Modern.az

Yardımlıda kişi qaçırdığı 23 yaşlı qızı boğaraq öldürüb 

Yardımlıda kişi qaçırdığı 23 yaşlı qızı boğaraq öldürüb 

14 Aprel 2017, 16:56

Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.

23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb. 

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.

N.Təhməzov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı