Klassik Xalq Cəbhəsi Partiyası bu gün Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 16-cı ildönümünə həsr oilunmuş anım tədbiri keçirib.
Anım tədbiri Azərbaycanın Respublikasının Dövlət himni ilə başlanıb. Elçibəyin və şəhidlərin ruhuna dualar oxunub.
Modern.az xəbər verir ki, tədbirdə Savalan dağının zirvəsindən KXCP Ali Məclisinin sədri Bəybala Əbilin və KXCP Ali Məclis üzvü Adil Mikayıllının gətirdikləri torpaq Elçibəyin məzarı üstünə səpilib. Əbülfəz Elçibəyin Savalan dağına həsr etdiyi məşhur fikirlər tədbir iştirakçılarına çatdırılıb:
“Bir gün gələcək bütün yollar dağlar sultanı, dağlar şahənşahı, dağlar piri Savalana gedəcək! Bir gün gələcək, Savalan milyon – milyon insanın ziyarət məbədi, and yeri, inanc qaynağı olacaqdır! Azadlıq Sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun! Tanrı yar olsun!”.
Anım tədbirində Əbülfəz Elçibəyin ailə üzvləri vəı yaxınları da iştirak edirib.
Daha sonra Əbülfəz Elçibəyə həsr olunmuş anım tədbiri KXCP-nin qərargahında davam etdirilib. Tədbir iştirakçıları Əbülfəz Elçibəylə bağlı xatirələrindən geniş danışıblar.
Modern.az