Modern.az

Məşhur iranlı rejisor vəfat etdi

Məşhur iranlı rejisor vəfat etdi

5 İyul 2016, 11:36

İran kinosunun tanınmış rejissoru, "Qızıl palma budağı" mükafatına layiq görülmüş Abbas Kiarostami 76 yaşında həyatını itirdi.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Abbas Kiarostami Fransada xərçəng xəstəliyindən müalicə olunurdu. O,76 yaşında Parisdə vəfat edib.

 

 İranlı rejissor 40-dan çox sənədli film müəllifidir.

 

Son iki filmini isə İtaliya və Yaponiyada çəkib. O, 1997-ci ildə "Albalı dadı" filminə görə Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülüb.

 

O, festival tarixi ərzində belə yüksək mükafata layiq görülmüş ilk İran filmi idi. Kiarostaminin həmçinin 1999-cu ildə  İranlı şair Füruq Ferruhzadın şeirindən sitat gətirdiyi “Külək Bizi Sürüyəcək” adlı filmi də Venesiya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı