Modern.az

Şirvanda iki nişanlı qız itkin düşüb

Şirvanda iki nişanlı qız itkin düşüb

Aktual

11 İyun 2017, 17:30

Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.

 

Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.

 

Hazırda onların axtarışları davam etdirilir. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?