Modern.az

Natiq Əliyev II Fəxri Xiyabanda dəfn olunacaq  

Natiq Əliyev II Fəxri Xiyabanda dəfn olunacaq  

Aktual

9 İyun 2017, 14:53

İstanbulda dünyasını dəyişən Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıdakı II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Bu barədə Modern.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

O qeyd edib ki, mərhumun nəşi sabah səhər saat 9:30-da Bakıya gətiriləcək.

“Vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək”.


Qeyd edək ki, bu gün energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?