“Etik cəhətdən biz özümüz də evli adamların xəyanətinə dair iddialarının nümayiş olunması məsələsini qəbul etmirik”. Bunu Modern.az-a açıqlamasında ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib. Onun sözlərinə görə, Ağcabədi rayon sakini ATV kanalına tamam başqa məsələdən ötrü müraciət edib. “Sadəcə, həmin şəxs ATV-yə uşaqlarının hüquqlarının müdafiəsi üçün üz tutmuşdu. Müraciətdə uşaqlarının ona verilməsinə yardımçı olmaq xahiş olunurdu. “Ümid var” verilişi də bu məsələ üzərində qurulmuşdu. Sadəcə, canlı efir olduğuna görə belə bir vəziyyət yarandı. Artıq veriliş öz məcrasını dəyişdiyindən televiziya tərəfindən bu məsələ qapadılıb. Amma bu, “Ümid var”ın bağlanması anlamına gəlmir”.
Qeyd edək ki, dünən ATV kanalında yayımlanan “Ümid var” verilişində bir Ağcabədi sakini öz xanımının xəyanətinə dair təqdim etdiyi video nümayiş olunub.
Namidə BİNGÖL