Arxiv
20 Fevral 2016, 16:33 | TƏHSİL
“Şotlandiyanın Xocalı soyqırımını tanıması zaman məsələsidir”

Modern.az saytı Şotlandiyada yaşayan siyasi təhlilçi və insan hüquqları müdafiəçisi Fuad Ələkbərovla müsahibəni təqdim edir.

Siz uzun müddətdir ki, Şotlandiyada yaşayırsız. Azərbaycanı Şotlandiya ilə nə bağlayır?

Hər iki ölkə ərazi baxımdan kiçik olsa da, zəngin mədəniyyətə və tarixə malikdir. Şotlandiya Azərbaycan kimi mühüm regionda yerləşir. Azərbaycan ilə Şotlandiya arasında münasibətlər hər iki ölkə üçün çox əhəmiyyətlidir və onları bundan sonra da inkişaf etdirmək lazımdır.

Siz Şotlandiyada Xocalı soyqırımının tanınmasını aktiv olaraq dəstəkləyirsiz. Bu yolda hansı işlər görülür?

İlk növbədə qeyd etmək istəyirəm ki, Şotlandiyada təxminən 300-ə yaxın həmyerlimiz yaşayır və bu istiqamətdə təbliğat və təşviqat aparılır. Xocalı soyqırımının Şotlandiya parlamentində tanınması zaman məsələsidir. Artıq bu ildən başlayaraq, "Scotland Welcomes Refugees" kampaniyası çərçivəsində, Şotlandiyanın bəzi məktəblərində Xocalı soyqırımına aid güclü təbliğat işləri aparılır.

Ermənistan Rusiya tərəfindən idarə olunan bir quberniyadır. Emənistanın heç bir siyasi iradəsi yoxdur. Ermənilərlə ruslar birlikdə Azərbaycan torpaqlarını zəbt edib. Mən rus xalqının əleyhinə deyiləm, amma çarların vaxtından onlar kölə olublar. Rus imperiyası tərkibində olan bütün xalqları müflis edib, torpaqlarını dağıdıb, çörəklərini də yeyibdir.  İndi talan olunmuş bütün xalqlar gedib Rusiyada çörək axtarırlar.

Qarabağla bağlı məsələlərdə nə dövlət adamı, nə müxalifət, nə də siyasətçi olmaq yox, sadə vətəndaş kimi birləşmək lazımdır. 

– Bu günün Azərbaycanı XXI əsrin hansı standartlarına cavab verir, hansılarına cavab verə bilmir?

– Azərbaycanda ilk növbədə təhsil əsrin standartlarına cavab verə bilmir. Təhsil çox acınacaqlı vəziyyətdədir. Mən hesab edirəm ki, mütləq bunu dəyişdirmək lazımdır. İkincisi, bizim insanlar az kitab oxuyur. İcra başçılarımız hər şəhərdə, hər rayonda kitab mağazaları açmalıdırlar. Üçüncüsü, təbii ki, istəyərdim ki, Qarabağ məsələsi ilə daha ciddi məşğul olaq. Xocalı barədə danışanda deyirik ki, orada xeyli adam qırılıb, uşaqlar, qadınlar öldürülüb. Amma onu demirik ki, Xocalıda dörd Azərbaycanın Milli Qəhrəmanı döyüşüb. Onların adlarını da çəkə bilərəm: Allahverdi Bağırov, Tofiq Hüseynov, Əlif Hacıyev və Aqil Quliyev. Biz bu gün qəhrəmanlarımızı tanıtmalıyıq. 

– Deməli, XXI əsrdəki düşüncə tərzi  bu gün bizdə hörmət anlayışını da dəyişib... 

– Mən bir məqama toxunmaq istəyirəm. Əsrlər boyu Azərbaycanda ən hörmətli adamlar həmişə alimlər, şairlər, ziyalılar olub. Bu gün isə ən hörmətli adamlar rüşvətxor məmurlardır. Bu tendensiyanı dayandırmaq lazımdır. Çingiz Abdullayev demişkən, “rüşvətxor məmur əslində fahişədən də pisdir, çünki fahişə bədənini satır, məmur isə vicdanını”.
İndi tənqid edirsənsə düşmənə çevrilirsən. Tənqid cəmiyyətin mühərrikidir. Bizdə ya tərif var, ya da təhqir. 

Proqressiv cəmiyyət o cəmiyyətdir ki, orada alimə, müəllimə, peşə sahibinə böyük hörmət var. Nizami Gəncəvinin qəbri min ildir ki, Gəncədədir. Amma orada kimlər olmayıb ki? Padşahlar, hökmdarlar, çar məmurları, raykom katibləri, heç birinin də izi-tozu qalmayıb. Bundan əlavə, Kərbəlada Füzulinin qəbri var. İmam Hüseyn türbəsinin yanında heç kəsin, hətta Harun ər-Rəşidin də dəfninə icazə verilməyib. Heç onları yaxın da buraxmayıblar. Amma Füzulini orada dəfn ediblər.

– Bu əsrin sonundakı Azərbaycanı necə təsəvvür edirsiniz?

–  Xoşbəxt o xalqdır ki, özünə inanır, milli-dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür. İstəyərdim ki, Azərbaycan yenidən intibah dövrünü yaşasın. Amma ilk növbədə dilimizə, tariximizə və özümüzə hörmət etməliyik, korrupsiya, rüşvətxorluğu azaltmalıyıq. Neft kapitalı insan kapitalına çevrilməlidir.

Həyat çox ədalətlidir. İnsanlar ədalətli olmağa çalışsınlar, heç kimin haqqını yeməsinlər, kimsəni haqsız yerə incitməsinlər ki, qarşılığını almasınlar. Bizim cəmiyyəti didən, dağıdan, içəridən parçalayan paxıllıq hissidir. Belə insan hər saniyə, hər dəqiqə, hər saat, hər gün özü-özünü içindən zəhərləyir.

– Məmməd Səid Ordubadinin “Qılınc və qələm“ əsərini yəqin ki, xatırlayırsınız. Bu gün XXI əsrdə qılıncla  mübarizə aparmaq lazımdır yoxsa qələmlə?

 Əgər istəyirsən ki, qələmin dinc olsun, yanında qılınc da olmalıdır. Sülh istəyən həmişə müharibəyə hazır olmalıdır. 

– Musiqiyə, dinə münasibətini necədir?

Bütün musiqiləri xoşlayıram. Amma muğama xüsusi sevgim var.
O insan ki, özünü Allahın qulu hesab edir, o heç kəsin qulu ola bilməz. Dinin insanlara bu qədər güclü təsiri olduğundan onun düşmənləri İslamdan istifadə edirlər. Allah insanın əməllərində, içində, düşüncələrində yer tutmalıdır.

Eyni sualı ədəbiyyat haqqında verək. Ümumiyyətlə, kimləri oxuyursunuz, xatirələr yazırsınızmı?

– Ən sevdiyim yazıçılar Rey Bredberi, Corc Oruell, Qabriel Qarsiya Markes, ən sevdiyim əsər Robert Lyuis Stevensonun "Dəfinələr adası" adlı romanıdır.

Azərbaycandan Baba Pünhan, Bəxtiyar Vahabzadə, Məhəmməd Füzuli, Çingiz Abdullayevin əsərlərini bəyənirəm.
Xatirələrə gəldikdə, hərdən yazılmamış kitab yazılmışdan üstün olur.

- Nəhayət, siyasət insanlara dost qazandırır, yoxsa əksinə, dostlarının sayını azaldır? 

- Siyasətdə dostluq yox, maraqlar olur.

Modern.az 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20 Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i… 3 Avqust 2020, 09:00 Nardaranda dənizdə boğulanın kimliyi bilindi 3 Avqust 2020, 08:57