Arxiv
18 Yanvar 2016, 17:52 | TƏHSİL
Şəfalı əllərin sehri, Kəlbəcər nisgili

Yanvarın 14 - də Moskvada Millətlər Evinin böyük zalında  Moskva şəhər 79 saylı xəstəxananın Cərrahiyə endoskopiya şöbəsinin  müdiri, professor, Rusiya Federasiyasının əməkdar həkimi, cərrah Sabir Həbibovun anadan olmasının 65 - illiyilə bağlı təntənəli tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Moskvada yaşayan Azərbaycanlı ziyalılar, Azərbaycan diasporunun nümayəndələri, Moskvada çalışan azərbaycanlı həkimlər, şairlər, jurnalistlər, elm adamları, burada  məskunlaşmış kəlbəcərlilər iştirak ediblər. Yubiley tədbiri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Tədbir yubiliyarın həyatını əks etdirən videoçarxla başladı. Sonra tədbiri giriş sözü ilə açan Rusiya jurnalistlər birliyinin üzvü  tanınmış jurnalist Cəfər Sadıq  Sabir həkimin humanistliyindən, onun həkimlik peşəsinə fədakarcasına xidmətindən, insanlara göstərdiyi qayğısından, minlərlə insanın həyatını xilas etməsindən, hər kəsin müqəddəs saydığı, inanıb etibar etdiyi özünün də az qala 40 ilə yaxın dostluq elədiyi Sabir həkimin, olduqca şərəfli və məsuliyyətli peşəsindən söz açdı.

Yubiliyarın həmyerlisi Azərbaycan Yazıçılar Birliyiniin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxışında qeyd etdi ki, “Ana yurdundan məhrum edilmiş, doğma yurd-yuvasından didərgin salınmış insanlarımızın dərdinə qəriblikdə tablaşmaq o qədər də asan deyil.Əgər bir adam yersiz, yurdsuz qalan insanlarımızın taleyinə, doğma yurduna, elinə-obasına biganə qalırsa elə  bunun özü vətənə xəyanət kimi bir şeydir. Həyata göz açdığımız eli-obanı,  ilk vətənimizi unutmayan, doğulduğumuz Kəlbəcər  torpağının faciələrini yaşayan insanlar kimi öz övladlıq borcumuzu öz işimizlə, bacarığımızla  ödəmək istəmişik. Kəlbəcərin adını aşağılayan, onun müqəddəs adına xələl gətirən bəd bir işə qol qoymamışıq. Əsl kəlbəcərlinin necə olduğunu bu yad torpaqada hər kəsə isbat eləmişik.

Uzaqdan-uzağa Azərbaycanımızla fəxr edib onun məhrumiyyətlərinə ağrılarına acımışıq, doğma elimizin həsrəti ilə yaşamışıq, tarixi vətənimiz Azərbaycanımızın sevincinə sevinmişik, dərdi dərdimiz olub. Hər birimiz öz əməllərimizlə, təmiz işimizlə  güclü vətənpərvərlik duyğularımızı, yurdsevərlik ləyaqətimizi qoruyub saxlamışıq. Qəribçilik insan üçün ən acı dərddir, dözülməz dərddir, çünki bu anlayışın arxasında vətənsizlik dayanır. Hər bir dərdin əlacını tapmaq mümkündür. Amma, vətənsizliyin əlacı yoxdur. Onun bircə əlacı var - vətənə dönmək, torpaqlarımızı düşmənlərdən azad etmək, doğulduğumuz torpağa qovuşmaq, babalarımızın, nənələrimizin  sərkardan ruhlarını sevindirmək...”

Tədbirdə. ölkəmizin Rusiyadakı səfirliyinin diaspora üzrə müşaviri Aqşin Əliyev, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin ictimaiyyət və KİV-lə əlaqə şöbəsinin rəhbəri Tamilla Əhmədova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar  Hacıyev, tanınmış mesanat, iş adamı Mirəşrəf Fətiyev, hüquqşünas Məhəməd Quliyev, tarixçi filosov Kamran Rüstəmov, jurnalistlər; Azər Cahangirov,Tünzalə Vəliqızı, Anar Həsənov,Şair Sultan Mərzili, azərbaycan məktəbinmin müəlliməsi Validə Məmmədova və başqaları çıxış edərək yubilyarı təbrik ediblər, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar diləyiblər. 

Çıxış edənlər  Sabir həkimin keçdiyi həyat yolundan,təbabət elmində qazandığı  böyük nailiyyətlərindən, onun insan həyatını, onun sağlamlığını qorumaq kimi çox çətin, gərgin, əziyyətli işindən söz açıb. Sabir həkimin  minlərlə xəstəyə şəfa verib həyata qaytardığından, onun  mehriban, qayğıkeş bir insan olmasından, ümidsiz, ağır xəstəliyə dücar olan insanları yenidən həyata qaytaran  şəfalı əllərinin sehrindən danışıb. Sabir həkimin öz zəhməti hesabına bir çox uğurlar əldə etməsini, minlərlə insanların sağlam olmasında böyük əməyi olduğunu vurğulayıb, yubilyarın ünvanına xoş sözlər söylədilər.

Tədbir iştirakçılarına Nəsib Nəbioğlunun Sabir Həbibovun həyat və yaradıcılığına həsr olunmuş “Şəfalı əllərin sehri. Kəlbəcər nisgili” başlığı altında məqaləsinin yer aldığı “525-ci qəzet”i paylanmışdır. Tanınmış müfənni Sərxan Sərxan, Həsən Ağcabədili, yubiliyarı oxuduğu mahnılarla təbrik elədilər Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb. 

Tədbirin sonunda xoş sözlərə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə Sabir Həbibov  Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə, tədbirin təşkilatçılarına  və iştirakçılara səmimi minnətdarlığını bildirib.

Xatırladaq ki, Sabir Həbibov tibb elmləri doktoru, professor, Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir. Sabir həkim 2009 - cu ilin  mart  ayının 31-də  Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedev həmvətənimiz, təbabət sahəsində yüksək ixtisaslı mütəxəssis Sabir Həbibova “Rusiya Federasiyasının əməkdar həkimi” fəxri adı verilməsi haqqında fərman imzalayıb. S.Həbibov  bu ada səhiyyə sahəsində xidmətlərinə və çoxillik qüsursuz fəaliyyətinə görə layiq görülüb.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tibb Universitetində 10 qrup distant təhsilə keçdi 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitə İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat YAYDI 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan və qar yağacaq 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26 Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ 28 Oktyabr 2021, 15:22 Nə kişi, nə də qadın olmayan şəxsə pasport verildi - FOTO 28 Oktyabr 2021, 15:18 Hafiz Hacıyev SAĞALIR 28 Oktyabr 2021, 15:14 Şəhid və qazi ailələrinin su təchizatı yaxşılaşdırıldı 28 Oktyabr 2021, 15:10 1920-ci illərin xəritəsi: Bakı və İrəvan masaya hansı atlasla oturur? 28 Oktyabr 2021, 15:04 “Azərbaycan-NATO əməkdaşlığında Rumıniya mühüm rol oynayır” 28 Oktyabr 2021, 15:00 Yarmarkada ən çox cökə balı SATILIR 28 Oktyabr 2021, 14:55 Naməlum Şəhid qəbirlərinə yeni başdaşı qoyulacaq – RƏSMİ 28 Oktyabr 2021, 14:52 “AzerGold”un şəhid əməkdaşının xatirəsi anılıb 28 Oktyabr 2021, 14:50 Ermənistandan müsbət siqnallar alırıq - Akar 28 Oktyabr 2021, 14:47 Daha bir hakim koronavirusa YOLUXDU 28 Oktyabr 2021, 14:42 Diaspor təşkilatının müraciətilə “Kudüs TV” cərimələndi 28 Oktyabr 2021, 14:39 Naftalanda vətəndaş qəbulu keçirilib 28 Oktyabr 2021, 14:36