Modern.az

AŞPA həmməruzəçilərinin Bakı səfəri: sənəd hazırlanacaq

AŞPA həmməruzəçilərinin Bakı səfəri: sənəd hazırlanacaq

12 İyun 2017, 11:35

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb.

Bu səfər zamanı hansı məsələlər müzakirə olunacaq?

 

Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa Modern.az-a açıqlama verib.

 

F.Mustafa bildirib ki, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin səfəri zamanı Azərbaycanın öhdəliyində duran məsələlər müzakirə olunacaq.

 

“Həmçinin müxtəlif QHT-lərlə, hakimiyyət nümayəndələri ilə  bir qrup keçmiş məhkum və hazırda həbsdə olan şəxslər, parlamentdə təmsil olunmayan partiyaların üzvləri ilə də görüşlər keçiriləcək. Bu görüşlərin nəticəsində də müvafiq sənəd hazırlanacaq. Ona görə də burada sırf görüşlər silsiləsindən söhbət gedir”.

 

Deputat deyib ki, AŞPA həmməruzəçilərinin ölkəmizə səfər etməsi birinci dəfə deyil.

 

“Sonuncu dəfə onlar ölkəmizə bir il yarım olardı ki, gəlmişdilər. Görünür ki, bu səfər zamanı da monitorinq adı altında Azərbaycanla bağlı vəziyyətin müşahidə edilməsi nəzərdə tutulub. Ümid edək ki, bu proses nə zamansa yekunlaşacaq. Azərbaycan monitorinq aparılan ölkələr siyahısından çıxarılacaq”.

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?