Modern.az

“Sədərək” Ticarət Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI, Yenilənib

“Sədərək” Ticarət Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI, Yenilənib

10 İyun 2017, 22:57

Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 kvadrat metr olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 kvadrat metr sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 kvadrat metr olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

 

20:46

 

“Sədərək” Ticarət Mərkəzində  baş verən yanğınla bağlı məlumat yayılıb. Modern.az xəbər verir ki, ticarət mərkəzində 2 mağazanın dam örtüyü ümumilikdə 150 kvadrat metr sahədə yanıb.

Məlumata görə, yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?