Modern.az

Devid Kemeron NATO-nun baş katibi ola bilər

Devid Kemeron NATO-nun baş katibi ola bilər

Aktual

29 Dekabr 2016, 17:29

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə real namizəd olub.

 

Modern.az xarici KİV-ə istinadən məlumatına görə, keçmiş baş nazirin hökumətdəki müttəfiqləri bu təyinatın Böyük Britaniya üçün xeyirli olacağını hesab edir. Bundan başqa D.Kemeronun da bu məsələni nəzərdən keçirməyə hazır olduğu bildirilib.

 

Mütəxəssislərin fikrincə, Kemeronun namizədliyi baş nazir Tereza Mey tərəfindən irəli sürülərsə, uğur əldə edə bilər. Keçmiş baş nazirin nümayəndəsi məsələni şərh etməyib.

 

Qeyd edəki ki, hazırda NATO-nun baş katibi Yens Stoltenberqdir. Onun 2018 və ya 2019-cu ildə vəzifə müddəti başa çatacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır