Modern.az

Avarçəkmə idmanı yenidən Xəzər sularında

Avarçəkmə idmanı yenidən Xəzər sularında

5 Dekabr 2022, 14:28

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ölkədə avarçəkmə ənənələrinin bərpasını davam etdirir. Bölgələrdə avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edən AKAF bu dəfə Xəzər dənizində test yürüşü keçirib.

 

Modern.az AKAF-a istinadla xəbər verir ki, federasiya yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkilini planlaşdırır. Bunun nəticəsində də Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq.

 

Qeyd edək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu ilin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum