Modern.az

Avstraliyada meşə yanğınları: yüz milyonlarla heyvan məhv olub + FOTO

Avstraliyada meşə yanğınları: yüz milyonlarla heyvan məhv olub + FOTO

Dünya

6 Yanvar 2020, 13:02

Avstraliyanın canub-şərqini ağuşuna almış meşə yanğınları davam edir. Yanğın 23 nəfərin həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, ölkə tarixində ilk dəfə əsgərlər ölkədaxili məsələ üçün xidmətə çağırılıb, 3 min nəfər yanğınla mübarizəyə cəlb edilib.

 

Bu fəlakətdən yalnız insanlar ziyan görməyib. Sidney Universitetinin ekoloqu Kris Dikmanın hesablamalarına görə, fəlakətə səbəb olan yanğın nəticəsində 480 milyona yaxın heyvan da məhv olub.

 

Qeyd edək ki, dekabrın 20-də başlanan, 1000 kvadrat kilometr ərazinin məhv olmasına səbəb olan yanğının təsirinin davam edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU