Modern.az

Araz Ağalarovun daha bir obyekti bağlanır

Araz Ağalarovun daha bir obyekti bağlanır

16 Avqust 2016, 22:29

“Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov Moskvada “Myakinino” metro stansiyasının Moskva Metropoliteni tərəfindən bağlanması ilə əlaqədar bəyanatla çıxış edib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, milyarder TASS-a verdiyi bəyanatda metro stansiyasının onun şirkətinin mülkiyətində olduğu barədə Metropolitenin bundan əvvəl dediklərini təkzib edib.

 

“Məsələ ondadır ki, “Myakinino” metro stansiyası Moskva Metropoliteninin istismarındadır, yığılan pullar onların kassasına gedir, stansiyadan sərnişinlərin daşınması ilə onlar məşğul olur. Biz vaxtilə sadəcə olaraq stansiyanın tikintisini maliyyələşdirmişik. Ona görə də mən bilmirəm ki, orada təhlükəsizliklə bağlı hansı problemlər ola  bilər. Bunu Moskva Metropoliteni və Moskva hökuməti həll etməlidir. Stansiya ümumiyyətlə, bizə məxsus deyil, nə qismən, nə də heç cür”-Ağalarov bildirib.

 

Biznesmen bildirib ki, stansiyanın bağlanması “Crocus City Hall” konsert zalına və onun şirkətinə məxsus ticarət-əyləncə kompleksinə gələnlərin sayına təsir edəcək.

 

“Əlbətdə, trafik daha az olacaq. Lakin məsələ trafikdə də deyil, ondadır ki, 100 min adamın yaşadığı rayona nəqliyyat çıxışı kəsilir. Bizim müştərilər isə əsasən maşınlarla gəlir. Konsert zalına isə  gələn olmayacaq və deməli şəhər bu konsert zalını itirəcək”-azərbaycanlı iş adamı əlavə edib.

 

Xəbərələrə görə Ağalarov metro stansiyasının bağlanmasına görə mətbuat konfransı keçirmək istəyib, lakin daha sonra Moskva hökuməti ilə danışıqlara yollanıb və mətbuat konfransını təxirə salıb.

 

Xatırladaq ki, bir müddət əvvəl "Crocus Group"un prezidenti A. Ağalarov "Vedemosti"yə müsahibəsində metro stansiyasının binasını paytaxt hakimiyyətinə verməyə hazır olduğunu söyləyib: "Mən məmnuniyyətlə stansiyanı verərdim. Stansiya tikmişik, 30 milyon dollar vəsait xərcləmişik. İndi isə təmirə pul xərcləməliyik".

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?