Arxiv
19 Yanvar 2016, 21:11 | TƏHSİL
"Xarici investisiyaların təşviqi ilə bağlı paket qəbul olunmalıdır "- İqtisadçı

 

İxracatın stimullaşdırılması və xarici investisiyaların təşviqi ilə bağlı paket qəbul olunmalıdır. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. Q.İbadoğlunun sözlərinə görə, cari problemlərin sistemsiz həllinə yönələn ayrı-ayrı dəyişikliklərin birlikdə və uzun müddətli dövrdə əhəmiyyətli nəticələrə gətirəcəyi şübhə doğursa da, ümumilikdə parlamentin də bu müzakirəyə qoşulmasını müsbət dəyərləndirirəm. Qəbul edilən qərarlar arasında bəziləri hökümətin hələ də inzibati tənzimləmə çərçivəsinə üstünlük verdiyini deməyə əsas verir. Onlar arasında ən çox narahatlıq doğuranı kapitalın hərəkətinə nəzarətin gücləndirilməsidir.

Kapitalın hərəkəti xarici investorlar üçün həsas məsələdir, xaricdən ölkəyə sərmayələrin cəlbinə əngəl yarada bilər. Onsuz da ötən il milli iqtsiadiyyata kapital qoyuşuşu azalıb.

Əslində gözləntilərimiz ixracatın stimullaşdırılması və xarici investisiyaların təşviqi ilə bağlı paketin qəbulu idi. Çünki, hazırda ölkənin ən çox ehtiyacı əlavə maliyyə qaynaqlarının yaradılması və ölkəyə valyuta gətirilməsinə nail olunmasıdır.

Bunun üçün isə ilk növbədə İnvestorlar üçün zəmanətlərə hüquqi təminatlara vermək lazımdır. Bura aşağıdakı hüquqların təmin olunması daxildir:

1) Xüsusi olaraq, müqavilələrin icrası və dövlət borclarının ödənilməsi məsələlərində xarici və yerli investorlar üçün bərabər və ayrı-seçkiliksiz davranış;

2) Qanunla icazə verilən və tənzimlənən tərzdə korporativ qurumların nəzdində olan bütün sektorlara hər bir formada (birbaşa, portfel və s.) investisiya yatırmaq;

4) Qanunla tələb olunan vergilərin və digər ödənişlərin ödənilməsindən sonra gəlirləri xarici valyuta ilə xarici ölkələrə köçürülməsinə zəmanət;

5) Münaqişələri ədalətli və müstəqil olan yerli məhkəmədə həll etməyi və ya yerli, yaxud beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək hüququna zəmanət.

Odur ki, Milli Məclis:

- İnvestorların hüquqlarının siyahısını və ya investorun təmin edilmiş hüquqi müdafiəsini əks etdirən xarici investisiyalar haqqında yeni qanun qəbul etməlidir;

-- Özgəninkiləşdirmənin tətbiqini ciddi surətdə məhdudlaşdıran və tənzimləyən, həmçinin özgəninkiləşdirmə halında ədalətli kompensasiyanı təmin edən xüsusi qanunvericilik işləyib hazırlamalıdır;

- Milliləşdirmə, rekvizisiya və ekspropriasiya ilə bağlı təminatlar verməlidir.

Hökümət:

-İnvestisiya müdafiəsinin və zəmanətlərinin təsvir edildiyi ikitərəfli və çoxtərəfli investisiya razılaşmalarını işləyib hazırlmalıdır.

Modern.az

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12 Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər   23 May 2019, 15:41