 15 və 16 hərfli kənd adlarımıza rast gəldim – Nəcəfqulubəyli (Ağcabədi), Qubalıbalaoğlan (Hacıqabul), Xırmanqaynarbinə (Zaqatala) və s. Əcnəbilərin “dil gimnastikası” üçün əsl cənnət-məkan yerlər! Qusar rayonunda 17 hərfdən ibarət Zindanmuruqqışlaq və qonşu Xaçmaz rayonunda həmin uzunluqda Mirzəməmmədqışlaq kəndlərinin adlarını görəndə güman etdim ki, bu son olar. Amma gümanım düz çıxmadı, Goranboy rayonunun 18 hərfli Qaşaltıqaraqoyunlu kəndi öz  nəhəng adıyla onları üstələdi. Bu da son olmadı, coğrafiyamızın bu sahədə rekordu məlum oldu ki, Bərdə rayonunun  19 hərfli Mirzəxanqaraqoyunlu kəndinə məxsusdur. Amma bir məqamı da qeyd etmək lazımdır: bu araşdırmada  adı ancaq birgə, yəni bir sözlə yazılan toponimlər nəzərdən keçirildi, iki sözlə və ayrı yazılan coğrafi adlar nəzərə alınarsa, İmişli rayonundakı Yuxarı Qaragüvəndikli kəndi  20 hərflə Azərbaycan toponimlərinin lideri ola bilər.

Beləliklə, böyük əksəriyyəti yaşayış məntəqələrinin adları  olmaqla,  toponimlərimizin ilkin araşdırılması  nəticəsində yuxarıda qoyulan sualı müəyyən qədər cavablandırdıq. Lakin bu, coğrafi adlarımızın az bir qismidir və  ola bilsin ki, mövzu diqqətli oxucunu cəlb etsin, o da alınan nəticələrə dəyərli düzəlişlər edərək, bu araşdırmaya öz layiqli töhfəsini versin. Bu yolda onların hər birinə uğurlar arzulayıram.


Rəşid Fətəliyev

Bakı, 28.10.2015.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50 ABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcək 4 Aprel 2020, 09:49 Cəbhədə gərgin gecə - Pulemyotlar susmadı 4 Aprel 2020, 09:39 ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08 Çində koronavirus qurbanlarının xatirəsi yad edildi 4 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan 4 Aprel 2020, 08:59 İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq 4 Aprel 2020, 08:54 Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29