Arxiv
11 mart 2016, 13:25 | TƏHSİL
Qarabağda ayaqlarını itirən əsgər: “Deputatın yanına pul üçün yox, iş üçün getmişdim”


2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirərək, əlil olmuş əsgər Sərxan Tahirzadə deputat Rüfət Quliyevlə bağlı Modern.az saytına daha bir açıqlama verib.

O, qeyd edib ki, Rüfət Quliyevə müraciət etməkdə məqsədi yalnız iş istəmək olub:

“Vasitəçi də sağ olsun Qənirə Paşayeva idi. Mən Rüfət müəllimlə danışanda bildirdi ki, “Lənkərana gələn kimi səni qəbul edəcəyəm”.

Fevral ayının 11-i, ya da 12-si idi, zəng etdilər ki, Rüfət Quliyevin qəbuludur. Getdim. Otaqda məndən başqa 5-6 nəfər seçici öz problemlərini səsləndirirdi. Köməkçisi məni göstərəndə Rüfət müəllim dedi ki, “qoy axıra qalsın”. Gözlədim, hamı getdi. Rüfət müəllim stolda oturub çay içirdi və qətiyyən ayağa qalxmadı. Stolun başından “yaxın gəl” deyərək məni yanına çağırdı. Mən divara tərəf oturduğumdan stollara sürtünə-sürtünə yanına getdim. Nəinki qucaqlamaq, heç əlini də uzadıb mənimlə görüşmədi.

Doğrudur, mənə dedi ki, “sən mənim seçicim deyilsən, buna baxmayaraq biz yenə də sənə köməklik edəcəyik”. Ayağa qalxıb getmək istəyəndə ilişdim, az qaldı yıxılam. Bu zaman Rüfət soruşdu ki, “sənə kömək edimmi?”. Mən də “yox” deyə cavab verdim. Onun mənə köməyi ancaq iş ola bilərdi. Köməkçisi isə qapının ağzında cibindən 200 manat çıxartdı, mənə göstərərək “biri sənin, biri də mənim” dedi”.

S.Tahirzadə bildirib ki, deputatın yanına iş üçün gedibmiş:

“Mən onun qapısına pul üçün yox, iş üçün getmişdim. Rüfət müəllim deyir ki, guya deputat Hadi Rəcəbli mənə dükan verib, amma belə şey yoxdur. Mənə hər zaman kömək edən Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov olub. O insan öz telefon nömrəsini də verib ki, nə vaxt köməyə ehtiyacın olsa zəng et. Hər ay da mənim evimə köməklik göndərir.

Mən ondan çox razıyam. Mənə torpaq ayırıb və martın 11-də torpağın sənədlərini mənə təqdim edib. Bildirib ki, tikilməsinə də kömək edəcək.

Deputat Hadi Rəcəbli isə mən Türkiyədə olan vaxtı hər ay 50 manat pul göndərirdi, amma gələndən sonra o yardım dayandı...”.

Sərxan Tahirzadə deyib ki, haqqında yazılan son səs-küylü məqalələrdən sonra icra başçısı Taleh Qaraşov artıq ona iş də tapıb və 2-3 günə rayon Mədəniyyət İdarəsindəki həmin işə çıxacağı gözlənilir.

“Deyirlər guya anam işlə təmin olunub. Mənim anam yanımda oturub, atam da 2-ci qrup əlildir. Anam işlə təmin olunsa, bizə baxan olmaz. Bizim işləyənimiz yoxdur”.

Qeyd edək ki, deputat Rüfət Quliyev Modern.az-a seçicisi olmadığı halda Sərxanı qəbul etdiyini, ona hər cür dəstək olduğunu və bundan sonra da hər cür köməklik etməyə hazır olduğunu bildirib.

Gülşən RAUFQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?