Modern.az

Yəməndə yayılan epidemiyadan 923 nəfər ölüb

Yəməndə yayılan epidemiyadan 923 nəfər ölüb

13 İyun 2017, 11:39

Yəməndə 2 ildən çox davam edən qarşıdurmalar nəticəsində zərər görən tərəf yenə də sivil insanlar olur.

 

Ölkə daxilində 3 milyona yaxın insan, içməli su və tullantılardan qaynaqlanan xolera epidemiyasına yoluxma riski ilə qarşı-qarşıyadır.

 

Modern.az xarici KİV-ə istinadla bildirir verir ki,  Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə xolera epidemiyasından 923 nəfər dünyasını dəyişdiyini bildirib.

 

Məlumata əsasən 22 vilayətdən 20-də sözügedən epidemiya aşkarlanıb. Bundan əlavə olaraq, ölkədə 124 mindən çox insanda xoleranın ola biləcəyinə dair şübhələr var.

 

Məcid Əmirov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?