İraq hakimiyyəti Kürdüstanın müstəqilliyi üçün atılan istənilən təktərəfli addımlara qarşıdır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Səud əl-Həditi deyib . Onun sözlərinə görə, İraq konstitusiyaya əsasən federativ dövlətdir və istənilən qərar ali qanunun hökmü ilə icra olunmalıdır.
İraq Kürdüstanı müstəqillik haqda referendum sentybarın 25-də həyata keçirəcək.
Vüqar İSMAYILOV