Modern.az

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

6 İyul 2016, 00:03

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunacaq. Modern.az saytı xəbər verir ki, bu gün saat 09:00-da bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, QMİ-nin Qazılar Şurasının fətvası ilə Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayıb. İyunun 24-ü yəni, Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsi qeyd olunub. İkinci Qədr (əhya) gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (Ramazan ayının 26-cı gününə) təsadüf edib.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatın verilməsidir. Bu da Ramazan ayının son gününə təsadüf edib. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. 

Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!