Arxiv
24 Dekabr 2015, 13:39 | İQTİSADİYYAT
“Azersun Holding” ərzaq mallarını bahalaşdırdı

Uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş verən birinci devalvasiyada manat 34,6 faiz, dekabrın 21-də isə 47,6 faiz ucuzlaşmaya məruz qaldı. Manatın dollar qarşısında dəyərsizləşməsi ölkədə bahalaşma dalğasına rəvac verdi. İlk devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarında real olaraq 20-25 faizlik bahalaşma müşahidə edildiyi halda, ikinci şok devalvasiya məhsulların qiymətinin 30-50 faiz arasında artımına gətirib çıxarıb.

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azersun Holding” MMC-nin məhsullarında da kəskin bahalaşma hiss olunur. Bahalaşma şəkər, qənd kimi məhsullarda o qədər də hiss edilməsə də, kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar biruzə verir.

“Azersun Holding” MMC İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az saytına bahalaşmanı təsdiq edərək, müvafiq açıqlama verib:

“Xalqın halına yanan tərəf varsa, o da bizik. Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq.

Nəzərə alın ki, ölkədə istehsal etdiyimiz məhsulları xaricdən hazır alıb yalnız bir əməliyyat etməklə kifayət qədər gəlir əldə edə bilərik. Biz isə buna getmirik.

Biz 250 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikmişik, müəssisələrimizdə 12 min yaxın insan işlə təmin olunub. Həm də nəzərə alın ki, buna baxmayaraq biz xamalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”.

A.Səfərov qeyd edib ki, holdinq baş verən devalvasiyadan sonra məhsulları bahalaşdırmağa məcbur olub:

“Nəzərə alın ki, ilin əvvəlindən 100 faizə qədər devalvasiya gedib. “Azersun Holding”in məhsulları 21 fevral devalvasiyasından sonra cəmi 5-10 faiz bahalaşmışdı. İkinci 50 faizlik devalvasiyanın qarşılığında isə 25 faizlik bahalaşma labüd idi”.

Şirkət rəsmisi devalvasiya baş verən an rəflərdəki məhsulların qiymətinin dərhal qaldırılmasına da aydınlıq gətirib:

“Bu zavod işləyir və biz lazım olan məhsulu valyuta ilə alıb emal ediriksə, buna getməliyik. Çünki, növbəti dəfəyə məhsul sifariş vermək üçün dollar almaq məcburiyyətindəyik. Və həmin an tənzimləməyə getməsək, qiyməti bazara uyğunlaşdırmasaq, növbəti dəfə üçün sifariş verdiyimiz xammalı ala bilməyəcəyik. Nəticədə minlərlə insan işsiz qalacaq, bazarda isə qıtlıq yaranacaq.

Bizim insanımız düşünür ki, məhsul Azərbaycanda istehsal olunursa, niyə bahalaşıb? Anlamırlar ki, lazımlı xammal idxal olunur”.

Gülşən RAUFQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“4 iyun hadisələri” və qiyamçı SURƏT HÜSEYNOV 4 İyun 2020, 09:51 Bu günə qədər koronavirusun qeydə alınmadığı 6 ÖLKƏ 4 İyun 2020, 09:50 Kamilə Əliyeva:"Biz daha böyük fəsadlarla, itkilərlə üzləşə bilərik" 4 İyun 2020, 09:49 “Kəsmə şikəstə”nin bənzərsiz ifaçısı - Fatma Mehrəliyevanın tarixçəsi - SƏSYAZI 4 İyun 2020, 09:44 Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI 4 İyun 2020, 09:40 Tibb işçilərinin yoluxmaması üçün robotlardan istifadə olunacaq? 4 İyun 2020, 09:36 Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi 4 İyun 2020, 09:32 Avro bahalaşdı, dollar sabit qaldı - MƏZƏNNƏ 4 İyun 2020, 09:26 Bu rayonlar üzrə 11 vakant müəllim yeri sistemdən silindi - Rəsmi 4 İyun 2020, 09:20 Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı 4 İyun 2020, 09:14 Ermənilər bu rayonlarımızı atəşə tutdu 4 İyun 2020, 09:08 Milli Məclisdə təhsili ən yaxşı hansı deputat bilir - EKSPERTLƏR 4 İyun 2020, 09:02 "WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI 4 İyun 2020, 08:55 Deputat: “Kadr islahatlarını istəməyən qüvvələr var” - MÜSAHİBƏ 4 İyun 2020, 08:45 Alimlər böyrək yetişdirdilər - yeni kəş 4 İyun 2020, 08:34 Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb... 4 İyun 2020, 08:20 Oqtay Əsədovla Fəttah Heydərovun iclaslara gəlməməsi Milli Məclisdə narazılıq doğurub? - AÇIQLAMA 4 İyun 2020, 08:09 Prezident karantin rejimini pozdu - FOTO 4 İyun 2020, 01:01 “Yoluxmaların artması həftə sonu sərt karantin rejiminin tətbiqini zəruri edir” - Rəşad Mahmudov 4 İyun 2020, 00:47 Cəlilabadda qohumu 44 yaşlı qadını döydü 4 İyun 2020, 00:33 Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO 4 İyun 2020, 00:26 “Keşikçidağ”da təxribat törədiləcəyi barədə məlumatlar əldə olunub” - DSX 4 İyun 2020, 00:11 Azərbaycanda zəlzələ oldu 3 İyun 2020, 23:56 Fransada COVİD-19 qurbanlarının sayı 30 minə çatdı 3 İyun 2020, 23:45 İqbal Ağazadədən Şuşa ilə bağlı VİDEOMÜRACİƏT 3 İyun 2020, 23:29 Tramp tibbi müayinədən keçdi 3 İyun 2020, 23:14 Aeroport yolunda avtobus partladı - VİDEO 3 İyun 2020, 23:01 Komendant saatının vaxtı uzadıldı 3 İyun 2020, 22:47 Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO 3 İyun 2020, 22:34 Qaxa dolu yağdı 3 İyun 2020, 22:20 Qazaxıstan tədricən latın əlifbasına keçir 3 İyun 2020, 22:08 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 609-a çatıb 3 İyun 2020, 21:57 Əhliman Əmiraslanov Saatlıda seçiciləri qəbul edib - FOTO 3 İyun 2020, 21:45 Başına 1 milyon pul qoyulan terrorçu Türkiyədə yaxalandı 3 İyun 2020, 21:33 “Avropa Şurası anti-Azərbaycan mövqedədir” - İlham Əliyev 3 İyun 2020, 21:24