Arxiv
19 Yanvar 2016, 23:26 | AKTUAL
20 Yanvar gecəsi harda idiniz? - AÇIQLAMALAR


Sabah 1990-cı ildə törədilmiş 20 Yanvar qətliamının 26-cı ildönümü qeyd olunacaq. Faciənin baş verdiyi o günlərdə Sovet ordusunun qarşısına əliyalın çıxan xalq qüvvələrinə Azərbaycan Xalq Cəbhəsinin fəalları başçılıq edirdilər. Amma onların hamısı həmin gecə meydanlarda idimi? Görəsən Xal Cəbhəsinin o zamankı fəalları qanlı yanvar gecəsi harada olublar ?

Milli azadlıq hərəkatının öncüllərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidov Modern.az saytına açıqlamasında 20 Yanvar gecəsi Bakıda olduğunu və xalqla bir yerdə yaralıları, meyitləri daşıdığını söyləyib:

“20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi düşüb. O zaman iki təzad üz-üzə durmuşdu: İmperiyanın siyasətinin yerinə yetirən və xalqın qanına susamış siyasətçilər, hərbçilər; öz xalqının, öz respublikasının müstəqilliyini istəyən xalq...
20 Yanvardan sonra biz bu faciə barədə bütün dünyaya xəbər verdik. Xalq Mərkəzi Komitənin qabağına yığışmışdı. Hamı Kommunist Partiyasının biletindən imtina etdi, onu tullamağa başladı. Bütün dünyanın gözü Azərbaycana çevrilmişdi.
Biz xalqı da, dövləti də xəbərdar edirdik ki, faciə olacaq. Yanvar ayının 20-də mən Səttarxan (o zamankı Leytenant Şmidt adına zavod) zavoda getdim. Orada aksiyaçılar toplanmışdı. Biz insanlara bildirirdik ki, qırğın baş verə bilər.  Gecə saat 12-də artıq qırğın başladı. Həmin o qanlı gecəni yaxşı xatırlayıram. Mən Etibarla bir yerdə “Salyanski” kazarmasının önündə idik. Qan su yerinə axırdı. Xalq Cəbhəsinin dayaq dəstəsi və biz də başda olmaqla camaatı, yaralıları, meyitləri daşımaqda kömək edirdik”.

O zaman Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü olmuş Zərdüşt Əlizadə isə 20 Yanvar faciəsindən 15 gün öncə “cəbhəçilikdən”çıxdığını və fəaliyyətini sosial demokrat kimi davam etdirdiyini söyləyib:
“20 Yanvardan 13 gün əvvəl Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlüyündən çıxıb qurumu tərk etmişəm. Səbəbi də o idi ki, mən 3 dəfə İdarə Heyətində çıxış edərək demişəm ki, “Tiflis modeli” adlanan bir forma ilə xalqı zahirən ədalətli,  əslində isə orduya qarşı qoymaq və bunun nəticəsində yuxarılarda dəyişiklik etmək siyasəti səhvdir. Amma mənim Xalq Cəbhəsindəki “dostlarım” sözlərimi qulaqardına vurdular. Tiflisdəki 9 aprel 1989-cu il hadisəsini Bakıda tətbiq etdilər. Xalqı qanunsuz hərəkətlərə sövq edib, hakimiyyətə qarşı qoydular və amansız Sovet Ordusu xalqa divan tutdu. Əsas məqsəd Vəzirovu devirmək idi. Buna da nail oldular. O zaman Sosial-Demokrat Partiyasının üzvü idim. Xalq Cəbhəsini tərk edəndən sonra da camaata, insanlara bu təxribata getməməyi deyirdim. Xalq Cəbhəsindəkilər başını itirmişdi. İnsanlar da onların dalınca gedirdi. Yəni həmin gün, 20 Yanvar gecəsi Bakıda fəaliyyətimi sosial-demokrat kimi davam etdirmişəm”.

20 Yanvar faciəsi zamanı Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən olmuş, sonradan isə bir müddət baş nazir vəzifəsində çalışmış Pənah Hüseyn  partiyanın o qanlı gecədə təşkilatın qərargahında olduğunu bildirib: “O vaxt şəhərdə olan hər kəs bu təhlükə ilə üz- üzə idi. Ancaq mən gülləyə tuş gəlməmişəm, yaralanmamışam. Saat təxminən 1-in yarısında AXC qərargahı atəşə tutulub və bir neçə nəfər yaralanmışdı. Gecə saat təxminən 1-2 radələrində Salyan kazarması yanındakı barrikadalara gedib-gəlmişəm və bu istiqamətdə digər yerlərdə olmuşam..

Mən, İdarə Heyəti üzvlərindən Vurğun Əyyub və Sabit Bağırov Qərargahda məsul şəxslər kimi qalmışıq. AXC qərargahında qalmağımız İdarə Heyətinin qərarı ilə olub. Həmin qərarla da digər üzvlər isə başqa ünvanlara gedib. Dediyim kimi, çağrışlarla gecəboyu qoşunla təmas saxlanan müxtəlif yerlərdə də olmuşuq. Qəragahdan vəziyətlə bağlı AXC-nin Bakı və digər şəhər-rayon təşkilatları ilə əlaqə saxlanılıb və vəziyyətlə bağlı hərəkətlər mümkün qədər koordinasiya edilib. Ümumrespulika tətilinin başlanması, Kommunist Partiyasının boykotu, yerlərdə fasiləsiz mitinqlərin başlanması barədə qərarlar, xaricdən gələn zənglərə cavab olaraq informasiyalar verilib.
Rəhmətlik Nəcəf Nəcəfov həmin gecə küçələrdən qərargaha gəlmişdi. Xatırlayıram ki, əynində plaşı da yox idi. Konkret olaraq hərə öz imkanı və verilən tapşırıq əsasında öz funksiyasını yerinə yetirirdi. Xalqın içərəsində dedikdə, bütün AXC üzvləri xalqın içində idi. Daha dəqiq desək, 20 Yanvar xalq və AXC-nin iç-içə olduğu anlar idi”.

Ağa  AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Mustafa Şentopla görüşdü 28 İyul 2021, 13:59 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34